Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə33/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   29   30   31   32   33   34   35   36   ...   78
Allahdan-nur-almış-insan

Komandirlik 
Əbülhəsən Burunsi 
(Bu xatirəni şəhidin qardaşı danışmışdır) 
Bir dəfə iclasımız vardı. Yüksək rütbəli zabitlərdən bir 
neçəsi  də  gəlmişdi.  Onların  biri  Əbdülhüseynə  dedi: 
«Hacı, sənin üçün yeni planlar hazırlamışıq». 
Əbdülhüseyn gülümsədi. 
– İnşallah, xeyirdir. 
– İnşallah. 


 
92 
Bir  qədər  dayandıqdan  sonra  əlavə  etdi:  «Bizim 
təklifimiz  və  diviziya  komandirinin  təsdiqi  ilə  bundan 
sonra Abdullah batalyonunun komandirisiniz». 
Başqa birisi dilləndi: «Sərəncam da hazırdır». 
Əbdülhüseynə  baxdım.  Gözlədiyimin  əksinə  olaraq, 
üzündə  heç  bir  sevinc  əlaməti  görünmürdü.  Sərəncamı 
uzatdılar, almadı. 
–  Bölük  komandirliyi  də  mənə  çoxdur,  o  ki  qala 
batalyon komandirliyinə. 
– Bu nə sözdür, hacı?! 
Narahat  halda  dedi:  «Məgər  bizim  doqquzuncu 
imamımız nə qədər yaşayıb?!» 
Hamı susdu. Deyəsən, heç kim məqsədini anlamadı. 
–  Həzrət  gənc  ikən  şəhid  edildi.  İndi  mən  42  yaşımda 
batalyon komandiri olum?! 
–  Hər  halda,  bu  sərəncam  yuxarıdan  verilib  və  sizin 
borcunuz qəbul etməkdir. 
Yerindən  qalxdı  və  incik  tərzdə  dedi:  «Yox,  atam, 
bizim adımızın üstündən xətt çəkin. Bu işlərə həm istedad 
lazımdır, həm də ləyaqət». 
Bunu deyib  iclasdan  çıxdı. Həmin  gün  biz və  digərləri 
ona nə qədər dediksə, batalyon komandiri vəzifəsini qəbul 
etmədi.  Lakin  ertəsi  gün  hamını  təəccübləndirdi:  «Səhər 
tezdən  qərargaha  gedib  briqada  komandirinə  demişdi: 
«Dünənki təklifinizi qəbul edirəm». 
Heç  kim  onun  bu  işi  qəbul  edəcəyini  düşünməzdi.  Bəlkə 
elə buna görə komandir soruşmuşdu ki, hansı təklifi? 
Əbdülhüseyn 
cavab 
vermişdi 
ki, 
Abdullah 
batalyonunun komandirliyini. 
Əbdülhüseyn  hamının  təəccüblü  baxışları  önündə 
həmin batalyonun komandiri vəzifəsinə təqdim olundu. 


 
93 
Təxmin  edirdik  ki,  bu  işdə  bir  sirr  var,  yoxsa  belə 
asanlıqla  qəbul  etməzdi.  Nəhayət,  bir  gün  məsciddə  çox 
israrımızdan sonra sirrin üstünü açdı. 
– Həmin gecə yuxuda gördüm ki, ağa İmam Mehdinin 
(ə)  yanındayam.  O,  mənimlə  çox  mehriban  davranıb  bəzi 
tapşırıqlar  verirdi.  Axırda  əlini  başıma  çəkib  çox 
mehribancasına  buyurdu:  «Sən  briqada  komandiri  də  ola 
bilərsən». 
Allah  ona  rəhmət  eləsin!  Belə  mütləq  tabeliyinə  görə 
həyatı möhtəşəm hadisələrlə dolu oldu. 
Yadımdadır,  vəsiyyətnaməsinin  sonunda  yazmışdı: 
«Hansısa vəzifəni qəbul etməyim şəriət baxımından vacib 
olduğuna  görə  idi.  Çünki  komandirlik  mənim  üçün 
üstünlük deyildi». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə