Dilin Törətdiyi Bəlalar



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix15.04.2018
ölçüsü0,56 Mb.
#38540
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

 

40 


elmsiz  danışmağın  haram  olmasına  işarədir”.  (“Zədul  Məsir  fi 

ilmit təfsir” 3/192)  

 

Əbu Bukradan rəvayət olunur ki, peyğəmbər (s) üç kərə 



buyurur:  “Sizə  ən  böyük  günahlar  barəsində  xəbər 

verimmi?”  Onlar  dedilər:  Bəli,  ya  rəsulullah!  Peyğəmbər  (s) 

buyurdu:  “Allaha  şərik  qoşmaq,  valideynlərə  asi  olmaq”.  O, 

(s)  dirsəklənərək  oturdu  və  dedi:  “Və  yalan  şahidlik.  Ondan 

çəkinin!”  bu  sözləri  o  qədər  təkrarladı  ki,  dedik  indi  susar. 

(Buxari  3/151  “Fəthul  Bari”  5/261  Müslim  1/91  Bax;  “əl-Lulu 

val Mərcan” 1/16)  

 

Xuzeym  bin  Fatik  əl-Əsədinin  belə  dediyi  rəvayət 



olunur: “Peyğəmbər (s) sübh namazın qılıb qurtardıqdan sonra 

ayağa qalxdı və dedi: “Yalan şahidlik Allaha şərik qoşmaqla 

eyni kimidir”. Sonra bu ayəni oxudu: “Murdar (başdan-ayağa 

murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha 

şərik  qoşmaqdan  da)  çəkinin!”.  (Đmam  Əhməd  “Müsnəd” 

4/321 4/178)  

 

Ənəsdən  rəvayət  olunur  ki,  peyğəmbərdən  (s)  böyük 



günahlar  barəsində  soruşdular.  O  (s)  isə  cavab  verdi:  “Allaha 

şərik  qoşmaq,  valideynlərə  asi  olmaq  və  yalandan  şahidlik 

etmək”. (Buxari 3/151 Müslim 1/92 Bax; “əl-Lulu val Mərcan” 

1/16)  


 

Đmam Buxari (Allah ona rəhmət etsin!) “Səhih” kitabının 

fəsillərinin  birini  “Allah  taalanın  kəlamına  əsasən  yalandan 

şahidlik  barəsində”  adlandırır  və  arxasınca  bu  ayəni  misal 

gətirir:  “Şahidliyi  (şahidi  olduğunuz  şeyi)  gizlətməyin!  Onu 

gizlədən  şəxsin  qəlbi  günahkardır.  Allah  etdiyiniz  əməlləri 

biləndir”.  

 

Neman bin Bəşir (Alllah ondan razı olsun!) rəvayət edir 



ki,  anam  atamdan  mənə  düşən  mal  barəsində  soruşdu.  O  da 

mənə onu verdi. Anam isə rəsulullah (s) bunun şahidi olmayınca 

razılaşmayacağını  bildirdi.  Atam  mənim  əlimdən  tutdu  və 

peyğəmbərin yanına gətirdi. Bu uşağın anası məndən ona düşən 




 

41 


pay  barəsində  soruşur.  Peyğəmbər  (s)  dedi:  “Sənin  ondan 

başqa  övladın  var?”  O  isə  cavab  verdi:  Bəli.  Daha  sonra 

peyğəmbər  (s)  ona  “Mən  heç  vaxt  zülmə  şahidlik  etmərəm” 

buyurdu. (Buxari 3/151)  

 

Imran  bin  Həsin  (Allah  ondan  razı  olsun!)  peyğəmbərin 



(s) belə buyurduğunu rəvayət edir: “Sizin ən xeyirliniz mənim 

əsrimdə yaşayanlardır. Sonra onlardan sonra gələnlər. Daha 

sonra  onlardan  sonra  gələnlərdir”.  Đmran  deyir  ki,  dəqiq 

bilmirəm peyğəmbər (s) bunlardan sonra başqa dövr qeyd etdi, 

ya yox. Peyğəmbər (s) buyurur:  “Sizdən  sonra  elə  bir  camaat 

olacaq 


ki, 

xəyanətkar 

olacaqlar, 

əmanəti 


yerinə 

yetirməyəcəklər. 

Şahidlik 

edəcəklər, 

amma 

doğru 


olmayacaqlar. 

Nəzir 


deyəcəklər, 

amma 


onu 

yerinə 


yetirməyəcəklər”. (Buxari 3/151)  

 

Ubeydə, 



Abdullahın 

(Allah 


ondan 

razı 


olsun!) 

peyğəmbərdən  (s)  belə  eşitdiyini  rəvayət  edir:  “Đnsanların  ən 

xeyirlisi  mənim  əsrimdə  olanlardır.  Sonra  onlardan  sonra 

gələnlər,  daha  sonra  onlardan  sonra  gələnlərdir.  Sonra  elə 

bir camaat gələcək ki, onların şahidliyi andlarını, andları da 

şahidliyini geridə qoyacaq”. (Buxari 3/151)  

 

Abdullah  bin  Amr  bin  əl-As  (Allah  ondan  razı  olsun!) 



qeyd  edir  ki,  bir  bədəvi  peyğəmbərin  (s)  yanına  gəlir  və  ondan 

soruşur:  Ey  Allahın  rəsulu,  böyük  günahlar  hansılardır? 

Peyğəmbər  (s)  cavab  verir:  “Allaha  şərik  qoşmaq”.  Bədəvi 

deyir:  Sonra  hansı?  Peyğəmbər  (s)  buyurur:  “Valideynlərə  asi 

olmaq”.  Bədəvi  deyir:  Sonra  hansı?  Peyğəmbər  (s)  buyurur: 

“Batmış and”. Mən soruşdum: Batan and nədir, ya rəsulullah? 

O,  (s)  cavab  verdi:  “Yalanla  müsəlmanın  malını  əlindən 

almaqdır”. (Buxari “Fəthul Bari” 11/555, 12/264)  

 

Peyğəmbər  (s)  onu  batmış  and  adlandırır.  Çünki,  o, 



sahibini heç bir kəffarəsi olmayan günah içində və odda batırır. 

Əbu  Hureyrə  (Allah  ondan  razı  olsun!)  peyğəmbərin  (s)  belə 

dediyini  rəvayət  edir:  “Kim  yalandan  şahidlik  etməyi,  ona 



 

42 


əməl  etməyi  və  cahilliyi  tərk  etməsə,  bilsin  ki,  Allah  onu 

yemək  və  içməklə  imtahana  çəkməyə  ehtiyac  duymaz”. 

(Buxari 7/87)  

 

Biz  görürük  ki,  Allah  taala  yalandan  şahidlik  etməyi, 



haqqı məhv etmək məqsədi güddüyünə görə haram edir.  

 

Yalandan şahidlik etməyin törətdiyi cinayətlər. Yalandan 



şahidlik  etmək  çox  təhlükəli  və  zərərlidir.  Çünki,  o,  bir  çox 

cinayətlərin meydana gəlməsinə rəvac verir. Onlardan:  

1.  Yalandan şahidlik etmək hakimi haqdan azdırır, onun 

yanlış  qərar  çıxarmasına  səbəb  olur.  Çünki,  bəzi 

şeylər  var  ki,  hökm  onun  üzərində  qurulur.  Iddia 

edən  tərəf  inkar  edənə  öz  şahidi  ilə  təsir  edirsə, 

şahidin  yalan  danışması  məhkəmə  prosesinin 

gedişinə  mühüm  təsir  göstərir.  Haqq  qıraqda  qalır, 

batil öz sözünü deyir. Peyğəmbər (s) buyurur: “Mən 

bəşər övladıyam. Siz mənimlə mübahisə edirsiniz. 

Ola 

bilsin 


ki, 

bəziləriniz 

öz 

sübutu 


ilə 

digərlərinizdən  səhvdir.  Eşitdiyin  kimi  hökm 

ver”! (Buxari 5/288)  

2.  Yalandan şahidlik edən özünə zülm etmiş olur. O, bu 

əməli  etməklə  Allah  tərəfindən  yalnız  od  qazanar. 

Peyğəmbər  (s)  buyurur:  “Siz  mənimlə  mübahisə 

edirsiniz.  Ola  bilsin  ki,  bəziləriniz  öz  subutu  ilə 

digərlərinizdən 

səhvdir. 

Kim 


öz 

sözü 


ilə 

qardaşının haqqını ödəyərsə, ona gələn oddan bir 

parça kəsərəm və ona dəyməz”. (Buxari 5/288) 

3.  Həmçinin, yalandan şahidlik etmək, əleyhinə şahidlik 

ediləni  zülmə  məruz  qoyur.  Belə  ki,  onun  malını, 

mülkünü  və  haqqını  yalan  yerə  şahidliklə  əlindən 

alır.  Həmçinin,  bu  zaman  yalandan  şahidlik  edən 

məzlumun  duası  ilə  qarşılaşır.  Məlum  olduğu  kimi, 

məzlumun  duası  qəbul  olunan  və  rədd  edilməyən 

dualardandır.  Onun  duası  ilə  Allah  arasında  pərdə 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə