Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə57/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   53   54   55   56   57   58   59   60   ...   78
Allahdan-nur-almış-insan

Partlamayan minalar 
Əliəkbər Məhəmmədi Puya 
1984-cü  ilin  əvvəlləri  idi.  Bilmirəm  hansı  gün  idisə, 
batalyonu  toplayıb  söhbət  etdi.  Söhbətinin  əvvəlində 
həmişəki kimi həzrət Fatimeyi-Zəhraya (ə) salam verdi. 
Boğazını  qəhər  tutdu  və  gözləri  yaşla  doldu.  Həmişə 
belə idi. Xanımın adını çəkəndə ixtiyarsız gözü yaşarırdı. 
Sanki  bütün  vücudu  məsum  Əhli-beytə  (ə)  eşqdən  ibarət 
idi. 
Söhbətinin 
mövzusu 
qeybi 
yardımlar 
idi. 
Əməliyyatların birindən gözəl bir xatirə də danışdı: 
«Əməliyyat  gecəsi  sakit  və  yavaşca  düşmənə  sarı 
irəliləyirdik. Yolda gözlənilmədən minalanmış bir sahə ilə 
üzləşdik.  Sahənin  minalandığını  öyrənməyimiz  Allahdan 
oldu,  çünki  belə  şeylərə  fikir  vermədən  gedirdik. 
Kəşfiyyat  bölüyünün  uşaqları  mat-məəttəl  qalmışdılar. 
Onlar  bunu  məndən  öncə  bildilər.  Eşidəndə  mən  də 
yerimdə qurudum. 


 
143 
Öncəki  gecələrdə  bölgəni  öyrənməyə  gələndə  belə  bir 
sahə görməmişdik. Yalnız bir ehtimal vardı, o da bu idi ki, 
yolu  yanlış  gəlmişik.  Sahənin  o  tərəfində  düşmən 
mövqelərinin qaraltısı görünürdü. 
Biz avanqard dəstə idik, geciksəydik, əməliyyat məğlub 
ola  bilərdi.  Kəşfiyyatçı  uşaqlarla  axtarmağa  başladıq. 
Ümidimiz  iraqlıların  keçid  yerini  tapmaq  idi,  minaları 
zərərsizləşdirməyə vaxt yox idi. Bir neçə dəqiqə axtardıq, 
amma faydası olmadı. 
Bütün  batalyon  bizdən  bir  qədər  arxada  hücum  əmri 
gözləyirdi.  Onların  məsələdən  xəbərləri  yox  idi. 
Kəşfiyyatçı uşaqlar təəccüblə mənə baxıb deyirdilər:  «Nə 
edirsən, hacı?» 
Avtomatla sahəni göstərdim. 
– Görürsünüz ki, heç bir yol yoxdur. 
– Yəni... qayıdaq? 
Bir  söz  demədim.  Yeganə  ümidim  Əhli-beytin  (ə) 
qapısına getmək idi. Həzrət Fatimeyi-Zəhraya (ə) təvəssül 
etdim.  O  halda  məni  ağlamaq  tutdu.  Çox  kövrəlmişdim. 
Dedim: «İlahi, nə edək?!» 
Lütf  və  möcüzə  təyin  olunubsa  və  bir  iş  mütləq  baş 
verməlidirsə,  baş  verəcək.  Kimsə  öz  beynini  məsələyə 
qarışdırsa  və  qüsurlu  düşüncəsi  ilə  ölçsə,  bir  yerə 
çatmayacaq.  Mən  də  o  həssas  şəraitdə  sanki  birdən-birə 
bütün  ixtiyarımı  əldən  verdim.  Özümdə  deyildim.  Birdən 
uşaqlara  yaxınlaşdım.  Hazır  vəziyyətdə  oturub  hücum 
əmri gözləyirdilər. Dedim: «Qalx!» 
Hamı ayağa qalxdı. Düşmən tərəfi göstərib cəld hücum 
əmri  verdim,  özüm  də  getməyə  başladım.  Kəşfiyyatçı 
uşaqların  biri  önümü  kəsib  təəccüblə  dedi:  «Hacı,  nə 
etdin?!» 


 
144 
Hansı  əmri  verdiyimi  orada  bildim,  lakin  artıq  çoxları 
minalanmış  sahəyə  girmişdilər  və  düşmənə  atəş  açırdılar. 
Başqa birisi dedi: «Hacı, hamını ölümə atdın». 
Onların  şübhə  və  gərginlikləri  mənə  də  keçdi.  Bir 
anlığa  çox  əsəbiləşdim,  əllərimi  qulaqlarıma  qoyub  bərk 
sıxmağa  başladım.  Hər  an  bir  minanın  partlamasını 
gözləyirdim. 
Lakin  həmin  gecə  son  nəfərə  qədər  bütün  uşaqlar 
minalanmış  sahədən  keçdilər,  hətta  bir  mina  da 
Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə