Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə30/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   26   27   28   29   30   31   32   33   ...   78
Allahdan-nur-almış-insan

Meyvə hamıya 
Seyid Kazim Hüseyni 
Batalyonun  iclasları  bəzən  çox  uzanırdı.  Bir  dəfə  bir 
neçə  dəqiqəlik  istirahət  zamanı  uşaqların  biri  dedi: 
«Anbarın uşaqları  gedib  bir şey  gətirsinlər  yeyək, biz çox 
acdıq». 
Razılığa  gələndən  sonra  Anbar  və  təsərrüfat  tağımında 
xidmət  edən  uşaqlardan  biri  bu  məqsədlə  gedib  tez  geri 
döndü.  Dəqiq  yadımda  deyil  ki,  qarpız  gətirdi,  yoxsa 
başqa bir meyvə. Uşaqlar yeməyə başlamazdan öncə hacı 
dillənib  dedi:  «Bundan  batalyonun  bütün  uşaqlarına 
gətirdin, yoxsa yox?» 


 
76 
Meyvəni  gətirən  adam  təəccüb  içində  cavab  verdi: 
«Yox, hacı ağa, belə olsa, xərcimiz çox çıxar». 
Əbdülhüseyn üzünü turşudub dedi: «Bizim başqaları ilə 
nə  fərqimiz  var?!  Biz  burada  oturub  xəritə  və  kağız 
üzərində  nəzəri  iş  görürük,  sabah  enerji  sərf  edib 
düşmənin üstünə gedənlər isə onlar olacaqlar». 
Başqa  sözlər  də  dedi,  yadımda  qalmayıb.  Lakin  yaxşı 
xatırlayıram  ki,  batalyonun  bütün  uşaqlarına  verməmiş  o 
meyvədən ağzına qoymadı. 
Həmişə  belə  idi.  Bir  dəfə  ona  yeni  yorğan  gətirdilər, 
qəbul  etmədi,  əsgərlərə  verib  özü  rəngi  qaçmış  köhnə 
ədyallardan istifadə etdi. Geyindiyi hərbi forma da adətən, 
köhnə olurdu. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə