Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə47/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   43   44   45   46   47   48   49   50   ...   78
Allahdan-nur-almış-insan

Giley 
Məsumə Səbukxiz 
Evdə  olanda  başqası  haqda  danışa,  məsələn,  deyə 
bilməzdik ki, bu gün bu qonşu o biri qonşunun evinə getdi. 
Kimdənsə  danışmaq  istəyəndə  tez  deyirdi:  «Bu  söhbət 
bizə aid deyil, bizim öz işlərimiz, öz həyatımız var, onlarla 
nə işiniz?!» 


 
117 
Özü  hətta  əbəs  sözlərdən  də  çox  çəkinirdi,  o  ki  qala 
qeybətdən, yalandan və bu kimi günahlardan. 
Bir  dəfə  birlikdə  kəndə  getmişdik.  Bir  müddət  öncə 
anasına  bir  mülk  çatmışdı.  Gəlib  Əbdülhüseynin  yanında 
oturdu və gileylənməyə başladı. 
– Bilmirəm sən necə oğulsan, bala?! 
Əbdülhüseyn gülümsədi. 
– Niyə ki?! 
–  Kəndə  gəlib  bizə  baş  çəkirsən,  amma  bir  dəfə  mənə 
demirsən ki, ana, sənin mülkün haradadır? 
Onu deyən kimi Əbdülhüseynin qaşları çatıldı. 
- Mənim sizin əmlakınızla bir işim yoxdur. 
Anası eynilə mənim kimi yerində dondu. Əbdülhüseyn 
sözünə davam etdi: «Elə bildim yanımda oturub nə qədər 
qəza namazı, nə qədər  gecə namazı qıldığını deyəcəksən. 
Mülk və əmlak söhbəti nədir edirsən?!» 
Ondan  həmişə  belə  reaksiya  gözləyirdim,  amma  anası 
ilə yox. Sakit qala bilmədim. 
– Yəni bu, düzgündür?! Axı o, sənin anandır! 
Tez  cavabımı  verdi:  «Yəni  bu,  düzgündür  ki,  mənim 
anam bu yaşda oturub dünya söhbəti eləsin?!» 
Səsi  yumşaldı,  bir  qədər  dayanıb  sözünə  davam  etdi: 
«Ruzini  Allah  yetirir,  bizim  anamız  artıq  axirəti  haqda 
düşünməlidir». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə