Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə28/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   24   25   26   27   28   29   30   31   ...   78
Allahdan-nur-almış-insan

Mer 
işi 
Seyid Kazim Hüseyni 
Hacının qab yumaq növbəsi idi. 
O,  dayanmadan  oyan-buyana  qaçırdı.  Nəzarət,  canlı 
qüvvəni  təhvil  almaq,  tərxis  etmək...  Daim  ön  posta 
gedirdi  və  digər  min  cür  işi  vardı.  Buna  baxmayaraq,  bir 
dəfə də mer  işini heç kimə vermədi. 


 
74 
Şam  yeməyindən  sonra  qabları  topladıq.  Hacı  süfrəni 
təmizləməyə başladı. Qablar da yanında idi. Uşaqların biri 
zirəklik  etmək  istədi;  yavaşca  ayağa  qalxıb  pəncələri  ilə 
hacının arxasına keçdi, ehtiyatla əyilib qabları götürdü və 
səssiz-səmirsiz otaqdan çıxdı. 
Elə  bildi  ki,  hacı  onu  görmədi,  lakin  görmüşdü. 
Bilirdim  ki,  hələ  ona  mane  olmayacaq.  Adamların  içində 
heç  kimi pərt  eləməzdi. Tez süfrəni  toplayıb  bayıra  çıxdı. 
Qabları götürən əsgər kranın yanında oturmuşdu. Yumağa 
başlayanda  hacı  arxadan  çiyinlərini  tutub  onu  qaldırdı, 
üzündən  öpüb  dedi:  «Buraya  qədər  kömək  edib  qabları 
gətirdin, əllərinə sağlıq, qalanını özüm edərəm». 
–  Hacı  ağa,  xətrimə  dəymə,  daha  qollarımı 
çırmamışam. 
Hacı onun köynəyinin qollarını aşağı saldı. 
Yox, ağa can, sən get öz işlərinlə məşğul ol. Əsgər israr 
etməyə başladı. 
– Qoyun bu dəfə mən deyən olsun. 
İsrarı faydasız idi, amma əl çəkmək də istəmirdi. Hacı 
isə  ondan  da  inadkar  idi.  Axırda  dedi:  «Sən  bu  işin 
savabını məndən almaq istəyirsən?! Bunun savabı mənim 
komandirlik  işimdən  böyükdür.  Düzdür,  mən  batalyon 
komandiriyəm,  amma  qabımı  biri,  paltarımı  da  biri  yusa, 
daha bu, komandirlik olmaz!» 
Nəhayət,  qayıtdı  və  qayıdanda  dedi:  «Əbəs  yerə  deyil 
ki,  bu  hacı  əməliyyat  gecəsi  əsgərlərinə  «öl»  deyəndə 
ölürlər!» 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə