Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə24/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   20   21   22   23   24   25   26   27   ...   78
Allahdan-nur-almış-insan

Hacıya salam 
Məcid Əxəvan 
Xorasanın  77-ci  diviziyası  ilə  başqa  bir  diviziyanın 
birgə  əməliyyatı  olacaqdı.  O  zaman  77-ci  diviziyanın 
komandiri Polkovnik Siddiqi idi. Bir dəfə onlarla iclasımız 
vardı.  Onların  qərargahında  iclas  zalına  gedib  əməliyyat 
barədə söhbətə başladıq. 
Əvvəlcə  yüksək  rütbəli  zabitlər  sözə  başladılar. 
Divardakı 
xəritə 
üzərində 
koordinatları 
göstərib 
danışırdılar.  Növbə  briqada  komandirlərinə  çatdı.  Həm 
ordu  zabitləri  danışırdılar,  həm  də  Sepahın  uşaqları. 
Söhbət  əsasən,  klassik  və  taktiki  cəhətlərdən  gedirdi. 
Məsələn,  deyirdilər  ki,  bizim  bu  qədər  tankımız  var, 
düşmənin  bu  qədər;  bizim  bu  qədər  canlı  qüvvəmiz  var, 
düşmənin  bu  qədər;  hazırlıq  atəşləri  necə  olmalıdır,  necə 
manevr etməliyik və s. 
Hacı  Burunsi  o  zaman  briqada  komandiri  olmuşdu  – 
18-ci  İmam  Cavad  briqadasının.  Briqadanın  ikinci 
kolonunun  başçısı  da  mən  idim.  Düz  onun  yanında 
oturmuşdum.  Nəhayət,  növbə  bizim  briqadamıza  çatdı. 
Hacı  ayağa  qalxıb  irəli  getdi.  Onun  sadə  kəndli  görkəmi 
həmişə  diqqət  çəkirdi.  Hamı  ona  baxırdı.  Həyəcandan 
ürəyim bərk döyünürdü. Hacının yaxşı nitqindən və yetərli 
məlumatlarından xəbərdar idim, amma o vaxta qədər belə 
bir 
iclasda 
danışdığını  görməmişdim.  Öz-özümə 
düşündüm ki, hacı bu komandirlərə nə deyəcək? 
«Bismillah» 
deyəndən,  Quran  ayəsi  və  hədis 
oxuyandan  sonra  bir  qədər  dayanıb  əlavə  etdi:  «Taktiki 
məsələlər  barədə  yetərincə  danışıldı.  Təbii  ki,  lazım  idi, 


 
67 
amma  daha  bəsdir.  Mən  sizin  icazənizlə  kanalı  dəyişmək 
istəyirəm.  Demək  istəyirəm  gərək  ehtiyatlı  olaq  ki,  qürur 
bizi məhv eləməsin». 
Bunu deyib erkən İslam çağının döyüşlərindən misallar 
çəkdi. 
Ühüd 
döyüşündə 
İslam 
qüvvələrinin 
məğlubiyyətinə səbəb olan qürurdan danışdı. 
– 
İndi 
də 
taktiki 
məsələlər 
bizi 
çox 
qürurlandırmamalıdır. Deməyin ki, İraqın tankı var, bizim 
də varımızdır; topu var, bizim də varımızdır. Müharibənin 
əvvəli  yadınızdadır?!  Bizim  nəyimiz  vardı,  İraqın  nəyi 
vardı?!  Yadınızdadır  ki,  necə  onları  ağlar  qoyduq?! 
Təəssüf  ki,  bəzən  bu  kimi  şeylərin  altını  çəkdik,  amma 
ibrət  almadıq.  Mən  demək  istəmirəm  ki,  taktiki söhbətlər 
lazımsızdır.  Xeyr,  çox  lazımdır,  ancaq  etiqadı  və 
mənəviyyatı  da  unutmamalıyıq.  Bizim  döyüşümüzün 
əsaslarının nədən ibarət olduğu yadımızdan çıxmamalıdır. 
Hamı gözlərini ona dikib baxır, o da getdikcə qızışırdı. 
Çox  maraqlı  şəkildə  İmam  Hüseynin  (ə)  qoşunu  ilə 
Yezidin  qoşununu  müqayisə  etməyə  başladı,  Kərbəla 
səhrasına toxundu, oradan da qətlgah çökəkliyinə. 
İclasın  ab-havası  birdən-birə  tam  dəyişdi,  bir  neçə 
saniyə  ərzində  hər  tərəfdən  ağlamaq  səsi  gəldi.  İstisnasız 
olaraq  hamı  ağlayırdı,  özü  də  necə.  Hacı  hələ  danışırdı. 
Səsi  ucalmışdı  və  titrəyirdi.  Çox  böyük  enerji  ilə  sözünə 
davam  etdi:  «Bizim  nəyimiz  varsa,  bunlardır.  Silah  və 
texnika mütləq olmalıdır, amma RPG atan adamın əvvəlcə 
qəlbi  İmam  Hüseyn  (ə)  eşqi  ilə  dolmalıdır.  Belə  olmasa, 
T-72 tankının önündə davam gətirə bilməz». 
Nəhayət,  söhbəti  bitdi.  Hamının  halı  dəyişmişdi. 
Polkovnik  Siddiqi  otağın  o  başından  gəlib  hacını 
qucaqladı, üzündən öpdü. Ağlamaqdan gözləri qızarmışdı. 


 
68 
Qəhərli  səslə  dedi:  «Hacı  ağa,  sən  öz  briqadan  haqda  nə 
desən, mən onu da edəcəyəm». 
Bir  qədər  sonra  diviziyasının  birinci  briqadasının 
komandiri  olan  Polkovnik  İrayinin  əlindən  tutub  hacının 
əlinə qoydu və ona dedi:  «Bundan sonra sizin briqadanız 
cənab  Burunsinin  ixtiyarındadır;  nə  desə,  dəqiqliklə  icra 
olunsun». 
Sonra  əlini  buraxıb  sözünə  davam  etdi:  «Bunu  hərbi 
əmr kimi tabeliyinizdə olan bütün zabitlərə də deyin». 
Ondan sonra nə zaman 77-ci diviziyada işimiz olsaydı, 
bizi çox yaxşı qarşılayır və hər şeydən əvvəl soruşurdular: 
«Hacı necədir?» 
Oradan  ayrılanda  da  deyirdilər:  «Hacı  Burunsiyə 
mütləq salam deyin». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə