Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə34/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   30   31   32   33   34   35   36   37   ...   78
Allahdan-nur-almış-insan

Tor 
çırağı 
Seyid Kazim Hüseyni 
Vəlfəcr-hazırlıq  əməliyyatından  öncə  idi.  Abbas 
düzənliyində çadırları qurduq və briqada düşərgə saldı. 
O zaman Əbdülhüseyn bizim batalyonun komandiri idi. 
Onunla  və  bir  neçə  nəfərlə  birgə  komandir  çadırında 
oturmuşduq. Birdən Anbar və təsərrüfat bölüyünün başçısı 
içəri girdi. Əlində yeni bir tor çırağı vardı. Salam verəndən 
sonra  dedi:  «Hər  bir  komandir  çadırına  bu  çıraqlardan 
birini verdik, bu da sizinkidir». 
Uşaqların biri yaxınlaşıb təşəkkür etdi və çırağı aldı. O 
da  sağollaşıb  getdi.  Batalyonun  anbardarı  cənab  Toni  tez 
ayağa qalxıb çırağa baxdı. 
– Bundan yaxşısı ola bilməz. 
Çırağı alıb çadırın ortasına getdi. Yaşının çoxluğuna və 
saqqalının ağlığına baxmayaraq, çevik hərəkət edirdi. Çox 
əziyyətlə tavandan bir asqı salladı. Hacı çadırın küncündə 


 
94 
oturub  şalını  iki  əlinin  arasında  fırlada-fırlada  cənab 
Toniyə baxırdı. 
Qoca  çırağın  torunu  şişirtdi,  cibindən  kibrit  çıxarıb 
yandırdı.  Asmaq  istəyəndə  Əbdülhüseyn  dilləndi: 
«Bağlama, hacı». 
Cənab Toni üzünü ona çevirib təəccüblə soruşdu:  «Nə 
üçün?» 
Əbdülhüseyn  yanında  bir  yeri  göstərib  dedi:  «Qoy 
buraya». 
Hacı Toni mühakiməyə tələsdi. 
–  Oranı  da  işıqlandıracaq,  hacı  ağa,  mütləq  yanınızda 
olması vacib deyil. 
Hacı gülümsəyib dedi: «Yox, gətir, işim var». 
Çırağı  hacının  yanına  qoydu,  o  da  söndürmədi.  Heç 
birimiz bir şey anlamadıq. 
Şam azanı veriləndə  çırağı  götürüb  çadırdan çıxdı, biz 
də  arxasınca.  Uşaqlar  soruşdular  ki,  nə  etmək  istəyirsən, 
hacı ağa? 
– Gəlin görün. 
Batalyonun  namaz  qılması  üçün  qurulmuş  çadıra 
getdik.  Cənab  Toniyə  dedi:  «İndi  bu  lampanı  götür  və 
yerinə bu çırağı bağla». 
Nə  etmək  istədiyini  anladıq.  Toni  cəld  tapşırığı  yerinə 
yetirdi. Namazxana gündüz kimi işıqlandı. 
Hacı  çadırın  başçısını  çağırdı,  üzünü  öpüb  dedi:  «Bu 
çıraq  beytülmalındır,  gərək  çox  ehtiyatlı  olasan.  Kimsə 
ona əlini vursa, toru töküləcək». 
Çırağı  yandırıb-söndürmə  tərzini  diqqətlə  izah  etdi. 
Sonra  üzünü  bizə  tutub  dedi:  «Bu  çıraq  artıq 
namazxananındır». 


 
95 
Namazdan  sonra  lampanı  götürüb  komandir  çadırına 
apardıq  və  batalyonun  digər  çadırları  kimi  biz  də  ondan 
istifadə etdik. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə