Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə39/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   35   36   37   38   39   40   41   42   ...   78
Allahdan-nur-almış-insan

Beytülmal 
şamı 
Seyid Kazim Hüseyni 
Briqada komandiri olanda ona zorla bir maşın verdilərə. 
Bir  sürücü  də  vermək  istəyirdilər,  amma  qəbul  etmədi. 
Ona dedim ki, sənin sürücülük vəsiqən yoxdur, hacı, gərək 
sürücü də olsun. 
– Cəbhədə sürməyimin şəriət baxımından eybi olmaz. 
– Bəs şəhərdə nə edəcəksən? 
Bir az fikirləşdi. 
– Şəhərə gedəndə sürücü ilə gedərəm. 
Bir  müddətdən  sonra  mən  Məşhəddə  olanda  yanıma 
gəldi. 
–  Mənim  sürücülük  vəsiqəm  üçün  bir  şey  fikirləş, 
seyid. 


 
105 
Güldüm. 
– Sənin artıq sürücün var, vəsiqəni neyləyirsən? 
–  Problem  də  budur  ki,  bir  sürücü  beytülmaldan  maaş 
alıb mənə xidmət edir. 
Zarafatı qızışdırmaq istədim. 
– Hər halda, bu, bir briqada komandirinin hüququdur. 
–  Zarafat  eləmə,  seyid.  Bu  maşının  özü  mənə  çox 
ağırlıq  edir,  qorxuram  ki,  qiyamət  günü  cavab  verə 
bilməyim, o ki qala sürücüyə.   
Qərarı  çox  ciddi  idi.  Soruşdum  ki,  neçə  gün 
məzuniyyətdəsən? 
– Bir həftə. 
Bir az fikirləşib dedim: «Çətin alına, amma yenə Allaha 
təvəkkül! Gedək görək nə olur». 
Yol  polisinə  gedib  birtəhər  işləri  yoluna  qoyduq. 
Xeyirxah  zabitlərin  iki-üçü  bizə  çox  kömək  etdi. 
Əbdülhüseyn  əvvəlcə  nəzəri  imtahanı  verdi,  sonra  da 
təcrübini.  Nəhayət,  ona  sürücülük  vəsiqəsi  verdilər. 
Əlbəttə, bunun özü də bir həftə çəkdi. 
Cəbhəyə  gedəndə  sağollaşmağa  gəldi,  sürücülük 
vəsiqəsinə görə təşəkkür etdi. 
– Çəkdiyin zəhməti beytülmalın hesabına yaz, inşallah, 
Allah əcrini verər. 
–  Öz  aramızdır,  hacı  ağa,  sən  də  çox  çətinə  salırsan 
özünü. 
Gülümsəyib  mənə  bir  hekayə  danışdı:  «Həzrət  Əlinin 
(ə)  xilafəti  dövründə  Təlhə  və  Zübeyr  vəzifə  almaq  üçün 
onun  yanına  gedirlər.  Onlar  içəri  girəndə  İmam  Əli  (ə) 
beytülmala  aid  şamı  söndürüb  öz  şəxsi  şamını  yandırır. 
Təlhə  və  Zübeyr  bunu  gördükdə  daha  vəzifə  istəməyib 
kor-peşman geri dönürlər». 


 
106 
Ağlayıb  sözünə  davam  etdi:  «Qiyamət  günü  Allah 
insanın şəxsi pulundan və halal mülkündən də soruşacaq, 
o ki qala beytülmala. Bunun iynə ucu qədərinin də hesabı 
var. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə