11
etmir, çünki bu hissə xidmət edənlər onun qaydalarına və prinsiplərinə heç də tabe
olmurlar. Bəhrəsiz, qeyri-münbit torpaqdakı şirin su kimi o, insanların həyatının
içərisinə yayılır, hətta onun müəyyən olunmamış formulu adamları daha dolğun
azadlıq üçün ilhama gətirir.
XIX əsrin birinci onilliyində Napoleonun imperatriçəsi Jozefina
Abelyarla Eloizanın məktublarını oxuduqda riqqətə gəldi, onların tənhalıqda
uyuması ilə razılaşmayıb, cəsədlərinin gətirilib Parisin məşhur Per-Laşez
qəbiristanlığında dəfn edilməsini istədi. Lakin bu arzu onun özünün ölümündən üç
il sonra, 1817-ci ildə həyata keçdi. Həmin qəbiristanlığa gələnlər bu məhəbbət
divanələrinə hörmət əlaməti olaraq, onların sərdabəsini ziyarət edir, bu ölməz
rəmzə təzim qılırlar. Per-Laşez bu xoşbəxtlikləri miqyasında bədbəxt olanlara
uyumaq üçün yer verməklə yanaşı, həm də onların qövsü-qüzehi andıran
şöhrətlərinə də şərik oldu.
Onların məhəbbətinin simvolları kimi yazdıqları məktublar isə dünyanı
dolaşmaqda davam edir. bu sevgi ifadələrinin sevinci və hüznü ilə tanış olanlar
onların qəbirlərini ziyarət edənlərdən heç də geri qalmırlar, bəlkə də, bu hisslər
sərgisinə heyranlıqla tamaşa etdikdən sonra məhəbbət dünyasını daha yaxından
tədqiq etmiş olurlar. Çünki bu tanışlıq, bu sehrli dünya ilə ünsiyyət məhəbbət
qurbanlarının taleyinə biganə qalmaq istəməyən adamlara çox şey verir.
Bu məktublarda ifadə olunan döyünən ürəklərin nəbzində öz
öyrəndiklərini unudub, məşuq rolunda daha böyük şöhrət tapan Pyer Abelyarın
buna görə böyük haqq ödədiyi məlum olur. Sakit bir həyatı yaşadığı halda, böyük
elm adamı sayılan bir adamın dərslərindən yalnız öyrənməyi arzulayan Eloiza da
qızğın bir məhəbbətlə qarşılaşır. Lakin bu sevgi Abelyara olduğu kimi, ona da
bədbəxtlik zəhərinin qədəhini içdirdi və uzun illər ərzində onu qəm dünyasında
yaşamağa məcbur etdi.
Eloizanın Abelyara birinci nəktubu
Bu məktubu Eloiza öz Ağasına, atasına, ərinə, qardaşına onun
nökəri,arvadı, bacısı kimi bütünlüklə özünün ehtiram bəslədiyi və
sevdiyi Abelyara
öz itaətini ifadə etmək üçün yazır.
Sənin dostuna təskinlik üçün yazdığın məktub ondan bir neçə gün sonra
mənim əlimə düşdü. Yazılanı bilmək üçün və əlimdəki həmin məktub bir
məhəbbət nişanəsi olduğundan məndə ona maraq oyandı. Çatdığım azadlığa haqq
qazandırmaq naminə səndən gələn hər şey üzərində mütləq imtiyaza malik
olmağıma görə qürur hissi duydum. Əsla yaxşı tərbiyə qaydalarını pozmaq yolu ilə
hərəkət etməyi deyil, sadəcə Abelyardan gələn xəbərləri eşitmək istədim. Lakin
mənim marağım necə də baha başa gəldi! Mən məktubun bizim bədbəxtliyimizlə
əlaqədar olan təfsilatlarla və melanxoliya (depressiya, tibbdə kədərli, məyus əhval-
ruhiyyə - tərcüməçi) ilə dolu olduğunu gördükdə təəccübləndim! Mən öz adıma
yüz dəfələrlə rast gəldim. Mən onları heç vaxt qorxu hiss etmədən görmədim, axı
bu adı daim bir sıra ağır bədbəxtliklər müşayiət etmişdir. Mən həmçinin səni də
bərabər qaydada bədbəxt gördüm. Bu kədərli, lakin əziz olan xatirələr mənim