Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə55/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   51   52   53   54   55   56   57   58   ...   78
Allahdan-nur-almış-insan

Düzgün 
tərbiyə 
Əbülhəsən Burunsi 
1984-cü il, baharın sonu idi. İmtahanlar bitən gün atam 
cəbhədən  zəng  vurdu.  Anam  qonşuya  gedib  onunla 
danışdı. Qayıdanda üzü gülürdü. 


 
131 
–  Həsən  ağa,  əşyalarını  hazırla,  sabah  səni  aparmağa 
gələcəklər. 
– Məni aparmağa? Nəyə görə? 
– İstədiyin bir şeyə görə. 
Birdən atamın verdiyi söz yadıma düşdü. Çox istəyirdi 
ki, məni cəbhəyə aparsın. Sevincək dedim: «Cəbhə?» 
– Bəli, oğlum, sabah ağa Hüseyni   gələcək. Atan dedi 
ki, pal-paltarını yığıb hazır olsun. 
Narahatlığım  elə  oradan  başlandı.  O  zaman  11-12 
yaşım  vardı.  Cəbhəyə  əmimlə  getmək  istəyirdim.  Bunu 
anama dedim. O, dedi: «Gərək bəhanə gətirməyəsən». 
Çox  darıxmağa  başladım.  Əmimin  evi  yaxında  idi. 
Axşam  bizə  baş  çəkməyə  gələndə  ağlayıb  məsələni  ona 
danışdım. Axırda da dedim ki, mən cəbhəyə ya atamla, ya 
da səninlə getmək istəyirəm. 
Başımı  tumarlayıb  dedi:  «Axı  mən  indi  cəbhəyə  gedə 
bilmərəm». 
Susdu. Mənsə ağlayırdım. 
–  Bu  qədər  ağlama,  sabah  səhər  özüm  gəlib  ağa 
Hüseyniyə deyərəm ki, səni aparmasın. 
Buna da razı olmadım. 
– Mən cəbhəyə getmək istəyirəm. 
Güldü. 
– Onda bir iş görərik. 
Sağollaşıb getdi. 
Səhər  tezdən  yenidən  gəldi.  Ağa  Hüseyni  gələndə  özü 
qarşıladı,  onunla  danışıb  əhvalatı  söylədi.  Ağa  Hüseyni 
zarafatcıl  adam  idi.  Düz  yanıma  gəldi,  gözlərimə  baxıb 
gülə-gülə ucadan dedi: «Cəbhəyə getmək istəmirsən?» 
Üzümü yana çevirdim. 
– Yox. 
- Vay-vay! 


 
132 
Əlini çiynimə qoydu. 
– Belə asandır?! Ay kişi, atan bizim dərimizi soyar. O 
bu gün səni gözləyir. Tez geyin, gəl. 
Əmimin  israrı  faydasız  idi.  Hətta  anam  da  müdaxilə 
etdi  ki,  mümkünsə,  sonra  getsin.  Amma  ağa  Hüseyni  iki 
ayağını  bir  başmağa  dirəyib  məni  aparmağa  çalışdı. 
Axırda dediyini etdi. 
–  Əgər  cəbhəyə  getmək  istəyirsənsə,  gərək  kişi  olasan 
və belə uşaq sözlərini kənara qoyasan. Tez hazırlaş, gedək. 
Çantam  yox  idi.  Əşyalarımı  ağ  bir  boğçaya  qoyub 
bağladım. Anamla və digərləri ilə sağollaşıb motosikletin 
tərkinə  oturdum.  Ağa  Hüseyni  qaz  verdi  və  birbaş  hava 
limanına getdik. 
Mən  elə  bilirdim  ki,  motosikleti  də  cəbhəyə  aparacaq. 
Lakin  hava  limanında  mühafizəçilərdən  birinə  tapşırıb 
dedi: «Mən indi qayıdıram». 
Köynəyini dartıb dedim: «Məgər sən gəlmirsən?!» 
– Yox, mən səni uşaqların birinə tapşıracağam, inşallah, 
onunla gedəcəksən. 
Qorxduğumu  görüb  tez  əlavə  etdi:  «Atanın 
dostlarındandır, səni birbaş hacı ağanın yanına aparacaq». 
Məni  ona  tapşırdı.  Ona  bir  neçə  tövsiyə  də  verib  özü 
qayıtdı.  Onunla  hava  limanına  girdik.  Orada  4-5  təyyarə 
var idi. Birinin pillələri açıq idi və bir neçə hərbçi minirdi. 
Biz  də  ona  yaxınlaşdıq.  Pillələrin  yanında  bir  polkovnik 
pilot  dayanmışdı,  içəri  girənləri  dəqiq  yoxlayırdı.  Növbə 
mənə çatanda dedi: «Kimlik?» 
Atamın  dostu  arxamda  idi.  Dönüb  ona  baxdım.  Dedi: 
«Kimliyin yəqin ki yoxdur, doğum şəhadətnaməni ver». 
Boğçamı  göstərib  narahat  halda  dedim:  «Mənim 
bundan başqa heç nəyim yoxdur». 
Polkovnik dilləndi: «Onda sən evə qayıtmalısan». 


 
133 
Atamın dostu özünü itirdi. 
– Bunun atası cəbhədədir, ağa Burunsi... 
Onu  razı  salmağa  çalışdı,  lakin  nə  qədər  danışdısa, 
polkovnik  razılaşmadı.  Mən  də  dayanmayıb  ağlamağa 
başladım,  özü  də  necə.  Polkovnikə  deyirdim  ki,  nə  üçün 
problem yaradırsan, qoy gedim. 
Ağlamaqdan da bir şey çıxmadı. Razılaşana oxşamırdı. 
Axırda  boğçanı  atamın  dostuna  verib  ağlaya-ağlaya 
dedim:  «Atama  de  ki,  bunlar  gəlməyə  qoymadılar,  gəlib 
hamısı ilə dalaşsın». 
Başımı  tumarlayıb  mehribancasına  dedi:  «Narahat 
olma,  Həsən  can,  Əhvaza  çatan  kimi  hacı  ağaya 
deyəcəyəm buraya zəng  vursun.  İnşallah, növbəti təyyarə 
ilə mütləq gələcəksən». 
Həmin  polkovnik  məni  otağına  apardı.  Hələ  bərk 
ağlayırdım,  gözlərimdən  sel  axırdı.  Otaqda  iki  digər 
polkovnik  də  vardı.  Bir  qədər  sakitləşəndən  sonra  onların 
biri  üzünü  mənə  tutub  təbəssümlə  dedi:  «Adın  nədir, 
balaca əsgər?» 
O  qədər  narahat  idim  ki,  cavabını  vermək  istəmirdim. 
Lakin  hələ  də  baxdığını  görəndə  könülsüz  halda  yavaşca 
dedim: «Həsən». 
Sən bu balaca boyunla cəbhədə nə etmək istəyirsən? 
– Cəbhədə nə edirlər?! Əlbəttə ki vuruşmağa gedirlər. 
Dəsmalımı  cibimdən  çıxarıb  üzümün  yaşını  sildim. 
Birinci polkovnikə bir neçə dəfə də yalvardım, amma yenə 
qoymadı.  İki  saat  orada  həyəcanla  gözlədim.  Birdən 
telefonun zəngi çalındı. Birinci polkovnik dəstəyi götürdü. 
–  Alo.  Buyurun.  Salam.  Bəli,  bəli.  Adınız?  Hacı  ağa 
Burunsi...  
Atamın adını eşidən kimi ayağa qalxdım. Sevincimdən 
uçmaq  istəyirdim.  Diqqətlə  polkovnikin  sözlərinə  qulaq 


 
134 
asdım.  Atam  telefonda  nə  dedisə,  polkovnik  dedi:  «Baş 
üstə, hacı ağa, mütləq, mütləq... Gərək siz bağışlayasınız. 
Hər halda, işimiz bunu tələb edir... Allah amanında». 
Dəstəyi yerinə qoyub üzünü mənə tutdu. 
– Sevin, balaca əsgər. 
– Nə üçün? 
– Səni növbəti təyyarə ilə göndəririk. 
Çox  gözləmədim.  Növbəti  təyyarəyə  miniş  başlandı. 
Günortaya  yaxın  Əhvaza  çatdıq.  Təyyarədən  enən  kimi 
ağa Xalxalini gördüm.  Uzaqdan mənə sarı qaçırdı. Birdən 
havanın  istiliyini  fərq  etdim.  Sanki  Günəş  yaxından 
saçırdı.  Elə  əvvəldən  üzümün  dərisinin  yandığını  hiss 
etdim. 
Ağa Xalxali mənə çatıb salam verdi və halımı soruşdu. 
Dedim ki, mən indi haraya gedəcəyimi bilmirəm. 
Güldü. 
–  Atan  elə  buna  görə  mənə  zəng  vurdu  ki,  gəlib  səni 
onun yanına aparım. 
Əlimdən tutdu və birlikdə bir toyotaya yaxınlaşdıq. Özü 
sükanın arxasına keçdi və yola düşdük. 
Əhvaz  şəhərinin  içinə,  oradan  da  bir  hərbi  qarnizona 
getdik.  Atamı  görməyə  tələsirdim.  Axtarmağa  başladıq. 
Bu  otaqdan  o  otağa,  bu  binadan  o  biri  binaya  keçdik. 
Axırda  onu  bir  zirzəmidə  tapdıq.  Bir  neçə  nəfərlə 
oturmuşdu.  Məni  görən  kimi  qalxıb  yaxınlaşdı,  səmimi 
üzü  birdən-birə  bütün  vücudumu  rahatlaşdırdı.  Gülərək 
dedi: «Sən burada neyləyirsən, oğlum?!» 
Bir  neçə  saniyə  cavab  verə  bilmədim.  Danışmaq 
istəyəndə məni ağlamaq tutdu. 
– Mənə çox əziyyət verdilər, ata! 
Əyilib məni öpdü. 


 
135 
–  Ağlama,  oğlum.  Sən  bura  gəlmisən  ki,  kişi  olasan 
inşallah. 
Ağa Xalxalidən halını soruşdu və ona çox təşəkkür etdi. 
Sonra  mənim  əlimdən  tutub  digərlərinin  yanına  apardı. 
Məndən soruşdu: «Günorta yeməyini yemisənmi?» 
– Yox. 
Tez mənə yemək gətirdilər. 
Çox iştahla yedim. Ondan sonra cəbhə və döyüş zonası 
yadıma düşdü. 
– Ata, cəbhə buradır? 
– Yox. 
– Bəs haradır? 
– İnşallah, saat 4-də bir karvanla cəbhəyə gedəcəyik. 
Sonradan öyrəndim ki, İmam Cavad (ə) briqadasını boş 
bir kəndə köçürmüşlər. Saat dörddə bir karvanla Əhvazdan 
ayrılıb oraya yola düşdük. 
Yolun  kənarında  çoxlu  yanmış  tank  vardı.  İlk  dəfə  idi 
belə  mənzərə  görürdüm.  Diqqətlə  baxırdım.  Maşında 
atamın yanında oturmuşdum. 
– Bu tanklar nə üçün belə olmuşlar? 
Gülümsədi. 
–  Yaxşı  sual  verdin,  oğlum.  Bu  yol  və  bu  düzənliklər 
düşmənin  əlində  idi.  Yəni  Səddamın  adamları  bizim 
torpaqlarımızı  işğal  etmişdilər,  biz  də  vuruşub 
torpaqlarımızı  azad  etdik.  Gördüyün  bu  tankların  hamısı 
düşmənin idi; qoyub qaçmışlar. 
Hər şey mənə yeni idi, hətta axşamüstü çatdığımız boş 
kənd də. Biz kəndə girən ilk insanlar idik. Dağılmış torpaq 
evlərdən  əlavə,  tək-tük  sağlam  evlər  də  vardı.  Bəziləri 
həmin evlərə girdilər, bəziləri də çadır qurdular. 


 
136 
İkimərtəbəli  sağlam  bir  ev  vardı.  Bir  neçə  Bəsic  üzvü 
içəri  girib  yerlərini  rahatladılar.  Bu  zaman  atamın 
dostlarından biri başlarının üstünü aldı. 
– Aşağı enin, özünüzə başqa bir yer tapın. 
– Nə üçün? 
–  Hər  halda,  bu  briqadanın  bir  başçısı  da  var.  Bura 
qərargah olmalıdır. 
Yazıqlar  tez  əşyalarını  toplamağa  başladılar.  Birdən 
atam qaşlarını düyünləyib həmin dostuna yaxınlaşdı. 
- Bu nə sözdür?! «Komandir» nədir?! 
Çox narahat idi. Üzünü həmin uşaqlara tutdu. 
– Çıxmaq lazım deyil, burada qalın. 
Atamın dostu dedi: «Bəs siz, hacı ağa?» 
– Allah bərəkət versin bu çadırlara! 
Bəsic üzvləri bayıra çıxıb dedilər: «Biz razı olmarıq ki, 
hacı  ağa  çadırda  qalsın,  bizsə  burada.  Biz  diqqətsizlik 
etdik, gərək bağışlayasınız». 
Atam  onlarla  bacara  bilmədi,  oranı  komandir  binası 
etdi,  amma  əsgərləri  də  bayırda  qalmağa  qoymadı.  Dedi 
ki, bu ev bizə böyükdür, siz də qala bilərsiniz. 
Döyüşçülərin arasında bir nəfər mənimlə tez-tez zarafat 
edir  və  xətrimi  çox  istəyirdi.  Adı  Əli  Dərvişi  idi.  Allah 
rəhmət  eləsin!  Atam  kimi  o  da  Bədr  əməliyyatında  şəhid 
oldu.  İlk  görüşdə  mənə  bir  kompot  verib  dedi:  «İndi  ki 
cəbhəyə gəlmisən, gərək kompot içib konserv yeyəsən». 
Günəş  yavaş-yavaş  gözdən  itir,  cənubun  isti  havası 
sərinləşirdi. Digərləri kimi dəstəmaz alıb namaz qıldım. O 
zaman kiçik olsam da, həqiqətən, oranın namazı başqa idi. 
İndinin  özündə  də  həmin  anları  düşünmək  mənə  xüsusi 
həzz verir. 
Şam  yeməyindən  sonra  atamın  ətrafı  seyrəldi.  Məni 
yanında oturdub başımı tumarladı. 


 
137 
– Bilirsən cəbhəyə gəlmənə nə üçün razılıq verdim? 
Sual dolu baxışla dilləndim ki, yox. 
– Bu üç aylıq tətildə səndən istədiyim yeganə iş Quranı 
öyrənməndir. 
Arxa  cəbhədə  olanda  da  bu  məsələ  üzərində  çox 
dayanırdı.  Həmişə  fürsət  axtarırdı  ki,  onun  yanında  olum 
və Quran oxumağı öyrənim. Mənə çoxlu nəsihət verəndən 
sonra  dedi:  «İndi  səni  Əhvaza  aparmaq  istəyirəm.  Orada 
Quran  dərsinə  gedərsən.  Özüm  də  hər  iki-üç  gündən  bir 
sənə baş çəkəcəyəm». 
Bunu  eşidən  kimi  dərhal  dilləndim:  «Mən  Əhvaza 
getmirəm, ata». 
– Nə üçün? 
– Mən buraya gəldim ki, sənin yanında olum. 
– Dedim ki, sənə baş çəkəcəyəm. 
Yalvarmağa başladım. 
- Elə et ki, mən burada qalım. 
Az  qaldı  ağlayım.  Əsla  Əhvaza  getmək  istəmirdim. 
Birdən  gördüm  ki,  yanımızda  bir  ruhani  oturub.  Atama 
dedi:  «Nə  olub,  ağa  Burunsi?  İstəyirsən  Həsən  Quran 
öyrənsin?» 
–  Bəli,  hacı  ağa  Cabbari,  elə  cəbhəyə  də  buna  görə 
gətirmişəm. 
– İndi nə etmək istəyirsən ki, Həsən ağa narahat olub? 
–  Onu  Quran  öyrənmək  üçün  Əhvaza  ağa  Fəthinin 
yanına göndərmək istəyirəm. 
Ağa Cabbari üzümə baxıb narahatlığımı anladı. Atama 
dedi: «Əhvaza göndərmək lazım deyil, hacı ağa». 
– Nə üçün? 
–  Mən  özüm  burada  Həsən  ağaya  Quran  öyrədərəm. 
İnşallah, neçə ay qalacaq? 
– İki ay; bəlkə də iki ay yarım. 


 
138 
–  Allahın  köməyi  ilə  bir  aya  Quran  oxumağı 
öyrədərəm. 
Sanki  bütün  dünyanı  mənə  verdilər.  Sevincimdən  nə 
edəcəyimi bilmirdim. Atam gülüb mənə baxdı. 
– Ağanı sənin üçün Allah yetirdi. 
Ağa Cabbari dedi: «Sabahdan başlayırıq». 
–  Onda  mümkünsə  dərs  vaxtını  günortadan  sonraya 
salın. 
– Eybi yox, dərsimiz günortadan sonra olsun. 
Sağollaşıb getdi. Dərs vaxtını düşünüb soruşdum: «Bəs 
səhərlər nə edəcəyəm?» 
– Səni bölüyə göndərəcəyəm. 
– Bölük?! O nədir? 
– İstəyirəm ki, səhərlər bir kişi kimi silah götürüb Bəsic 
üzvlərinə qoşula və təlim keçəsən. 
Ertəsi gün səhər birlikdə Əhvaza getdik. Mənim əynimə 
bir  dəst  Bəsic  forması  tikdirdi.  O  qədər  sevindim  ki,  elə 
oradaca  geyindim.  Kəndə  qayıdanda  məni  Xeyrullah 
bölüyünün  komandiri  ağa  Məhəmmədinin  yanına  apardı. 
Ona  dedi:  «Bizim  uşağımız  sabahdan  səhərlər  sənin 
ixtiyarındadır.  İstəyirəm  ona  elə  təlim  keçəsən  ki, 
əməliyyatçı olsun». 
Həmin gün bir kalaşnikov avtomatı götürdüm. Avtomat 
məndən  təxminən  30-40  sm.  kiçik  idi.  Əvvəllər  onu 
daşımaq  çətin  idi,  amma  yavaş-yavaş  vərdiş  etdim  və 
asanlaşdı. 
Səhər  düzülüşlərində  bölüyün  bayraqdarı  idim, 
hamıdan  öndə  dayanırdım.  Mərasimdən  və  idmandan 
sonra  təlim  başlayırdı.  Getdikcə  qumbara  atmağı,  mina 
basdırmağı və müxtəlif silahlardan istifadəni öyrəndim. 
Hərbi  təlimdən  daha  çox  Quran  dərsi  ilə  məşğul 
olurdum.  Hər  gün  günortadan  sonra  ağa  Cabbari  gəlib 


 
139 
mənimlə  işləyirdi.  Bir-iki  həftəyə  artıq  Quranı  üzündən 
rahat  oxuya  bilirdim.  Bir  dəfə  atamın  yanına  getdik.  Ağa 
Cabbari  ona  dedi:  «Həsənin  qiraəti  hazırdır,  indi  sizə 
Quran oxumaq istəyir». 
– Yəni bir neçə gündə öyrəndi? 
– Bəli. Burada təəccüblü nə var ki, hacı ağa?! 
– Axı bizim bu Həsən ağa məktəbdə bir az tənbəl çıxış 
edir. 
Evin  damına  çıxdıq.  Tələsmədən  bir  neçə  Quran  ayəsi 
oxudum.  Atamın  gözləri  sevincdən  parlayırdı.  Oxuyub 
qurtarandan  sonra  ağa  Cabbariyə  dedi:  «Allahın  lütfü  ilə 
sizin ixlaslı zəhmətiniz tez bəhrə verdi, hacı ağa». 
Bütün çətinliklərinə baxmayaraq, orada qaldığım iki ay 
çox  şirin  keçdi.  Quran  və  şəriət  dərsləri,  hərbi  təlimlər, 
xüsusən də gecə vuruşması çox maraqlı idi. 
Həmin  dövrdən  ən  yaxşı  xatirələrim  gecələrə  aiddir. 
Gecənin  yarısı  atam  yuxudan  oyanıb  namaz  qılır,  Quran 
oxuyurdu.  Könlüm  hələ  də  həmin  yanğılı  münacat 
səslərində qalıb. 
Avqustun  ortalarında  mənə  dedi:  «Oğul,  gərək  yavaş-
yavaş  Məşhədə  qayıtmağa  hazırlaşasan».  Bu  sözü  sonra 
bir neçə dəfə də dedi. Mənsə hər dəfə qətiyyətlə deyirdim: 
«Mən daha buradan getməyəcəyəm». 
Hətta  iki-üç  dəfə  mübahisə  uzandı,  o  da  qətiyyətlə 
deyirdi ki, qayıtmalısan. 
Mən də tez ağlamağa başlayırdım. 
Orada  qalmaq  çox  gözəl  idi.  Həm  də  yaxınlarda 
əməliyyat olacağını eşitmişdim. Atam əməliyyatda iştirak 
etməyimə  bir  söz  demirdi,  problem  yüksək  rütbəli 
komandirlər tərəfindən idi. Demişdilər ki, ağa Burunsinin 
oğlu və o  yaşda olan uşaqlar əsla əməliyyatda iştirak edə 
bilməzlər. 


 
140 
Bəlkə  elə  buna  görə  də  atam  deyirdi:  «Artıq  səni 
əməliyyata aparmağım dini baxımdan düzgün deyil». 
Getmək-getməmək  söhbətləri  ərəfəsində  bir  gecə 
təxminən saat birdə məni yuxudan oyatdı. 
– Qalx, Həsən can. 
Həyəcanla qalxıb yerimdə oturdum. 
– Nə olub? 
Başımı tumarladı. 
– Oğlum, hazırlaş, İmam Xomeyni ilə görüşə gedirsən. 
Elə yuxulu vəziyyətdə gözlərim bərəldi. 
– İmamla görüşə?! Nə vaxt? 
– Elə indicə hazırlaşmalısan. 
Sevinc  bütün  vücudumu  bürüdü.  Əşyalarımı  necə 
topladığımı  bilmədim.  Bayırda  bir  maşın  gözləyirdi. 
Gedəndə bir anlığa beynimə bir fikir gəldi: Bəlkə atam bu 
yolla məni Məşhədə göndərmək istəyir? 
Həvəsim  öldü.  Dayandım.  Üzümü  atama  tutub  dedim: 
«Sənin yanında qalmaq istəyirəm». 
Lakin bu dəfə onunla bacara bilmədim. Dedi: «Sən get, 
oğlum, mən də iki-üç günə gələcəyəm». 
Nəhayət, Məşhədə yollandım. İki-üç gündən sonra özü 
də  gəldi.  Məzuniyyət  müddəti  az  idi.  Gedəndə  də  tək 
getdi, israrlarımın faydası olmadı. 
Allah  ona  rəhmət  eləsin!  Şəhadətindən  bir  neçə  ay 
sonra mən də cəbhəyə  getdim. Həmin ikiaylıq təlim məni 
çox  qabağa  saldı.  İndi  də  Quran  oxuyanda  özümü  onun 
iradəsinə  və  bizim  düzgün  tərbiyəmizdən  ötrü  çəkdiyi 
zəhmətlərə borclu bilirəm. 
 
 
 


 
141 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə