65
Janna d’Arkın heykəli
Sonra Janna dofini inandırıb, onu düşmənin işğal etdiyi ərazilərdən
keçirərək krallara ənənəvi olaraq tac qoyulan Reyms kilsəsinə apardı və
burada ona
VII Karl kimi kral tacı qoyuldu.
Lakin Jannanın Parisi azad etmək cəhdi uğursuz oldu və burqundiyalılar
yaralanmış qızı əsir götürüb ingilislərə verdilər. İngilislər isə onu cadugər kimi
fransızların dini məhkəməsinə verdilər. Məhkəməyə başçılıq edən yepiskop Koşon
(bu söz fransızca «donuz» deməkdir) Jannanı ittiham etməklə, edama məhkum
etmək üçün hər cür vasitələrə, iftiralara əl atırdı. O, bir dəfə bildirdi ki, dəniz
xərçəngləri qılçasının biri zədələndikdə, onu caynaqları ilə qırıb atırlar ki,
hərəkətinə mane olmasın. O, yeretik hesab etdiyi Jannanı din üçün belə zədəli
ayağa bənzədirdi. Janna Allahın böyük mələyi Mixaildən tapşırıq aldığını, ona
səslər gəldiyini bildirirdi. Koşon isə onu yalanda ittiham etməyə çalışırdı. Bu gənc
qız ecazkar xüsusiyyətlərə malik idi. Əyanların arasında özünü tanıtmaq istəməyən
dofinə yaxınlaşıb, əvvəllər görmədiyi şəxsi dəqiq müəyyən etmişdi. Digər
əlamətlər də onun xüsusi qabiliyyətlərə malik olduğunu göstərirdi. Dini məhkəmə
isə ona cadugər yarlıkı yapışdırıb, onu edam etmək hökmünü verdi. 1431-ci ildə 19
yaşlı Janna d`Ark Ruanda tonqalda yandırıldı.
Lakin Jannanın möcüzəli igidliyi öz bəhrəsini verməyə başladı. Kral VII
Karl ingilislərə möhkəm müqavimət təşkil edə bildi. Burqundiya Fransaya kömək
etməyə cəlb edildi. 1453-cü ildə Yüzillik müharibə La-Manş boğazı sahilindəki
Kale istisna olmaqla, ingilislərin bütün fransız torpaqlarından qovulması ilə başa
çatdı. Elə həmin ili Avropa ilə Asiyanın kəsişdiyi nöqtədə də mühüm hadisə baş
verdi, Osmanlı sultanı II Mehmet Fateh Konstantinopolu tutmaqla, Bizans
imperiyasının mövcudluğuna son qoydu.