Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə31/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   27   28   29   30   31   32   33   34   ...   78
Allahdan-nur-almış-insan

Komandirlik 
etibarı 
Seyid Kazim Hüseyni 
Həm  həzrət  Fatimeyi-Zəhraya  (ə),  həm  də  onun 
övladlarına və seyidlərə xüsusi hörməti, sevgisi vardı. Hər 
bir seyidə qəribə tərzdə hörmət edərdi. Yadıma  gəlmir ki, 
səngərə,  çadıra,  evə,  yaxud  başqa  bir  yerə  birgə  getmiş 
olaq  və  o  məndən  qabaq  içəri  girsin.  Hətta  məndən  öndə 
yol yeriməməyə çalışırdı. 
Bir  dəfə  birgə  bir  iclasa  gedirdik.  Çatanda  adəti  üzrə 
məni öndən göndərib dedi ki, buyur. 
İçəri girməyib dedim ki, əvvəlcə sən keç. 
Gülümsəyib  dedi:  «Bilirsən  ki,  mən  seyiddən  qabaq 
girmərəm». 
Etiraz etdim. 
–  Hacı  ağa,  burada  mənim  birinci  girməyim  yaxşı 
çıxmaz. 
– Nə üçün? 


 
77 
–  Axı  sən  komandirsən,  bura  da  cəbhədir.  Hər  halda, 
komandirin etibarı var. 
Bir qədər ara verdim. 
– Mən birinci girsəm, sənin etibarına xələl gələr. 
Gülüb  dedi:  «O  etibar  ki,  seyidlərə  hörmətsizliklə  əldə 
olunacaq, olmaması yaxşıdır!» 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə