Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   18   19   20   21   22   23   24   25   ...   78
Allahdan-nur-almış-insan

RPG manqa 
başçısı 
Seyid Kazim Hüseyni 
Cəsur  bir  gənc  vardı,  nə  üçünsə  batalyondan  ixrac 
etmişdilər. Əlində bir məktub tribunala yollanırdı. 
Həyətdə  Hacı  Burunsi  onu  gördü.  Yerişindən  və 
görkəmindən  qayğılı  olduğunu  anladı.  Yaxınlaşıb  salam 
verdi.  Gənc  dayanıb  salamını  cavabladı.  Hacı  soruşdu: 
«Nə olub, cavan?» 
Gənc  yavaşca  dedi:  «Heç  nə,  məni  ixrac  ediblər, 
tribunala gedirəm». 
Hacı onunla birgə tribunala getdi, orada məktubu verib 
dedi: «Ağa, mən bunu aparmaq istəyirəm». 


 
64 
– Bu sizin işinizə yaramaz, ağa Burunsi. 
– Sizin nəyinizə lazımdır?! Mən aparmaq istəyirəm. 
Onu batalyona  gətirdi. Onun kimi başqa bir neçə  nəfər 
də vardı, hamısı gənc idilər. Elə əvvəldən hacını sevməyə 
başladılar. Hacı onların düşüncə və əxlaqları üzərində çox 
işləyirdi.  Axırda  elə  olurdu  ki,  hamısı  könüllü  şəkildə 
xüsusi 
dəstəyə, 
yəni  RPG  atanlara  qoşulurdu. 
Əməliyyatlarda ən çətin iş onların üzərinə düşürdü. 
Bir  müddətdən  sonra  həmin  gənc  Xüsusi  manqanın 
komandiri  oldu,  bir  qədər  sonra  da  adı  şəhidlərin 
siyahısında yazıldı. 
Yadımdadır,  bir  gün  hacı  onun  keçmiş  komandirinə 
deyirdi:  «Siz  bu  gəncləri  tanımırsınız,  bir  dəfə  namazını 
qılmayanda, intizamsızlıq, yaxud bir az zarafat edəndə tez 
ixrac edirsiniz. Bunları dillə yola gətirmək lazımdır. Bizim 
üçün əsas işbacaranlar bu gənclərdir». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə