68
Versal sarayı
Versal Günəş Kralın özünün iradəsi əsasında inşa edilməklə fransız
klassitsizmi üslübünda idi. Saray kompleksi olduqca böyük zövqlə tikilmişdir. Nə
London yaxınlığındakı Vindzor sarayı, nə İspaniyadakı Eskopial sarayı onun
mükəmməlliyi və gözəlliyi ilə müqayisə edilə bilməz. Sankt-Peterburqdakı Qış
sarayı Versala bənzədilmişdi.
Sarayın tikintisi iki görkəmli arxitektorun layihəsi əsasında aparılmışdı.
Lakin kralın özü tikintiyə ciddi nəzarət edirdi. Versalın Güzgülü salonu məhz
Günəş Kralın ideyasını reallaşdırmışdı. İri pəncərələrdən düşən günəş işığı nəhəng
güzgülərin səthindən əks olunaraq, salonu güclü işıq seli ilə doldurur. Güzgülü
salon XIV Luinin iftixar mənbəyi olsa da, Fransa dövlətini aşağılayan tarixi
hadisənin də şahidi olmuşdu. 1871-ci ildə burada işğalçı Prussiuanın təşəbbüsü ilə
Almaniyanın birləşməsi elan olundu, I Vilhelm təntənəli qaydada Almaniya
imperiyasının kayzeri, Otto fon Bismark isə kansleri elan olundu. Buna qədər onlar
müvafiq olaraq Prussiyanın kralı və kansleri idi. Lakin tarixin ironiyası da
mövcuddur. 1819-cu ildə Versalda I Dünya müharibəsində məğlub olmuş
Almaniya ilə qalib dövlətlər arasında almanları alçaldan şərtlərlə müqavilə
imzalandı. Beləliklə, yarım əsr keçməmiş Almaniya imperiyası öz taleyinin acı
sifəti ilə üzləşməli oldu.
Versal ən iri saray-park ansamblıdır. Sarayın qarşısında, bəzəkli
hasardan bir az aralıda Günəş Kralın at üstündəki heykəli yerləşir. Böyük sarayla
yanaşı, burada həmçinin hovuzları, fəvvarələri, çoxlu heykəlləri olan Böyük
Trianon və mənzərə parkı ilə seçilən Kiçik Trianon vardır.
Sarayla geniş tanışlıqdan sonra biz artıq şəhərə çevrilmiş Versalı da
gəzdik. Bu düz və kəsişən küçələrdən ibarət olan bir şəhərdir, çoxlu otelləri,
69
mağazaları, kafeləri vardır. Hillari Klinton 2014-cü ildə Nyu-Yorkda çapdan
çıxmış “Hard Choices”-“Çətin Seçimlər” adlı kitabında addımbaşı ziyafətdə və ya
restoranda olduğunu yazır. Elə bil ki, bu onun diplomatik fəaliyyətinin ən başlıca
hissəsədir. Mən onu təqlid etməkdən uzağam, lakin Versalda bir kafedə, yenə də
açıq havada dondurmaya və kofeyə qonaq olduğumuzu qeyd etməyə bilmərəm.
Ümymiyyətlə, biz Avropanın təklif etdiyi ekzotikadan imtina etmək istəmirdik,
ona görə də Parisə qatarla, vaqonun ikinci mərtəbəsində oturub, paytaxtın ətrafını
seyr edə-edə qayıtdıq.
Əsas məsələyə gəldikdə, möhtəşəmliyinə görə Versal bütün sarayları
kölgədə qoymuşdu. Orada daim kral hakimiyyətinin kultu hiss olunurdu. Kral
sarayı, həmçinin Fransanın mənəvi həyatının mərkəzi rolunu oynayırdı. XIV Lui
öz xidmətinə görkəmli rəssamları və yazıçıları cəlb edirdi. Sarayın zövqü fransız
incəsənətinin və ədəbiyyatının istiqamətini müəyyən etməyə başladı. Günəş Kralın
siyasəti həm də Fransanın beynəlxalq nüfuzunun yüksəlməsinə yönəlmişdi.
Lakin XIV Lui müharibələr aparmaq aludəçisi idi, onun hökmranlığı
dövründə gedən çox sayda müharibələr Fransanı taqətdən salmışdı. Müharibə sadə
insanlar üçün gəhənnəmdir. Günəş kralın son müharibələri isə olduqca uğursuz
olurdu. 1713-cü ildəki Utrext sülhü bağlananda o, yalnız Fransanın öz ərazilərini
qoruyub saxlaya bilmişdi. Şimali Amerikadakı iki ərazini (Hadson körfəzini və
Yeni Skotiyanı), həmçinin Nyufaundlend adasını Böyük Britaniyaya verməyə
məcbur olmuşdu. İspaniyadakı və Niderlanddakı torpaqlardan da əl çəkməli oldu.
Müharibələr Fransanı iqtisadi cəhətdən çox zəiflətmişdi, əhalinin vəziyyəti olduqca
ağırlaşmışdı.
XIV Lui ölümü ərəfəsində öz səhvini başa düşərək, varisi, 5 yaşlı XV
Luiyə müharibəyə girişmək barədəki səhvini təkrar etməməyi tapşırmışdı. Kralın
ağır iqtisadi irsi XVIII əsrdə Fransanı bir sıra böhran halları ilə üzləşdirdi.
Yeddiillik müharibədə (1756-1763-cü illərdə) Fransa Kanadanı, Şərqi Luiziananı
itirdi, onlar və Hindistandakı çox sayda olan fransız mülkiyyəti Böyük Britaniyaya
keçdi. 1789-cu ildə baş verən nəhəng siyasi kataklizm – Böyük Fransa inqilabı
ölkəni və xalqı ciddi sarsıntılara məruz qoydu. Günəş Kral Əlillər evi, Versal kimi
irsləri ilə öyünə bilsə də, Fransanı arasıkəsilməyən müharibələrə cəlb etməsi ilə
ölkədə ağır iqtisadi böhran yaratması halı onun xatirəsinə heç də şərəf gətirmir.
Böyük Fransa inqilabı başlanandan üç il sonra kral XVI Luinin taxt-
tacdan uzaqlaşdırılması ilə, monarxiyaya, sonrakı hadisələr nəzərə alınmaqla
müvəqqəti olaraq son qoydu və Fransa Respublikasının yaradılması elan olundu.
İnqilabın rəhbərlərindən biri olan Robespyer ürəklərdə monarxiyaya nifrəti daha da
möhkəmləndirməyə çağırırdı.
XVI Lui, arvadı Mariya-Antuanetta və övladları ilə birlikdə 1792-ci ilin
ilk yay gecəsi gizli qaydada Parisdən qaçdı, məqsədi xarici ölkələrin birində
gizlənmək idi. Lakin bir sərhədçi onu sikkə puldakı portretindən tanıdıqdan sonra
qaçqınlar geri qaytarıldılar. Sonra isə, 13 avqustda Tyulri sarayındın qovulan kral
və arvadı həbs olundular. 1793-cü ildə isə əvvəlcə kral, sonra isə kraliça Mariya-
Antuanetta gilyotina bıçağı altında həyatla vidalaşmalı oldular. Bu, Fransa
monarxının birinci və axırıncı edamı idi. İngiltərə bu məsələdə Fransanı
70
qabaqlamış, 1649-cu ildə inqilaba başçılıq edən Oliver Kromvel kral I Karlın
boynunu vurdurmuşdu. Böyük Fransa inqilabı həm də yeni tarixin əsasını qoydu,
«Azadlıq, bərabərlik, qardaşlıq» şüarlarını irəli sürdü, vətəndaşların hüquqlarını öz
Bəyannaməsində təsbit etdi.
1830-cu ilin iyul-avqustunda Fransada İyul inqilabı baş verdi. Lui-
Filippin (keçmiş Orlean hersoqunun) kral elan edilməsi heç də təkcə sülalənin
dəyişilməsi demək deyildi. Belə qayda qoyuldu ki, azad şəkildə seçilən hökmdar
taxt-taca çıxmamışdan, palataların iştirakı ilə xalqın hüququna hörmət edəcəyi və
konstitusiya qanunlarına vicdanla riayət edəcəyi barədə and içməlidir.
Yeni Fransız inqilabinin əks-sədası bütün Avropaya yayıldı. Belçikada
üsyan qalxdı. Almaniyada, İsveçrədə, İtaliyada həyəcanlar baş qaldırdı, Polşada
üsyan başlandı. Fransız rəssamı Ejen Delakruanın «Xalqa başçılıq edən Azadlıq»
tablosu da İyul inqilabına həsr olunmuşdur. 1848-ci ildə isə Fevral inqilabı baş
verdi. Kral qoşunları narazılıq həyəcanında mübarizəyə qalxan silahsız
nümayişçiləri gülləbarana tutdu. 24 fevralda kral Lui-Filipp taxt-tacdan əl çəkdi.
Bir gün sonra Fransada yenidən respublika elan edildi. Qərbi Avropadakı inqilabi
hadisələr Habsburqlar imperiyasında da xalq çıxışlarını sürətləndirdi, Avstriyada
və Macarıstanda üsyanlar başlandı.
Paris haqqındakı təəssüratlara tarixin ardıcıl olaraq müdaxilə etməsi heç
də təsadüfi deyildir. Axı bu şəhər tarixi yaradanların, onlara təsir göstərən dahi
şəxsiyyətlərin vətəni olmuş, burada baş verən hadisələr şəhərin hüdudlarında
donub qalmamış, Avropaya, bəzən isə hətta bütün dünyaya öz təsirini göstərmişdi.
Günəş Kralın ədəbiyyata və incəsənətə himayəsi, gözəlliyin yüksək dəyər
səviyyəsinə qaldırılması digər ölkələrə də keçmişdi. Avropa xalqları, hətta
rusiyalılar fransızlardan, əsasən parislilərdən modaya aludəçiliyi əxz etmişdilər.
XVIII əsrdə Fransız dili Avropada indi ingilis dilinin dünyada oynadığı bir rolu öz
üzərinə götürmüşdü, ən işlək ədəbi dil, ziyalıların ünsiyyət vasitəsi idi, başqa sözlə,
lingua franca idi. Çox sonralar Şərqi Avropada bu rolu alman dili oynamağa
başladı. Almaniyada, Rusiyada kübarlar fransız dilində danışırdılar. Prussiya kralı
Böyük Fridrix fransız dilində yazırdı. Rusiya çariçası II Yekaterina fransız
maarifçiləri Didro və Volterlə fransız dilində yazışırdı. Lev Tolstoy «Hərb və sülh»
romanında yazırdı ki, 1812-ci ildəki Borodino döyüşündə təkcə fransızlar deyil, rus
zabitləri də fransızca danışırdılar, ona görə də onları bir-birindən danışıqlarına görə
fərqləndirmək çətin idi. Rus şairləri A. S. Puçkin və P. A. Vyazemski bir-birləri ilə
fransız dilində məktublaşırdılar. Almaniyada isə xalqın doğma dili həmin Böyük
Fridrixin vaxtında daha çox ordu və atla davranış dili hesab olunurdu. Bəziləri
buna təəccüblənə bilər, ancaq elə dil vardır ki, məhz bu təməl üzərində təşəkkül
tapmışdır. Məsələn, pakistanlıların dili onlar hələ vahid Hindistanda yaşayanda
ordu dili kimi formalaşmış, buna görə də “ordu” sözünə yaxın olan bir sözlə- urdu
dili adlanır.
Böyük Çin mütəfəkkiri Konfutsi ritualı ön plana çəkən kimi, XIV Lui də
öz sarayında, xüsusən Versalda rituala, mərasimə riayət edilməsinə ciddi fikir
verirdi. Kral təkbaşına yemək stolunun arxasına əyləşib, 40 adam üçün hazırlanmış
Dostları ilə paylaş: |