Dilqəm ƏHMƏd yolun yarpaqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31561
1   ...   18   19   20   21   22   23   24   25   ...   44


 
Dövlət idarəçiliyi Qaraxanlı, Qəznəli və Səlcuq oğulları ilə eynilik 
təşkil  edirdi.  Ali  hakimiyyət  sultana  məxsus  idi,  onun  yanında 
məşvərət  qrupu  və  divan  fəaliyyət  göstərirdi.  Eyni  zamanda 
haciblik, silahdarlıq, əmiraxurluq, davadarlık, taşdarlıq, çavuşluq 
kimi  saray  idarəçiliyi  bölgüləri  vardı.  Ordunun  əsas  təməlini 
tavaşi adlanan türk məmlükləri təşkil edirdi. Qoşun hissələri aid 
olduğu sərkərdələrin adına uyğun olaraq əl-nuriyyə, əl-əsədiyyə, 
əl-nəcmiyyə, əl-salahiyyə kimi adlandırılırdı. Bayraqları açıq sarı 
rəngdə  idi  və  üzərində  türk  gələnəklərinə  uyğun  olaraq  qartal 
şəkli vardı. 
Göründüyü  kimi,  bu  və  ya  digər  əlamətlər  Əyyub  oğulları  dövlətinin 
türklərə  məxsusluğunu  göstərsə  də,  sultanlığın  yerləşdiyi  coğrafi 
mövqe  onun  ərəb  dövləti  olması  fikrinin  də  yaranmasına  səbəb  olub. 
Təbii ki, Qüdsü xaçpərəstlərdən azad etdiyinə görə, Səlahəddinə sevgi 
o  dərəcədə  artıb  ki,  bütün  müsəlmanlar  onu  sahiblənməyə  çalışıblar. 
Amma tarix  istəyə yox, faktlara görə yazılır. 
Səlahəddin  gənc  vaxtlarından  dini  tədris  aldığından  islam  dininin 
yayılmasına xüsusi önəm verirdi. Onun dövründə Şam mədrəsələrində 
600-ə  yaxın  fəqih  dərs  deyirdi.  Əyyub  oğulları  sünni  məzhəbli 
olduqlarından  sultan  Fatimilər  dövlətindən  qalma  şiə  ünsürlərini 
qadağan  edir.  Sarayında  alimlərin  yığıncağını  keçirən  Səlahəddin 
haqqında müasirləri  yüksək  fikirdə  olublar.  İmadəddin  əl-Katib  yazır: 
“Sultan ilə söhbət edən hər hansı bir şəxs hökmdarla deyil, bir dostu ilə 
danışdığını  zənn  edər.  Anlayışlı,  dininə  bağlı,  pak,  xətaları  əfv  edən, 
hirslənməyən  bir  şəxsdir.  Donuq  surətli  olmaz,  həmişə  təbəssümlü 
görünərdi. Bir şey istəyəni əliboş qaytarmazdı. Hər kəsə incə davranar, 
kimsəyə kobud hərəkətlər etməzdi. Söz verdiyi zaman yerinə yetirirdi”. 
Digər  bir  mütəfəkkir  Əbdüllətif  əl-Bağdadi  yazır:  “Səlahəddin 
Əyyubini heybətli  insan olaraq gördüm. Sözləri qəlblərə təsir ediciydi. 
Yanına  ilk  gəldiyim  gün  məclisinin  alimlərlə  dolu  olduğunu  gördüm. 
Hərəsi  müxtəlif  elmlərdən  danışırdı.  Sultanın  yaxınları  onu  özlərinə 


örnək  götürür,  yaxşılıqda  yarışırdılar.  Müsəlman  da,  kafir  də  sultanı 
çox sevirdi. Onun ölümüylə insanlar həqiqi bir atanı itirdilər. Ölümünə 
kədərlənməyən  bir  insan  olmadı”.  Yaxın  adamlarına  qarşı  həddindən 
artıq mülayim olan Səlahəddinin su istədiyi zaman xidmətçisinin əvvəl 
çox  isti,  sonra  çox  soyuq  gətirməsinə  qəzəblənməyərək  “istədiyimiz 
kimi su da içə bilməyəcəyik” deyə sakit qarşılaması da qeyd olunur.  
Hər şeydən öncə Səlahəddin tarixə vətəninə bağlı sərkərdə kimi düşüb. 
1174-1186-cı illərdə Suriya, Şimali Mesopotomiya, Fələstin və Misirdəki 
bütün  müsəlman  torpaqlarını  öz  bayrağı  ətrafında  birləşdirir.  1183-də 
Hələbi, ardınca Əlcəzairi ələ keçirir. 1187-ci ilin sentyabrında Beytullah, 
Asariyə, Zeytundağı zəbt edərək Qüdsə yaxınlaşır.  
Haşiyə3-  İslami qaynaqların verdiyi məlumata görə, hicri  2-ci il, rəcəb 
ayının  15-də,  bazar  ertəsi  günü,  Bəni  Salim  ibn  Ovf  məscidində 
peyğəmbər günorta namazının ikinci rükətindən sonra vəhy mələyinin 
dediyinə  əsasən  qibləni  Beytül-müqəddəsdən  Kəbəyə  tərəf  çevirir.  O 
zamandan  bu  məscid  Zül-qibləteyn-iki  qibləli  adlandırılır.  Təbii  ki, 
Allahın  əmrindən  savayı  Həzrəti  Məhəmmədin  qibləni  dəyişdirməsi 
siyasi  durumdan da irəli gəlirdi. Lakin qiblənin dəyişdirilməsi  Beytül-
müqəddəsə  olan  sevgini  müsəlmanların  qəlbindən  çıxara  bilmir. 
Həmçinin  merac  hadisəsinin  və  Həzrəti  İsanın  yaşamının  bu  şəhərlə 
bağlılığı 
müsəlmanların 
müqəddəs 
hesab 
etmələrinin 
digər 
səbəbləridir.  İlk  dəfə  olaraq  Xəlifə  Ömərin  zamanında  Qüds 
müsəlmanların  əlinə  keçir.  Abbasilərin  zəifləməsindən  sonra  Tulun 
oğullarının, Fatimilərin, Cərrahilərin hakimiyyəti altına düşür. 1099-cu 
ildə  isə  xaçlılar  şəhəri  tutaraq  Qüds  krallığının  əsasını  qoyurlar. 
Bununla da, 88 il müddətində Qüds xaçlıların hökmranlığında qalır. 
Bahaüddin  bin    Şəddad  Qüdsün  işğalda  olduğu  müddətdə 
Səlahəddinin çəkmiş olduğu üzüntünü bu cür anladır: “O, Qüdsə görə, 
o  qədər  qəmli  idi  ki,  onun  bu  qəm  və  kədərinə  dağlar  da  tab  gətirə 
bilməzdi. O, uşağını itirmiş ana tək çaşqınlıq vəziyyətində idi. Atını bir 


yerdən digərinə çaparaq müsəlmanları Qüdsü azad etmək üçün cihada 
dəvət  edirdi.  Daima  üzüntüdən  göz  yaşı  axıdır,  üzüntüdən  gözünün 
nəmi  qurumurdu.  Akkaya  baxdığı  zaman  isə  özünə  hakim  ola  bilmir, 
xalqına  edilən  zülm  və  işgəncələri  yada  salmaq  istəmirdi.  Boğazından 
yemək  keçməzdi.  Həmişə  deyərdi  :  Qüds  və  Əqsa  məscidi  xaçlıların 
əlində  olduğu  bir  vaxtda  mən  necə  gülüb  ,  əylənə  bilərəm,  necə 
istədiyim kimi rahat gülüb, yata bilərəm”.  
Səlahəddin  onun  kədərli  halından  gileylənən  din  xadiminə  “Allahın 
elçisinin meraca yüksəldiyi məscid xaçlı tapdağı altında ikən mən necə 
gülüm” deyə cavab verməsi  də qeyd olunur.  
Nəhayət, fateh 1187-ci il oktyabrın ikisində islam-türk ordusu vasitəsilə 
Hittin  savaşında  Qüdsü  xaçpərəstlərdən  azad  edir.  Səlahəddinin  hərb 
yoldaşı,  tarixçi  İmadəddin  yazır:  “Xaçlıların  şərqə  gəlmələrindən  bu 
yana    müsəlmanlar  hələ  bu  cür  qələbə  qazanmamışdılar.  Digər 
hökmdarların edə bilmədiyini Allah sultana nəsib etdi”. 
Qüdsün  merac  qəndili  günü,  üstəlik  müqəddəs  cümə  günündə 
xaçlılardan  azad  edilməsi,  həqiqətən,  bu  zəfərdə  Allahın  sultana 
yardım  etməsinin  göstərcəsidir.  Fəthin  ardınca  Əqsa  məscidinə  girən 
sultan xaçlıların hörmətsizlik etdiyi məscidi özü təmizləyərək, gül yağı 
ilə yuyur. İlk cümə namazında fəthlə ilgili xütbə oxuyan Zəkiyiddin Əli 
əl-Kuraşi  deyir:  “Allah  qulları  arasında  sizi  seçməmiş  olsaydı,  bu 
fəziləti  qazanmazdınız.  Necə  xoşbəxtsiniz  ki,  Rəsulullahın  möcüzəsi 
olan Bədr hadisələri, Həzrəti Siddiqin idealları, Həzrəti Ömərin fəthləri, 
Həzrəti  Xalidin  hücumları  sizinlə  yenidən  gerçəkləşdi.  Allahın  rəsulu 
Məhəmməd  sizi  ən  gözəl  təriflərlə  öydü.  Ona  yaxınlaşmaq  üçün 
tökdüyünüz  qanları  qəbul  etdi.  Sizə  xoşbəxt  insanların  qərargahı  olan 
cənnəti bəxş elədi”.  
Səlahəddin vəhşi xaçlılardan  fərqli  olaraq şəhərdə  səlibçilərə  qarşı heç 
bir qətliam törətmir, Qüdsdə qalmaq istəyən qeyri-müsəlmanlara cizyə 
vermək  şərtilə  icazə  verir.  Cizyə  verməyib,  Qüdsdə  qalmaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə