Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə14/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   10   11   12   13   14   15   16   17   ...   78
Allahdan-nur-almış-insan

Müstəsna ev 
Məsumə Səbukxiz 
Sepah  qurulan  vaxtlarda  Əbdülhüseyn  başını qaşımağa 
vaxt  tapmırdı,  çox  vaxt  Sepahda  olurdu.  Əvvəllər  maaş 
almırdı, sonralar aldığı maaş da ehtiyaclarımızı ödəmirdi. 
Buna  görə  bənna  işi  də  qəbul  edirdi.  Əsasən,  gecələr 
bənnalıqla məşğul olurdu. 
O zaman evimiz Məşhədin qədim məhəllələrindən olan 
hövzə  tələbələri  məhəlləsində,  yalnız  40  kv.  metrdən 


 
46 
ibarət  bir  ev  idi.  Ona  neçə  dəfə  demişdim  ki,  bu  ev  bizə 
dardır,  beş  uşağımız  var,  gərək  yavaş-yavaş  bir  şey 
fikirləşək. Lakin heç düşünməyə də macal olmadı, nəinki 
həyata  keçirməyə.  Əvvəllər  gələcəyə  ümidvar  idim, 
müharibə başlayandan sonra isə ondan ümidimi üzdüm. 
Bir  ay  təlimə  getdi.  Özüm  işə  girişib  evi  satdım  və 
yaxındakı  dördyolda  böyük  bir  ev  aldım.  Həmin  günü 
yada salmaq mənə çox şirin gəlir. Əşyalarımız çox deyildi. 
Uşaqların  köməyi  ilə  onları  bir  yük  maşınına  yığıb  yeni 
evimizə apardıq. 
Yolda  Əbdülhüseyni  gördüm.  Baxışından  təəccüb 
yağırdı.  Bir  ay  idi  onu  görmürdüm.  Bizə  yaxınlaşdı, 
salamlaşıb  hal-əhval  tutandan  sonra  soruşdu  ki,  haraya 
gedirsiniz? 
Dördyolu göstərib dedim ki, orada bir ev almışam. 
Güldü. 
– Yəqin ki qabaqkından böyükdür. 
– Hə. 
Yenə güldü. 
– Pulunu haradan tapacaqsan? 
– Pulu üçün nə iş olsa, çalışacağam. Allah kərimdir. 
Bir  söz  demədi.  Əmin  idim  ki,  buna  görə  narahat 
olmayacaq.  Yeni  evi  görəndə  həm  də  sevindi;  çiy 
kərpicdən  idi,  həyətinə  plitə  döşənməmişdi,  divarları  da 
palçıqdan idi. Hər yerə diqqətlə baxıb dedi: «Uşaqlar üçün 
əla və genişdir». 
Daşınma 
işi 
bitəndən 
sonra 
Əbdülhüseyn 
düşündüyümdən də tez cəbhəyə yollandı. 
Yeni evimizdə bir neçə gün rahat qaldıq, yağış yağanda 
isə  problem  başlandı.  Otaqda  oturduğum  yerdə  birdən 
başımın  islandığını  hiss  etdim.  Tavana  baxdım.  Su 
damırdı. Özümü itirdim. Bir neçə saniyədən sonra bir qab 


 
47 
gətirib  altına  qoydum.  Düşündüm  ki,  problem  həll  oldu. 
Birdən, «ana, buradan da su tökülür» cümləsini eşitdim. 
Yağış gücləndikcə daha  çox  yerdən su damırdı.  Bütün 
qablarımızı tavandan axan damcıların altına qoyduğumuzu 
desəm,  bəlkə  də  doğru  demişəm.  Yağış  dayanana  qədər 
çox  əziyyət  çəkdik.  Ondan  sonra  günləri  sayırdım  ki, 
Əbdülhüseyn nə vaxt gələcək. 
Nəhayət,  cəbhədən  qayıtdı;  amma  özü  gəlmədi, 
gətirdilər. Ən çox ayaqları yaralanmışdı. Ertəsi gün Qəzali 
və bir neçə pasdar onu ziyarətə gəldilər. Təsadüfən, yağış 
yağmağa  başladı.  Qəzali  elə  bildi  ki,  təkcə  onların 
oturduqları  otaqdan  su  damır.  Uşaqlardan  soruşdu  ki, 
qonaq otağınız hansıdır? 
Qonaq  otağını  göstərdilər.  Girdi  və  tez  çıxdı.  Ora  da 
digər otaqlardan geri qalmırdı. Qabları gətirməyə başladıq. 
Az sonra onlar da sağollaşıb getdilər. 
Bir  saat  ötməmiş  onların  biri  qayıdıb  ağa  Burunsini 
çağırdı. Dedim ki, onun halı yaxşı deyil, siz ki bilirsiniz. 
– Biz özümüz onu maşınla aparacağıq. 
– Olmaz ki, başqa vaxt gəlsin? 
– Yox, ağa Qəzalinin vacib işi var. Dedi ki, tez hacını 
oraya aparaq. 
Sepahdan  qayıdanda  qaşqabaqlı  idi.  Məsələnin  nə 
olduğunu  bilmək  istəyirdim.  Bir  neçə  dəqiqədən  sonra 
bunu soruşanda isə ah çəkdi. 
- Heç nə, əmr etdi ki, daha cəbhəyə getməyim. 
Təəccübdən gözlərim bərəldi. 
- Daha cəbhəyə getməyəsən?! 
Başını  yelləyib  yavaşca  dedi:  «Hə,  evi  düzəltməyincə 
cəbhəyə getməyə qoymayacaqlar». 
Soruşdum ki, başqa nə dedi? 
Mənalı təbəssüm etdi. 


 
48 
-  Bilmək  istəyirdi  ki,  sən  bu  vəziyyətə  görə 
narahatsanmı?  Mən  də  dedim  ki,  yox,  mənim  yoldaşım 
razıdır. 
Evin  düzəlib-düzəlməyəcəyini  bilmək  istəyirdim. 
Soruşdum ki, axırı nə oldu? 
-  Dediyim  kimi,  evi  düzəltməyincə  cəbhəyə  gedə 
bilməyəcəyəm. 
Susub fikrə getdi. Bir qədər sonra dilləndi. 
- Sepahdan gəlsələr, de ki, vəziyyətimiz yaxşıdır, bu evi 
mən özüm almışam, burada qalmaq istəyirəm, yaxşı ev də 
istəmirəm. 
Narahat  halda  soruşdum  ki,  bu  sözləri  nə  üçün 
deməliyəm? 
O, məndən çox narahat idi. 
- Onlar mənə pul vermək istəyirlər ki, yeni dəbli bir ev 
tikim, mənsə bu işi görmək istəmirəm. 
Sözünün  üstünə  bir  söz  deməyi  sevmirdim.  Müştərək 
həyatımız  boyu  onu  tanımışdım.  Çalışırdı  ki,  heç  vaxt 
Allahın razılığı olmayan bir iş görməsin. 
Sepahdan  gəldilər. Evə  dəvət  etdi.  Birinin  əlində  çanta 
vardı. Hamı oturandan sonra çantanı açdı, içindən bir neçə 
iri pul paketi çıxarıb Əbdülhüseynin önünə qoydu. Ürəyim 
bərk  döyünürdü.  O  qədər  pul  gözləmirdim.  Nə  edəcəyini 
gözləyirdim.  Bir  az  gözlərini  pullara  dikdi.  Baxışından 
bəlli  idi  ki,  ciddi  bir  qərar  verir.  Birdən  pulları  götürüb 
hamısını  yenidən  çantaya  tökdü.  Sepahdan  gələnlər  də 
mənim  kimi  heyrət  içində  idilər.  Qərarlı  və  ciddi  şəkildə 
dedi:  «Bu  pullar  beytülmalındır  (dövlət  əmlakıdır).  Mən 
əsla razı deyiləm ki, uşaqlarım bu qədər pulla rifah içində 
yaşasınlar». 
Dedilər: «Amma...» 


 
49 
Bərkdən dedi: «Amması yoxdur, mənim uşaqlarım belə 
yaşayacaqlar». 
- Bəs Qəzaliyə nə deyək? 
- Ona deyin ki, özüm ev haqda bir şey fikirləşəcəyəm. 
Nə qədər israr etdilərsə, faydası olmadı. 
Bir  neçə  gün  keçdi.  Halı  yaxşılaşmışdı,  amma  daha 
bənnalığa görə deyildi. Evin bir tərəfini sökmək istədiyini 
deyəndə  inanmağım  gəlmədi.  Dedim  ki,  yəqin  zarafat 
edirsən. 
– Yox, çox ciddiyəm. 
–  Bu  vəziyyətinlə  bənnalıq  sözünü  heç  dilə  gətirmək 
olmaz. 
– Allahın köməyi ilə həm sözünü deyərik, həm də işini 
görərik. 
İsrarım  təsir  etmədi.  Həmin  gündən  başlayıb  evin  bir 
tərəfini  uçurdu.  Yavaş-yavaş  material  toplayıb  bir  neçə 
nəfərin köməyi ilə iki otaq tikdi. 
İki-üç  gecə  sonra  güclü  yağış  yağdı.  Uşaqlar  başlarını 
yuxarı  qaldırmışdılar  və  gözlərini  tavandan  ayırmırdılar. 
Mən də onlardan geri qalmırdım. Bir qədər sonra hamımız 
əmin olduq ki, bir damla da gəlmir. İlk gündən bilirdik ki, 
işinə söz ola bilməz. 
Ona dedim:  «İndi ki halın  yaxşılaşıb və sabah cəbhəyə 
getmək istəyirsən,  get, amma inşallah,  gələn dəfə  gələndə 
evin o biri tərəfini də tikərsən. 
– İnşaallah. 
Yeni  otaqlarda  həyatın  ləzzətini  dadar-dadmaz  birdən 
həyətdə  gurultu  qopdu.  Tez  bayıra  qaçdıq.  Mənzərə 
dəhşətli  idi:  palçıq  hasarın  bir  tərəfi  uçmuşdu.  Dönüb 
Əbdülhüseynə baxdım. Güldü. 
–  İnşaallah,  gələn  dəfə  gələndə  bunu  da  uçurub 
kərpicdən hasar hörəcəyəm. 


 
50 
–  Sizin  aldığınız  5-6  gün  məzuniyyətlə  bir  iş  görmək 
olmaz. 
–  Gələn  dəfə  20  gün  məzuniyyət  alacağam,  narahat 
olma. 
Səhər tezdən cəbhəyə yollandı. 
 
*** 
 
Təxminən  iki  aydan  sonra  gəldi.  Salamlaşandan  sonra 
20 günlük icazə aldığını söylədi. 
Çox  tez  işə  başladı.  Birinci  gün  kərpic  gətirdi,  ikinci 
gün  bütün  hasarı  uçurub  sökdü.  Digər  işlərə  başlamaq 
istəyəndə 
Sepahdakı 
yoldaşlarından 
biri 
gəldi. 
Əbdülhüseyn  onu  evə  dəvət  etdi,  o  isə  dedi:  «Yox,  bir 
dəqiqəliyə bayıra gəlsən, yaxşıdır». 
Getdi və tez də dönüb gözlərimə baxdı. 
– Mühüm bir iş çıxıb, getməliyəm. 
Soyuqqanlılığımı itirmədim. 
– Eybi yoxdur, get, amma tez qayıt. 
Səsi bir az da mehribanlaşdı. 
– İş şəhərdə deyil. 
– Bəs haradadır? 
Ehtiyatla dedi: «Cəbhəyə getməliyəm». 
Dərhal üzümdə hərarət hiss etdim. Çox narahat oldum. 
Bizim  evimiz  küçədə  barmaqla  göstərilirdi,  məclislərin 
mövzusu olmuşdu. Ətrafıma baxdım. 
– Sən məni bu qədər uşaqla bu qapısız və hasarsız evdə 
qoyub getmək istəyirsən?! 
Bir söz demədi. 
– Heç olmasa, hasarı uçurmazdın. 
Belə hallarda həmişə gülərdi. 


 
51 
–  Narahat  olma,  sənə  söz  verirəm  ki,  bu  evin  damına 
hətta bir pişik də çıxmayacaq. 
Bir az da hirslənib üzümü turşutdum. 
– Həyətin hasarı uçubsa, uçub, nə olsun ki?! 
Ağlamaq istəyirdim. 
–  Yəni  mənim  bu  qədər  kiçik  uşaqla  bu  hasarsız  evdə 
qalmağım düzgündür?! 
Yenə  məni  sakitləşdirməyə  çalışdı,  amma  faydası 
olmadı.  Getdikcə  hirsim  artırdı.  Üzündən  gülüş  getdi, 
ciddiləşdi, lakin səsindən yenə mehribanlıq yağırdı. 
–  Bax,  mən  uşaqlıqdan  nə  kiminsə  evinin  damına 
çıxmışam,  nə  kiminsə  hasarından  hoppanmışam,  nə  də 
kiminsə namusuna baxmışam. 
Son  sözləri  diqqətimi  cəmlədi,  narahat  olsam  da, 
qalanını eşitmək istədim. 
– İndi də deyirəm ki, sən başıaçıq bayıra çıxsan da, heç 
kim sənə baxmaz. Arxayın ol ki, bu evdə heç bir canlı səni 
narahat  etməz.  Çünki  mən  heç  kimi  narahat  etməmişəm. 
Əsla narahat olma. 
Əminliklə  danışırdı.  Özümə  gəldim.  Sözləri  alov 
üzərinə tökülən su effekti verirdi. Çantasını bağlayıb yola 
düşəndə iynə ucu qədər də narahatlığım qalmamışdı. 
Bir  müddətdən  sonra  gəldi.  Baxışı  həmişəki  kimi 
mehriban  idi.  Uşaqları  bir-bir  qucaqlayıb  öpürdü.  Hələ 
oturmamış  üzünü  mənə  tutdu,  uzun  və  mənalı  bir  «bəli» 
deyib  soruşdu:  «Bu  müddətdə  bir  oğru-zad  gəldi,  yoxsa 
yox?!» 
– Yox. 
Güldü. 
–  Sözlərin  o  qədər  təsirli  idi  ki,  biz  arxayın  yaşadıq. 
Əgər zərrə qədər də qorxduğumu desən, yalandır. 


 
52 
Allah  ona  rəhmət  eləsin!  O  sözlərinin  təsiri  hələ  də 
qəlbimizdə  qalıb.  Özü  demiş,  hələ  heç  bir  canlı  bizi 
narahat etməyib. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə