Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   21   22   23   24   25   26   27   28   ...   78
Allahdan-nur-almış-insan

Məcburi çıxış 
Məcid Əxəvan 
Həftədə bir-iki dəfə səhər düzülüşündə çıxış edirdi. Bir 
dəfə  mərasimdən  öncə  məni  çağırıb  dedi  ki,  Əxəvan,  bu 
gün sən çıxış edəcəksən. 
Səsi  baxışı  qədər  ciddi  idi.  Bir  anlığa  əl-ayağımı 
itirdim.  O  vaxta  qədər  bir  yerdə  çıxış  etməmişdim. 
Təvazökarlıqla dedim: «Hacı ağa, sən natiqsən, mən bunu 
bacarmaram». 
Səsi daha da ciddiləşdi. 
– Çıxış etsən, öyrənəcəksən. 
Boynumdan atmaq üçün israr etməyə başladım. Axırda 
hirsləndi. 
–  Mən  savadsız  kəndli  bir  qocayam,  amma  danışıram, 
sənsə  təhsillisən,  dərs  oxumusan,  niyə  bacarmazsan?! 
Həqiqətən, ayıbdır! 


 
69 
Başımı  aşağı  saldım.  Hacı  gedə-gedə  dedi:  «Get,  get 
hazırlaş, sən danışacaqsan». 
Yalnız  məni  yox,  briqadanın  bütün  komandir  heyətini 
buna  məcbur  edirdi.  Bir  çıxış  etmək  məcburi  idi,  bir  də 
Bəsic çadırında xörək yemək. Səhər yeməyi vaxtı deyirdi: 
«Vəhidi,  Əxəvan  və  əməliyyat  başçısı  Cundullah 
batalyonuna getsinlər». 
Özü  də  bir-iki  nəfərlə  başqa  bir  batalyona  gedir, 
digərlərini  də  yerdə  qalan  batalyonlara  göndərirdi.  Belə 
olduqda,  səhər  yeməyinə  sıravi  Bəsic  üzvlərinin  qonağı 
olurduq.  Öz  işi  həmişə  hamıdan  çətin  olurdu:  Bir-iki  tikə 
bir  çadırda  yeyirdi,  bir-iki  tikə  növbəti  çadırda  və  s. 
Beləliklə, bütün çadırlara baş çəkmiş olurdu. 
Nahar  və  şam  yeməklərində  də  belə  olurdu.  Məcburi 
çıxışın  və  bu  şəkildə  xörək  yeməyin  səbəbini  soruşanda 
deyirdi: «Uşaqlar sizi səsinizlə tanımalıdır, üzünüzlə yox». 
O  deyirdi:  «Uşaqlar  əməliyyat  gecəsində  qaranlıqda 
Əxəvanın  üzünü  görmürlər,  səsini  eşidirlər.  «İrəliyə» 
deyən  kimi  bilirlər  ki,  bu,  Əxəvandır.  Mən  «sola  dönün» 
deyən kimi bilirlər ki, bu, Burunsidir». 
Bu  açıqlamanı  eşidənlər  onu  alqışlayırdılar.  Üstəlik, 
məcburi  çıxışın  və  əsgərlərlə  birgə  xörək  yeməyin 
faydalarından yalnız biri idi bu, başqa faydaları da var idi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə