Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə65/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   61   62   63   64   65   66   67   68   ...   78
Allahdan-nur-almış-insan

Xüsusi 
təyinatlılar 
Seyid Kazim Hüseyni 
Hürr  batalyonu  1982-ci  ildə  təşkil  olundu.  Onu  ərsəyə 
gətirməkdən  ötrü  çox  əziyyət  çəkdik.  Əbdülhüseyn  var-
qüvvəsini  sərf  etdi  və  nəhayət,  batalyon  formalaşdı. 
Əvvəldən də özü komandir təyin olundu. 
Batalyon  qurulandan  dərhal  sonra  Bostana  getdik. 
Orada  bəzi  iclaslar  keçirdik.  Uzun  müzakirələrdən  sonra 
Çəzzabə və Malik mövqelərini təhvil almamızı söylədilər. 
Briqada  komandiri  dedi:  «Mövqeləri  təyin  etmək  və 
hazırlıqları  tamamlamaq  üçün  üç  gün  vaxtınız  var. 
İnşallah, ondan sonra bölgəni təhvil alacaqsınız». 
Həmin gün Əbdülhüseyn taqım komandirlərini çağırdı. 
İbrahim  Əmir  Abbasi  ilə  birgə  briqadanın  qərargahına 
getdik.  Əmir  Abbasi  oranın  altına-üstünə  bələd  idi, 
bölgəni ovcunun içi kimi tanıyırdı. 


 
156 
İşimiz  iki  gecə  uzandı.  Nəzarəti,  keşiyi,  pusquları  və 
bütün  bölgəni  tam  şəkildə  öyrəndik.  Bildik  ki,  orada  hər 
yer  düşmənin  hədəfindədir.  Buna  görə  də,  birbaş  atəşlər 
çox olurdu və bu, müdafiə işinə əngəl törədirdi. 
Üçüncü  gün  batalyonu  gətirmək  üçün  geri  döndük. 
Gecə  gedib  mövqeləri  təhvil  alacaqdıq.  Səhər  tezdən 
Əbdülhüseynlə  və  uşaqların  bir  neçəsi  ilə  bir  çadırda 
oturub  səhər  yeməyi  yeyirdik.  Əbdülhüseyn  hamıdan  tez 
qalxdı.  Süfrə  başında  da  könülsüz  yeyirdi.  O,  iki-üç  gün 
idi narahat görünürdü, həmin gün isə narahatlığı pik həddə 
çatmışdı. Gülərək dedim: «Bir şey olub, hacı ağa?» 
Birtəhər gülümsəyib soruşdu: «Niyə ki?!» 
– Çox fikirlisən. 
Bir neçə saniyə susandan sonra dilləndi. 
-  Fəthülmübin  əməliyyatından  sonra  Allahdan  istədim 
ki,  daha  bu  müdafiə  və  mövqe  qorumaq  məsələlərinə 
girməyim. 
Uşaqların  bir-ikisi  ona  qəribə  baxdılar.  Deyəsən,  bu 
sözü  həzm  etmək  onlara  ağır  oldu.  Sözünü  davam  etdirib 
dedi:  «Əlbəttə,  vəzifəmiz  nə  olsa,  yerinə  yetirərik,  amma 
mən Allahdan belə istəməmişdim». 
Bir az da kövrəldi. 
–  Deyəsən,  Allah  mənim  duamı  qəbul  etməyib.  Yəqin 
bu bölgədə hücuma keçməyim məsləhət deyil. 
Cəbhədə ən çətin iş düşmən mövqelərini tutmaq idi. O 
da həmişə işlərin  ən  çətinini seçər, din və məktəb eşqi ilə 
bütün vücudundan maya qoyardı. 
Səhər  yeməyindən  sonra  dedi:  «Bütün  batalyonu 
toplayın, həm yaxından tanış olum, həm də söhbət edim». 
Batalyonu səhər düzülüşü meydanına topladıq. Təbliğat 
manqasının 
uşaqları 
səsucaldanları 
hazırladılar. 


 
157 
Əbdülhüseyn  tribunaya  keçdi.  Bir  neçə  Quran  ayəsi 
oxuduqdan sonra söhbətə başladı. 
Söhbəti uzun oldu, təxminən bir saat çəkdi. Söhbətdən 
sonra  bir  neçə  dəqiqə  uşaqların  arasında oturub  suallarına 
cavab verdi, bəzilərinin ad-soyadlarını soruşdu və s. Bu iş 
də bitəndən sonra komandir çadırına gedib oturduq. 
– Mənim bu uşaqlara sözüm çox idi, amma demədim. 
– Nə haqda? 
– Müdafiə və bu kimi məsələlər haqqında. 
– Bəs nə üçün demədin? 
Dərin nəfəs aldı. 
–  Çünki  hələ  gözləyirəm  ki,  bəlkə  bir  lütf  oldu  və  bu 
gecə əməliyyata gedə bildik. 
–  Çox  çətinləşdirmə,  hacı.  Biz  bu  gecə  müdafiə 
edəcəyimiz  mövqeləri  təhvil  almalıyıq  və  inşallah, 
alacağıq da. 
Onu  bu  fikirdən  bir  az  da  yayındırmaq  üçün  dedim: 
«Bundan  əlavə,  məgər  özün  demədin  ki,  vəzifə  nə  olsa, 
yerinə yetirərik?!» 
Söhbət əsnasında birdən uzaqdan bir motosiklet peyda 
oldu.  Sürətlə  bizə  yaxınlaşırdı.  Bir  az  da  yaxınlaşanda 
Durçeyini    və  Əmirxanini    tanıdım.  Ayağa  qalxıb  onları 
qarşılamağa getdik. Durçeyi sükanın arxasında oturmuşdu. 
Bizim yanımızda saxlayıb tez aşağı endi. 
– Ağa Burunsi, uşaqların hamısını topla, sözüm var. 
Tez-tez  danışırdı,  mühüm  xəbərlə  gəldiyi  bilinirdi. 
Xəbərin  nədən  ibarət  olduğunu  soruşanda  dedi:  «Hamını 
toplayın ki, hamınıza bir yerdə deyim». 
Uşaqlar  yeni  dağılışmışdılar.  Bir  neçə  dəqiqə  ərzində 
hamısını  yenidən  topladıq.  Durçeyi  ayağa  qalxıb  söhbətə 
başladı. Ondan öncə xəbər barədə bir kəlmə də danışmadı. 
Həmin söhbətin əvvəli hələ də yadımdadır: «Siz əzizlər elə 


 
158 
bir batalyon yaratmısınız ki, onun komandiri iradə ilə dağa 
bir zərbə vursa, dağı iki yerə bölər». 
Əbdülhüseynlə  mən  onun  iki-üç  addımlığında 
dayanmışdıq.  Bu  cümləni  deyən  kimi  bütün  baxışlar 
Əbdülhüseynə  yönəldi.  Özünü  itirmədi,  soyuqqanlı  və 
təbii  şəkildə  dayanmışdı.  Bu  zaman  yavaşca  gülüb 
qulağıma pıçıldadı: «Gör ağa Durçeyi nə deyir! Biz hansı 
dağı yarmaq istəyirik ki?! Biz hara, bu işlər hara?!» 
Seyid  Haşim  Durçeyi  bir  az  da  danışandan  sonra 
Əbdülhüseyn mənə dedi: «Deyəsən, seyid bilmir ki, biz bu 
Çəzzabə bataqlıqlarına gedib mövqe təhvil alacağıq». 
Ağa  Durçeyi  hələ  Əbdülhüseyni  tərifləyirdi.  Əlindən 
gələn  qədər  təriflədi.  Mən  onun  gətirdiyi  xəbər  haqda 
düşünürdüm.  Söhbət  əsnasında  birdən-birə  əsas  mətləbə 
keçdi. 
– Allah bizim briqadamıza lütf edib və Qüds qərargahı 
tərəfindən bizə özəl tapşırıq verilib. 
Bunu deyən kimi Əbdülhüseynin üzü güldü. O, sözünə 
davam  etdi:  «Qüds  qərargahı  bizdən  bir  batalyon  istəyib, 
biz də briqadanın batalyonları arasından Hürr batalyonunu 
seçdik». 
Bir  qədər  dayanıb  əlavə  etdi:  «İnşallah,  sizin 
batalyonunuz 
bu 
əməliyyatda  briqadanın  etibarını 
qoruyacaq». 
Əbdülhüseynin  üzünə  baxdım.  Gözlərindən  yaş 
süzülür, ixtiyarsız olaraq ağlayırdı. Həvəslə dedim: «Duan 
qəbul oldu, hacı, yenə hücumdasan». 
Elə  həmin  halda  güldü.  Sevincinin  həddi-hüdudu  yox 
idi.  Batalyonun  uşaqları  da  ruhlandılar.  Ağa  Durçeyinin 
söhbəti  bitəndən  sonra  tapşırığı  rəsmi  şəkildə  batalyon 
komandirinə  bildirdi.  Sağollaşandan  və  lazımi  tövsiyələri 


 
159 
verəndən  sonra  Əmirxani  ilə  birgə  motosikletə  minib  tez 
uzaqlaşdılar. 
Əbdülhüseyn  yenidən  uşaqlar  önündə  çıxış  etdi,  lakin 
bu  dəfə  başqa  halda  idi.  Enerjili  və  həvəslə  danışırdı. 
İstisnasız  olaraq  hamını  ağlatdı.  Həm  də  çox  ağladıq. 
Söhbətinin  axırında  lazımi  tapşırıqlarını  verib  dedi:  «Tez 
əşyalarınızı hazırlayın. Allaha ümidlə yola düşürük». 
Tez  hazır  olduq.  Həmidiyyədə  yerləşən  Qüds 
qərargahına  getməli  idik.  Qərargahın  başçısı  Əziz  Cəfəri 
idi. Maşınlara minib yola düşdük. 
Qərargaha  çatanda  böyük  bir  əməliyyatdan  söz 
getdiyini  öyrəndik.  Adı  Beytülmüqəddəs  əməliyyatı  idi. 
Orada  çox  gözləmədik.  Bizi  Əhvazın  Beytülmüqəddəs 
briqadasına  göndərdilər.  Nord  meşəsinə  doğru  yola 
düşdük. 
Ulduzlar göyün üzünü tutanda oraya çatdıq. Briqadanın 
komandiri  olan  cənab  Kolahkəc  bizi  qarşıladı.  Namaz 
qılandan  sonra  işimizi  müəyyən  etdi  və  biz  briqadanın 
batalyonlarından birini əvəz etdik. 
Axşam  saat  10-11  radələrində  bütün  hazırlıqlar 
görüldü. Keşikçiləri ayırdıq və qalanı tam hazır vəziyyətdə 
istirahətə  getdi.  Artıq  hücum  əmrini  gözləyirdik.  Mən  də 
səngərə girdim. 
Birdən  bayırdan  səs  eşitdim.  Ağlamaq  səsi  idi.  Bayıra 
çıxdım.  Hacı  istehkamın  yanında  büzüşüb  elə  yanıqla 
ağlayırdı  ki,  adamı  ağlamaq  tuturdu.  Qəribə  halı  vardı. 
Çox təəccüblə ona yaxınlaşdım. 
– Nə olub? Bir şey olub? 
Gözlərinin  yaşını  sildi,  başını  oyan-buyana  yelləyib 
dedi: «Ürəyim yanır». 
– Nə üçün, hacı? Bir şey olub? 
Dübb Hərdan xəttini göstərdi. 


 
160 
–  Yadındadır,  müharibənin  əvvəlində  M-1  və  M-2 
silahları  ilə  buraya  gəldik?!  Yadındadır,  necə  əziyyətlə 
istehkam qurduq, kisələri düzdük və səngər düzəltdik?! 
Müharibənin  əvvəlindəki  xatirələrin  canlanması  mənə 
xüsusi həzz  verdi. Təsdiq əlaməti  olaraq  başımı yellədim. 
O,  dedi:  «Yadındadır  ki,  o  zaman  bu  xəttin  arxasına  su 
buraxdıq?!» 
– Hə, yadımdadır. 
– O su hələ də qalıb ki, indi qamışlıq əmələ gəlib. 
– Bəs nə üçün ağlayırsan? 
–  Bilirsən,  seyid,  narahatam  ki,  biz  nə  üçün  iki  ildən 
sonra  eyni  yerdə  olmalıyıq?!  Biz  indi  bundan  çox  öndə 
olmalı idik. Bizim bu qədər torpaqlarımız hələ də düşmən 
əlində qalıb. 
Həmişəki  kimi,  onun  əhval-ruhiyyəsinə  qibtə  edirdim. 
Dini  və  vətəni  qorumaqdan  ötrü  bu  qədər  qeyrət 
həqiqətən,  möhtəşəm  idi.  Qalxıb  ayaq  üstə  dayandı, 
istehkama qədər getdi,  yuxarısına çıxdı, bir qədər o tərəfə 
baxıb  aşağı  endi.  Çox  narahat  idi.  Bunu  üzündən 
oxuyurdum.  Birdən  kövrək  səslə  dedi:  «Get  uşaqları 
topla». 
Heyrət  içində  soruşdum:  «Uşaqları?!  Nə  üçün 
toplayım?» 
– Təvəssül duası oxuyaq. 
Məni gülmək tutdu. 
– Diqqətin haradadır, hacı? 
Deyəsən, təzə özünə gəldi, ətrafına baxıb dedi: «Necə? 
Niyə ki?» 
–  Axı  bura  ön  xətdir.  Yadından  çıxıb  ki,  düşmənin 
istehkamı  ilə  məsafəmiz  yüz  metrdən  çox  deyil.  Uşaqları 
buraya toplamaq olmaz. 
Əlini alnına qoyub gözlərini yumdu. 


 
161 
– Mənə bax! Yadımdan çıxmışdı haradayıq. 
Komandir  səngərinə  getdik.  Uşaqların  dörd-beşini 
Təvəssül  duası  oxumağa  çağırdı.  Hamı  toplaşanda  özü 
öndə oturub oxumağa başladı. Həqiqətən, unudulmaz gecə 
idi. Səsinin yanğısı adamı vücudunun bütün dərinliklərinə 
qədər yandırırdı. Duanın əvvəlindən sonuna qədər ağladıq. 
Çox  həyəcanlı  idi.  Duanın  sonunda  acizanə  şəkildə  və 
zarıya-zarıya  dedi:  «Dua  edin  ki,  bu  əməliyyatda  qələbə 
çalaq,  iki  ildən  sonra  yenidən  burada  qalmayaq  və  yaxud 
Allah eləməmiş, daha geridə olmayaq». 
Gecəni  səhərə  qədər  hücum  əmri  gözlədik.  Sübh 
azanından sonra da bir xəbər çıxmadı. Bütün bu müddətdə 
atəş və çatışma səsləri eşidilirdi. 
Təxminən  səhər  saat  səkkizə  yaxın  ağa  Qulampur 
ratsiya  ilə  Əbdülhüseynlə  danışdı  və  hücum  əmrini  verdi. 
Ondan  öncə  biz  bölgəyə  ümumi  nəzər  salmışdıq. 
Əməliyyatın  parolunu  uşaqlara  dedik  və  az  məlumatla 
düşmənə doğru irəlilədik. 
Qamışlıqdan keçdik. Qəribə idi, bizə doğru bir güllə də 
atmırdılar.  Düşmənin  düşərgəsinə  ayağımızı  qoyanda 
iraqlılar  ildırım  sürəti  ilə  qaçmağa  başladılar.  Hamı  mat-
məəttəl  onlara  baxır  və  hansı  səbəbə  qaçdıqlarını 
düşünürdü. 
Dedim:  «Böyük  ehtimalla  gecədən  indiyə  qədər 
psixoloji gərginlikdə qalıblar, indi də bizi görən kimi dözə 
bilməyib qaçırlar». 
Birdən Əbdülhüseyn özünü bizə çatdırıb qışqırdı: «Bəs 
nə üçün dayanmısınız? Gedin özünüzü çatdırın». 
Özümüzə  gəlib  onları  təqib  etməyə  başladıq. 
Hüseyniyyə 
stansiyasına 
qədər 
onları 
qovduq, 
bacardığımız qədər əsir tutduq və qənimət götürdük. 


 
162 
Orada  anladıq  ki,  əsas  işi  İmam  Rza  (ə)  briqadası  və 
digər  qüvvələr  görmüşlər.  Hüseyniyyə  stansiyası  tərəfdən 
Karun çayını keçib  düşmən  mövqelərini  bölmüş,  onlar  da 
Həmid  qarnizonunu  və  bizim  torpaqlarımızın  böyük  bir 
hissəsini qoyub qaçmışdılar. 
İraqlıları təqib edərkən 20-30 yanmış cəsədlə rastlaşdıq. 
İmam Rza (ə) briqadasından olan məzlum şəhidlərimiz idi. 
Bildik  ki,  ötən  gecə  bizimkilər  bu  bölgədə  əvvəlcə 
müvəffəq  olmayıb  bir  neçə  şəhid  veriblər.  Düşmən  də 
onların  pak  cəsədlərini  vəhşicəsinə  bir  yerə  toplayıb 
yandırıb. 
Onları  görəndə  Əbdülhüseynin  halı  tamam  dəyişdi. 
Cəsədlərin  yanında  oturub  fatihə  oxumağa  başladı. 
Gözlərindən  bəlli  idi  ki,  ağlamaq  istəyir,  amma  uşaqların 
əhval-ruhiyyəsini  nəzərə  alıb  ağlamadı.  Ona  getməli 
olduğumuzu söyləməsəydim, yəqin ki çox oturacaqdı. 
Hüseyniyyə  stansiyasında  batalyonu  bir  yerə  topladıq. 
Ehtiyat  tədbiri  olaraq,  əsirlərin  qollarını  bağladıq, 
qənimətləri də  bir  yerə  yığdıq. Hələ nəfəsimizi dərməmiş 
Seyid Haşim Durçeyi, Abbas Şamlı və Qulampur gəldilər. 
Seyid  Haşim  Əbdülhüseyni  qucaqlayıb  dedi:  «Nə  etdin, 
ağa Burunsi, deyirlər batalyon...» 
Abbas  Şamlı  onun  sözünü  davam  etdirdi:  «Siz  qədim 
Dübb  Hərdan  mövqeyini  -  iraqlıların  alınmaz  qalasını 
aldınız». 
Öz-özümə  dedim:  «İndi  Əbdülhüseyn  batalyonu 
tərifləyib deyəcək ki, mövqeləri belə keçdi, filan qədər əsir 
və  qənimət  götürdü  və  sair».  Lakin  o,  istehza  ilə  gülüb 
dedi: «Yox, qardaş, Burunsinin batalyonu mövqe tutmadı. 
Biz çatanda hizbullahçı uşaqlar Allahın köməyilə mövqeyi 
ələ keçirmişdilər». 


 
163 
Ətrafını  göstərib  dedi:  «Bu  Hüseyniyyə  stansiyasının 
əziyyətini  İmam  Rza  (ə)  briqadasının  uşaqları  çəkmişlər, 
digər  yerləri  də  həzrət  Rəsul  (s)  diviziyasının  uşaqları  və 
digərləri azad etmişlər. 
Durçeyi mat-məəttəl qaldı. Digərləri kimi o da belə bir 
cavab gözləmirdi. 
–  Lakin  hər  yerdə  sizin  qələbənizdən  söz  gedir. 
Deyirlər ki, çox yaxşı çıxış etdiniz. 
Əbdülhüseyn  çəkinmədən  dilləndi:  «Yalan  deyirlər. 
Bizim  batalyonumuz  bir  iş  görməyib.  İndi  də  hamısı 
sapsağlam buradadırlar, birinin burnu da qanamayıb». 
Bir  qədər  dayanıb  sözünə  davam  etdi:  «İndi  də 
Şələmçəyə doğru getmək üçün əmr gözləyirəm». 
Ağa Durçeyi gülümsədi. 
– Siz artıq Beytülmüqəddəs briqadasının əmrindəsiniz, 
ağa Kolahkəclə danışmaq lazımdır. 
 
*** 
 
Bütün  batalyonla  birgə  İran  qalasının  yanında  olan 
Cüfeyr  və  Kuşk  mövqelərinə  yollandıq.  Orada  müdafiə 
vəziyyəti  alıb  düşmənin  əks-hücumlarını  dəf  etməli  idik. 
Gecə saat on birə qədər bir neçə başqa komandirlə məşğul 
olduq,  canlı  qüvvəni  səngərlərə  böldük.  Hamının  qəlbi 
Beytülmüqəddəs 
əməliyyatında 
idi. 
Əməliyyatın 
əhəmiyyəti  bunda  idi  ki,  hücumun  avanqardı  Şələmçə  və 
Xürrəmşəhrə  sarı  gedirdi.  Təxminən  saat  on  ikinin 
yarısında  Əbdülhüseyn  briqadanın  iclasından  gəldi. 
Düşünürdüm ki, gələndə narahat olacaq. 
Gözlədiyimin  əksinə  olaraq,  həddən  artıq  şad  görünür, 
deyib-gülürdü.  Onu  tanıyırdım,  adətən,  belə  vaxtlarda 
əməliyyatda iştirak edə bilmədiyinə görə narahat olurdu. 


 
164 
Batalyonun  vəziyyətinə  dair  bir  neçə  sual  verdi,  bəzi 
yerlərə  baş  çəkdi.  Arxayın  olandan  sonra  özü  ilə 
danışırmış  kimi  dedi:  «İndi  batalyona  bir  komandir  əvəzi 
lazımdır». 
Gözlərim bərəldi. 
– Komandir əvəzi nə üçün? 
Ucadan  danışırdım.  İşarə  barmağını  burnunun  ucuna 
qoyub yavaşca dedi: «Sss». 
Əvvəldən təxmin etmişdim ki, bu işin içində bir iş var, 
amma heç nə demirdi. Nəhayət, özünə bir komandir əvəzi 
təyin edib ona dedi: «Uşaqlara yaxşı bax». 
O soruşdu: «Siz bir yerə gedirsiniz, hacı ağa?» 
–  Bir  yerə  gedəcəyəm,  nə  vaxt  qayıtmağım  da  bəlli 
deyil, amma ən geci sabah səhərə qədərdir. 
Sağollaşıb getdi. Mənə də heç nə demədi. 
Bir azdan bir motosikletlə gəlib dedi: «Min gedək». 
Düşündüm ki, yəqin zarafat edir. 
– Hara inşallah? 
– İşin olmasın, otur. 
Üzündə zarafat əlaməti yox idi. Çox ciddi və qərarlı idi. 
Dedim:  «Mövqeyimiz  burada,  işimiz  burada  -  hara 
gedirik?» 
– Allaha şükür, hər şey yolundadır, min gedək. 
Çox təəccübləndim. Əbdülhüseyn tabeliyində olan canlı 
qüvvəni heç bir şəraitdə tək qoymazdı. 
– Axı nə olub? 
Narahat halda cavab verdi: «Sənin nə işin var?! Otur». 
İstər-istəməz  mindim.  Bir  qədər  gedəndən  sonra 
motosikleti saxlayıb dedi ki, en aşağı. 
Yerə  endim.  Motosikleti  bir  tərəfdə  saxlayıb  özü  də 
gəldi. Qaranlıqda böyük bir səngəri göstərib dedi: «Gedək, 
oradan silah götürək». 


 
165 
Adətən,  əməliyyatda  iştirak  edəndə  silah  götürmək 
lazım olurdu. Qolumdan tutub özü ilə apardı. 
– Nə etmək istəyirsən, hacı? 
–  Bu  gecə  Allahın  köməyi  ilə  əməliyyatı  bitirib 
Xürrəmşəhri azad etmək planlaşdırılıb. 
– Bəs bunun bizə nə aidiyyəti var? 
–  Aidiyyəti  budur  ki,  biz  də  bu  əməliyyatda  iştirak 
etmək istəyirik. 
Ondan bu sözü gözləmirdim. Etiraz etdim. 
– Axı sən Hürr batalyonunun komandirisən. Batalyona 
mövqe  təhvil  vermişlər,  özü  də  düşmənə  yaxın  həssas  bir 
yerdir,  hər  an  əks-hücum  ehtimalı  var.  Canlı  qüvvənin 
problemləri  və  min  cür  məsələ  var.  Sabah  cavab  verə 
bilmərik. Bu, şəriət baxımından düzgün deyil. 
Necə deyərlər, aşdan isti kasaya dönmüşdüm. Güldü. 
– Sənin bu sözlərlə nə işin var, seyid can?! Kim deyir 
ki,  düzgün  deyil?!  Bizim  batalyonumuz  öz  yerindədir, 
komandiri  də  başının  üstündə.  Hamıya  hər  şeyi  başa 
saldım.  Yalnız  biz  ikimiz  buraya  gəldik  ki,  qismət  olsa, 
Xürrəmşəhrin azadlığında əməyimiz olsun. 
Məsələ mənə bu asanlığa həll olmazdı. Hər halda, onun 
arxasınca gedib silah götürdük. Nəfəsini dərib dedi: «Bəli, 
indi ağa Ahənini tapmalıyıq». 
Narahat  olsam  da,  lal-dinməz  durdum,  yenə  ardınca 
getdim.  Ahənini  tez  tapdıq.  Əməliyyatda  iştirak  edən  bir 
batalyonun  komandiri  idi.  Əbdülhüseyn  onunla  danışıb 
dedi: «Sizin batalyona iki snayperçi əlavə olundu». 
Məqsədi özü ilə mən idim. Ahəni güldü. 
–  Məgər  sizin  snayperçi  olmanıza  imkan  verərəm?! 
Hacı  ağa,  gərək  öz  yanıma  gələsən.  Bu  gecə  sənin 
köməyinə çox ehtiyacım var. 


 
166 
–  Əziyyət  vermə,  hacı,  mən  bu  əməliyyatda  adi  bir 
döyüşçü kimi vuruşmaq istəyirəm. 
Ahəni  bu  asanlığa  əl  çəkən  deyildi,  lakin  faydası 
olmadı.  Axırda  dedi:  «Heç  olmasa,  gəl  bizə  tövsiyə  ver, 
hacı ağa». 
– Mən istəyirəm ki, Xürrəmşəhrin azadlığında sadə bir 
döyüşçü kimi iştirak edim. 
Axıra 
qədər 
qəbul 
etmədi. 
Vəzifəmizi 
müəyyənləşdirəndən  sonra  Ahənidən  ayrıldıq.  Digər 
döyüşçülərə qatılmaq istəyəndə qolundan tutdum. 
– Bir dəqiqə dayan, ağa Burunsi. 
– Buyur. 
–  Əgər  bu  əməliyyatda  bizə  şəhidlik  qismət  olsa, 
batalyonumuzun  vəziyyəti  necə  olacaq?  Sən  haraya 
getdiyini heç kəsə demədin? 
– Sən arxayın ol, mən lazımi adamlara demişəm. 
Sanki  üzümdən  nigaranlığımı  oxudu,  arxayın  olum 
deyə, sözünə davam etdi: «Sən ki bilirsən, seyid, mən heç 
vaxt komandirimin əmri olmadan bir iş görmərəm». 
–  De  görüm  kimin  razılığını  almısan?  Yoxsa 
gəlməyəcəyəm. 
Gedə-gedə dedi: «Gəl deyim». 
Ardınca yola düşdüm. 
–  Mən  Beytülmüqəddəs  briqadasının  komandiri  ilə 
danışmışam.  Əvvəlcə  qəbul  etmədi,  amma  xahiş  edəndə 
icazə  verdi.  Mən  beş-altı  nəfərin  icazəsini  almaq 
istəyirdim, o isə yalnız iki nəfərə icazə verdi və bu böyük 
səadət sənə də nəsib oldu. Yəni biz indi icazə ilə gedirik. 
Rahat nəfəs aldım. 
– Bunu əvvəldən deyərdin. İndi arxayın oldum. 
Gülümsədi və heç nə demədi. Gedib digər döyüşçülərə 
qoşulduq və hücum əmri gözlədik. 


 
167 
 
*** 
 
Hava alatoranlıq idi. Sübh çağı güclü çatışma olmuşdu. 
Bəzi  yerlərdə  əlbəyaxa  döyüşürdük.  Bıçaq  və  süngü  ilə, 
bəzən  də  əl  qumbarası  ilə  düşməni  cəhənnəmə  göndərir, 
səngər-səngər irəliləyirdik. 
Əbdülhüseyni  itirməməyə  çalışırdım.  Ərvənd  çayının 
kənarına  və  Xürrəmşəhr  gömrüyünün  yaxınlığına  qədər 
getdik.  Düşmənin  son  səngərlərini  arxada  qoyurduq. 
İraqlılar  ya  rəzalətlə  qaçırdılar,  ya  da  əllərini  başlarına 
qoyub təslim olurdular. 
Vuruşmanın  pik  həddi  şəhərin  yaxınlığında  oldu. 
Uşaqlar  sel  kimi  irəliləyirdilər.  Düşmənin  heç  bir  fəndi 
onların  qarşısını  ala  bilmirdi.  Səngərlərdən  tək-tük 
müqavimət göstərənlər olurdu. Allahın köməyi ilə onlar da 
süqut etdilər. 
Xürrəmşəhr  azad  ediləndə  günəş  çıxmışdı  və  səhər 
havasında  qəribə  gözəllik  vardı.  Bütün  uşaqlar  kimi  mən 
də özümdə deyildim. Çoxları orada torpağa oturub Allaha 
ürəkdən  şükür  və  səcdə  edirdilər.  Şəhərə  girmək  üçün 
səbirsizlənirdim.  Bütün  əzab  və  işgəncələrə  baxmayaraq, 
Came  məscidi  hələ  də  yerində  dururdu.  Orada  şükür 
namazı  qılan  ilk  döyüşçülərdən  olmaq  istəyirdim. 
Şəhidlərin  qanının  bəhrəsini  aydın  şəkildə  görürdüm. 
Hamının gözü sevincdən yaşarmışdı. 
Əbdülhüseyn 
də 
yerə-göyə 
sığmırdı. 
Çoxları 
qorxmadan  şəhərə  qaçırdılar.  Birdən  silahın  dəstəyini 
əlimdə  sıxıb  qaçmağa  başladım.  Şəhərin  içinə  doğru 
gedərkən  birdən  kimsə  arxadan  qolumu  tutdu.  Az  qaldı 
yıxılam. Dönüb təəccüblə baxanda Əbdülhüseyni gördüm. 
Soruşdu ki, haraya? 


 
168 
O anlarda bundan qəribə sual ola bilməzdi. 
– Təbii ki, şəhərə. 
Soyuqqanlılıqla dedi: «Qalsın sonraya». 
– Necə?! Məqsədini anlamadım, hacı. 
– Gərək batalyona qayıdaq. 
– İndi zarafat vaxtıdır?! 
Getmək  istəyəndə  yenidən  saxladı.  Baxışından 
qərarının çox ciddi olduğunu anlayıb etiraz etdim. 
– İki saatdan sonra gedərik, hacı ağa. Özün deyirdin ki, 
batalyonda hər şey öz qaydasındadır. 
Başqa bir şey yadıma düşdü. 
– Üstəlik, problem çıxsaydı da, gecə vaxtı çıxardı. İndi 
gündüzdür, bir şey olmaz. 
Şagirdinə nəsihət verən müəllim kimi dedi: «Yox! Mən 
briqada  komandirinə  söz  verdim  ki,  əməliyyat  bitən  kimi 
ilk  fürsətdə  özümü  batalyona  yetirəcəyəm.  Yəni  bundan 
sonrasına  şəriət  baxımından  icazəmiz  yoxdur.  Nə  qədər 
çox qalsaq, bir o qədər yanlışdır. 
Narahat  və  dilxor  halda  dedim:  «Biz  bir  saat  artıq 
qalsaq, ağa Kolahkəc bir söz deməz». 
–  Bizim  kimsə  ilə  işimiz  yoxdur,  öz  vəzifəmizi 
bilməliyik.  Mən  də  bu  şəhərin  torpağını  qoxulamağı, 
öpməyi çox istəyirəm, amma sonraya qalsın. 
Cəld bir motosiklet tapıb yanımda dayandı. 
– Tez min, gecikirik. 
Hələ  də  inanmırdım.  Həsrətlə  şəhərə  baxıb  yavaşca 
dedim:  «Mən  ən  azı  Came  məscidini  yaxından  görmək 
istəyirdim». 
Gülümsəyib dedi: «İnşallah, sonra arzuna çatarsan». 
Motosikletə mindim. Məni min cür fikir incidirdi. Qaz 
verdi və batalyona tərəf getdik. 


 
169 
Öz  mövqeyimizə  çatanda  Xürrəmşəhrin  azadlıq  xəbəri 
hələ  radiodan  elan  olunmamışdı.  Əbdülhüseyn  bekar 
oturmadı,  bir-bir  batalyonun  bütün  səngərlərini  gəzib  şad 
xəbəri hamıya verdi. 
 
*** 
 
Bir  müddətdən  sonra  Sumar  və  Neftşəhr  bölgəsinə 
getdik.  Oralarda  əməliyyat  olacaqdı.  Bəzi  səbəblərə  görə, 
bu əməliyyat sonradan ləğv olundu. 
Bir  dəfə  xəbər  tutduq  ki,  Ahəni  və  İmam  Rza  (ə) 
briqadasının  uşaqlarından  bir  neçəsi  İraqın  Məndəli 
şəhərinə  girmişlər.  Güman  ki  kəşfiyyat  məqsədilə 
getmişdilər,  amma  qayıdanda  düşmən  onları  görübmüş. 
Çatışma zamanı Ahəninin ayağı minaya düşür və deyəsən, 
güllə yarası da alır. Hər halda, şəhid olur və cənazəsi orada 
qalır. 
Bir  neçə  gecə  ötdü  və  cəsədi  gətirən  olmadı.  Bir  gecə 
Əbdülhüseyn yanıma gəldi. 
–  Şəhid  Ahəninin  boynumuzda  haqqı  var,  biz  onunla 
yaxın dost idik. 
Bildim ki, başında nəsə fikir var. 
– Necə məgər? 
– Gəl gedib onun cəsədini gətirək. 
– Bölgə çox həssasdır, gərək xeyrindən keçəsən. 
– Gedib yoxlayarıq, mümkün olsa, gətirərik. 
– Axı deyirlər çox təhlükəli yerdədir, olmayacaq. 
Fikrindən dönmədi, qərarında  ciddi idi. Nəhayət,  getdi 
və məni də özü ilə apardı. 
Əvvəlcə İmam Rza (ə) briqadasının uşaqlarının yanına 
getdik,  bu  haqda  onlarla  danışdıq.  Onlar  da  mənim 


 
170 
sözümü  dedilər:  «Olmaz,  ağa  Burunsi,  biz  bir  neçə  nəfər 
göndərdik, əliboş qayıtdılar». 
Lakin Əbdülhüseyn getməkdə israrlı idi. 
–  Cəsədə  tələ  qurmuşlar.  Altına  mina  qoyublar  ki,  əl 
vurmaq  olmasın.  Yeri  pis  yerdədir,  düşmənin  açıq 
hədəfindədir. 
–  Biz  bir  qədər  əziyyət  çəkəcəyik,  gətirə  bilsək, 
gətirərik, gətirə bilməsək, daha heç. 
Nə  üçün  israr  etdiyini  bilmirdim,  ancaq  bilirdim  ki, 
səbəbsiz yerə bir şeyin ardınca getməzdi. 
Həmin gecə birlikdə cəsədin bir neçə addımlığına qədər 
getdik. Aramızda tikanlı məftillər vardı. Yerə uzanmışdıq. 
Əbdülhüseyn  yaxınlaşmaq  istədi,  onu  saxlayıb  dedim: 
«Haraya, hacı?!» 
Təəccüblə mənə baxdı. 
– Gətirməyə gedirəm. 
Belə  vaxtlarda  -  şəhidlərin  cəsədini  görəndə  dözə 
bilmirdi; xüsusən də həmin şəhid onun dostu idisə. 
– Cənazəyə əlini vursan, partlayacaq. 
Cəsədin  altına  baxdı.  Sözümə  davam  etdim:  «Açıq 
görünür  ki,  bu  dinsizlər  tələ  qurmuşlar.  Ona  əl  vursan, 
ikimiz  də  havaya  uçacağıq.  Ondan  sonra  sağ  qalsaq  da, 
düşmənin pusqu qurmuş səngəri işimizi bitirəcək». 
Sözüm  təsirli  oldu.  Dedi:  «Uşaqlar  doğru  deyirmişlər. 
Bir iş görmək olmaz». 
Səsindən  qəm-qüssə  yağırdı.  Bir  ah  çəkib  başını  yerə 
qoydu  və  yavaşca  dedi:  «Tək  getmək  düzgün  deyil  axı, 
məni də çağır, gəlim». 
Bunu  deyib  Şəhid  Ahəni  ilə  pıçıldaşmağa  başladı. 
Daxili  aləmindən  xəbərdar  idim,  şəhadət  üçün  nə  qədər 
darıxdığını bilirdim. Buna görə çox mane olmadım. Bütün 
diqqətimi  ətrafa  yönəltdim.  Bir  az  ondan  aralanıb  göz-


 
171 
qulaq  oldum.  Mövqeyimiz  təhlükəli  idi.  Amma öz-özümə 
deyirdim ki, hacı haqlıdır. 
Nə  qədər  ötdüyü  yadımda  deyil.  Ondan  ötrü  narahat 
idim.  Bundan  artıq  gecikmək  olmazdı.  Yaxınlaşıb  bunu 
ona  dedim.  Ən  əziz  övladından  ayrılan  adam  kimi  güclə 
razılaşdı. 
Yolda  sakit  idi,  danışmırdı.  Baxışını,  üzünü  -  bütün 
vücudunu  qəm-qüssə  sarmışdı.  Bilirdim  ki,  Şəhid 
Ahəninin cəsədini gətirmədiyinə görədir. 
–  Nə  üçün  narahatsan?!  Şəhid  Ahəni  indi  öz  savabına 
nail  olub.  Şərait  elədir  ki,  cəsədi  gətirmək  olmur,  narahat 
olmaqla da iş düzələn deyil. 
Dərin fikrə dalmış insan kimi idi. Dodaqlarını yavaşca 
tərpədib ağır-ağır dedi: «Şəhidin ailəsi əzizlərinin cəsədini 
görsələr, çox yaxşı olar. Kaş birtəhər gətirə biləydik!» 
– Özün şəhid olsaydın, cəsədini gətirməkdən ötrü başqa 
birisinin gəlib şəhid olmasına razı olardın? 
–  Mənim  arzum  budur  ki,  cəsədim  qalsın  və  heç 
görünməsin; yəni məndən heç bir əsər-əlaməti qalmasın. 
Nə dediyinin fərqində olmadığını görüb səhvini tutdum. 
– Bəs Allah eləməmiş, şəhid olsan, sənin ailən cəsədini 
görsə, yaxşı olmaz?! 
Birdən özünə gəlib gülümsədi. 
– Yox, əşi, biz hələ şəhid olası deyilik. İnşallah, İmam 
Mehdinin (ə) qoşununda! 
İki-üç dəfə də şəhadət tərzi haqda bəzi sözlər demişdi, 
amma  hər  dəfə  mövzu  ciddiləşəndə  tez  söhbəti  dəyişirdi. 
Mən əmin idim ki, o, şəhid olacağı zamanı və hətta yeri də 
bilir.  Onun  məsum  imamlarla  (ə)  xüsusi  əlaqəsinin 
olduğuna da əmin idim. 
 
*** 


 
172 
 
Vəlfəcr-hazırlıq  əməliyyatı  gecəsində  düşmənə  hücum 
nöqtəsində idik. Əbdülhüseynin atası da bizi yola salmağa 
gəlmişdi.  Onun  yadigar  şəklini  də  çəkdik.  Əbdülhüseyn 
deyirdi  ki,  çox  istəyirəm  atamı  əməliyyata  aparım,  şəhid 
olsun. 
Lakin  qocanın  özü  çox  da  razı  deyildi.  Səbəbini 
soruşanda  dedi:  «Mən  zorla  yeriyirəm.  Özüm  gəlmək 
istəyirəm, amma bilirəm ki, başqalarına yük olacağam. İki 
nəfər mənim qoltuğuma girməlidir». 
Hər  halda,  o,  qalacaq,  biz  isə  gedəcəkdik. 
Gəlməyəcəyinə  əmin  olanda  zarafatım  tutdu.  Qulaqları 
ağır  eşidirdi.  Ucadan  dedim:  «Birdən  Əbdülhüseyn  şəhid 
olsa, nə sifarişin var?» 
Əbdülhüseyn  özü  gülməyə  başladı.  Atası  isə  qaşlarını 
çatıb dedi: «Yox, mənim oğlum şəhid olmaz». 
Əbdülhüseyn  üzünü  mənə  tutub  təbəssümlə  yavaşca 
dedi:  «Özü əməliyyata gəlmir, yeri rahatdır deyə, elə bilir 
ki, biz də rahat yerdə olacağıq». 
Uşaqların  hamısı  qızğın  söhbət  edirdi.  Lakin  heç  kim 
dünyadan  danışmırdı,  hamının sözü  şəhadətdən, axirətdən 
və  vəsiyyətdən  idi.  Sevinclərinin  həddi-hüdudu  yox  idi. 
Bəziləri hətta ağlaya-ağlaya danışırdılar. 
Əbdülhüseynlə  mən  də  bir  kənara  çəkildik. 
Yadımdadır, Vəlfəcr-hazırlıq əməliyyatı Fəkkə bölgəsində 
həssas  bir  əməliyyat  idi.  Ondan  da  həssas  olan  isə  bizim 
tapşırığımız  idi.  Biz  İraqın  Tavusiyyə  zastavasına  hücum 
etməli idik. Belə zamanlarda Əbdülhüseyn hər şeydən çox 
ailəsini  tapşırırdı.  Orada  da  belə  söhbətlərə  başladıq. 
Hərdən zarafat edir, hərdən də ciddi danışırdıq. 
Bir  neçə  dəqiqə  danışdıq.  Birdən  bir  güllə  səsinə 
yerimdən atıldım. Deyəsən, düşmən tərəfdən idi. Cəld səs 


 
173 
gələn  tərəfə  qaçdıq.  Bir  qocanın  ağ  saqqalı  qana 
boyanmışdı,  qəlpələr  ürəyini  və  böyrünü  yarmışdı. 
Vəziyyəti ağır idi, ona əl vurmaq olmurdu. Düşündüm ki, 
görəsən, nə üçün hələ qanaxması dayanmayıb. 
Uşaqların  iki-üçü  də  yaralanmışdı.  Onları  tez  arxaya 
göndərdik.  Onun  vəziyyəti  isə  o  qədər  ağır  idi  ki, 
tərpətmək  olmurdu,  ömrünün  son  anlarını  yaşayırdı. 
Əbdülhüseyn  onun  yanında  oturdu,  ehtiyatla  başını 
qaldırıb  dizinin  üstünə  qoydu.  Yavaşca  alnından  öpdü. 
Qoca  zəif  səslə  dedi:  «Mən  əməliyyatda  şəhid  olmaq 
istəyirdim, amma...» 
O  vəziyyətdə  gözləri  yaşla  doldu.  Əbdülhüseyn  onun 
cümləsini  tamamladı:  «Amma  Allah  səni  əməliyyatdan 
öncə aparmaq istəyir». 
Qoca  çətinliklə  nəfəs  alırdı.  Yenə  dodaqlarını  tərpətdi: 
«Çox istəyirdim ki, gəlib əməliyyatda şəhid olum». 
Əbdülhüseynin üzünə qəm-kədər çökdü, həm də əhval-
ruhiyyəsini qorumağa da çalışırdı. 
–  Ata  can,  mən  burada  səninlə  bir  alış-veriş  etməyə 
hazıram. 
– Nə? 
–  Mən  harada  şəhid  olsam,  sənin  hesabına  yazsınlar, 
sənin bu şəhidliyini isə mənim hesabıma. 
Qocanın dodaqlarına zəif təbəssüm oturdu. 
– Sən həqiqətən, buna razısan? 
– Əlbəttə. 
Deyəsən,  qocanın  o  sözdən  xoşu  gəlmişdi.  Yenə 
dilləndi. 
– Nə üçün? 
– Çünki sənin bu yaşda buraya qədər gəlməyin mənim 
bu bədənlə yüz əməliyyatda iştirak etməyimdən dəyərlidir. 


 
174 
Bura  düşmənin  bir  neçə  addımlığıdır,  lakin  sən  Əhvazda 
da şəhid olsaydın, səninlə bu alış-verişi edərdim. 
Qocanı  ağlamaq  tutdu,  taqətsiz  halda  dedi:  «Yox, 
hərənin şəhadət yeri özününkü olsun». 
Mən  də  söz  xatirinə  dedim:  «Hacı  ağa,  peşman  olma, 
yaxşı alış-verişdir». 
– Yox, hər kəsinki özünə, hər kəsinki özünə! 
Bunu 
deyib 
təkbir  deməyə,  kəlmeyi-şəhadətini 
söyləməyə,  Allahla  və  Peyğəmbərlə  danışmağa  başladı. 
Sonra da hamını ağladan xüsusi halla həzrət Fatiməyə (ə), 
mövla Əliyə (ə) və bir-bir bütün imamlara (ə) salam verdi. 
Ağa  İmam  Mehdinin  (ə)  müqəddəs  adına  çatanda  qalxıb 
oturmaq  istədi,  amma  bacarmadı.  Axırda  son  qüvvəsi  ilə 
«salam  olsun  sənə,  ey  Əbu-Abdullah  Hüseyn»  deyib 
rahatca canını tapşırdı. 
Qəribə  səhnə  idi.  Əbdülhüseyn  üzünü  uşaqlara  tutub 
dedi:  «Bu,  çox  ibrətlidir.  Belə  rahat  can  vermək  hər  kəsə 
nəsib olmur». 
Və sonra cənazəni geriyə göndərdik. 
Həmin əməliyyatda ayağım minaya düşdü və məni tez 
arxa cəbhəyə göndərdilər. Bir xəstəxanada yatmalı oldum. 
Sonradan öyrəndim ki, ayağımın vəziyyəti çox pisləşib və 
onu kəsməkdən başqa yol qalmayıb. 
Ondan sonra cəbhədə iştirak edib  Əbdülhüseynlə birgə 
vuruşmaq mənə nəsib olmadı. 
 
*** 
 
Səkkiz-doqquz 
ay 
Məşhəddə 
qalandan 
sonra 
vəziyyətim  bir  az  yaxşılaşdı,  protez  ayaq  qoydular.  Bu 
müddətdə  Əbdülhüseyn  hər  dəfə  məzuniyyətə  çıxanda 
mənə  baş  çəkirdi.  Çox  israr  edirdi  ki,  yenidən  cəbhəyə 


 
175 
gedim.  Deyirdi  ki,  balaca  bir  ayağı  itirmisən,  birdən 
şəhərdə qalmaq istəyərsən. 
Zarafata  deyirdim:  «Bir  ayaqla  cəbhəyə  gəlib  nə 
edəcəyəm?!» 
–  Orada  qərargah  var,  başqa  şeylər  var.  Sən  gəl,  sənə 
görə iş çoxdur. 
Özümün  də  belə  niyyətim  vardı.  Yavaş-yavaş  yenə 
cəbhəyə yollandım, lakin bu dəfə işim idarələrdə idi. 
Bədr  əməliyyatından  öncə  İslamabadda  Nəcəf 
komitəsinin rəhbəri idim. 
Bilmirəm  necə  oldusa,  əməliyyata  iki-üç  gün  qalmış 
birdən Əbdülhüseyni görmək istədim. İşləri yoluna qoyub 
İmam Cavad (ə) briqadasının qərargahına yollandım. 
Qərargahın  həyəti  çox  geniş  idi.  İki-üç  nəfərdən 
Əbdülhüseynin yerini soruşdum, bilmədilər. Nəhayət, biri 
bir çardağı göstərib dedi ki, hacı ağa oradadır. 
Birbaş oraya getdim. Stulda oturmuş, boynuna bir parça 
dolamışdı.  Əsgərlərin  biri  saqqalını  qısaldırdı.  Həmin 
əsgər məni  gördü, işarə  ilə bildirdim ki, bir söz deməsin. 
Əbdülhüseyni birdən yaxalamaq istəyirdim. O, məqsədimi 
başa düşüb səsini çıxarmadı və işi ilə məşğul oldu. 
Stulla  məsafəm  bir-iki  addımdan  çox  deyildi. 
Əbdülhüseyn  əsgərə  dedi  ki,  saqqalımı  az  qısaltdın, 
bacardıqca çox qısalt, altını, üstünü və boynumu da yaxşı 
təmizlə. 
Əsgər təəccüb edib süni şəkildə güldü. 
–  Hacı  ağa,  siz  adətən,  saqqalınızı  çox  qısaltmırdınız. 
Boğazın  altına  və  yanaqların  üstünə  ülgüc  vurmağa  da 
qoymurdunuz. İndi nəsə bir xəbər var? 
Əbdülhüseyn güldü. 
– Sən təmizlə, qalanı ilə işin olmasın. 
O yenə işinə başladı. 


 
176 
–  Sadəcə  bilmək  istəyirdik,  hacı  ağa.  Bilməyin  eybi 
yoxdur. 
Əbdülhüseyn stulda yerini rahatladı. 
–  Oğul,  boğazın  altı  və  boyun  təmiz  olanda  əleyhqaz 
yaxşı  yapışır,  içinə  hava  girmir.  Belə  olanda  düşmən  nə 
qədər kimyəvi silahdan istifadə etsə də, adam müqavimət 
göstərib vuruşa bilir. 
Gənc  əsgərin  baxışından  təəccübünün  daha  da  artdığı 
hiss olunurdu. 
– Hacı ağa, icazənizlə bir söz demək istəyirəm. 
– Buyurun. 
–  Biz  Bəsic  üzvləri  öz  aramızda  həmişə  sizin 
cəsarətinizdən  danışırıq.  Bilirik  ki,  İraq  başınıza  mükafat 
qoyub və sizi «Brusli» adlandırır. 
Stulun o tərəfinə keçib yenə işinə davam etdi. 
– Bu baxımdan, siz daha qorxmamalısınız. 
–  Təsadüfən,  mən  qorxuram,  amma  döyüşdən  və 
ölümdən yox. Mən boşuna ölməkdən qorxuram. Məsələn, 
bir  çökəkdə  oturub  ratsiya  ilə  danışıram,  birdən  düşmən 
bir  kimyəvi  silah  atır  və  mən  ölürəm.  Bu  zaman  döyüş 
üçün nə etdim ki?! 
Əsgər heç nə demədi. 
–  Əgər  əleyhqazı  möhkəm  və  səliqəli  taxsam,  içinə 
hava  girməsə,  o  zaman  son  nəfəsimə  qədər  vuruşar  və 
briqadaya  başçılıq  edərəm.  Yaxşı  bir  döyüşçü  gərək 
bacardığı qədər öldürsün, sonra ölsün. 
Həmişəki  kimi  onun  sözlərindən  həzz  alırdım.  Bir 
briqada  komandirinin,  üstəlik,  adı  dillər  əzbəri  olan  bir 
əməliyyatçının  öz  əsgəri  ilə  belə  səmimi  danışığı  mənə 
çox maraqlı gəlirdi. 


 
177 
Onu  yenə  dinləmək  istəyirdim,  amma  birdən  o  tərəfdə 
gözüm  Dərvişiyə    sataşdı.  O  məni  görən  kimi  qışqırdı: 
«Bəh-bəh! Ağa Hüseyni!» 
Əbdülhüseyn  bunu  eşidən  kimi  bərbərin  çalışdığını 
nəzərə  almayıb  cəld  ayağa  qalxdı.  Tüklər  yerə  və 
ayaqlarının üstünə töküldü. O vəziyyətdə yaxınlaşıb məni 
qucaqladı,  görüşüb  hal-əhval  tutduq.  Dərvişi  də  gəldi. 
Allah  ona  rəhmət  eləsin!  Gülə-gülə  dedi:  «Bəsdir  də,  ağa 
Burunsi, biz də görüşmək istəyirik seyidlə». 
Bir azdan Vəhidi, Ərfəi  və başqa iki-üç nəfər də gəldi. 
Əbdülhüseyn soruşdu: «Nə vaxtdan burada dayanmısan?» 
Gülümsədim. 
– Bir neçə dəqiqə olar. Sənin çıxışını dinləyirdim. 
Çiynimə vurdu. 
– Yaxşı görək, hələ gəlməmiş başladın. Çıxış nədir?! 
Üzünü bərbərə tutdu. 
– Hacı, nə üçün demədin ki, ağa seyid mənim arxamda 
dayanıb? 
–  Özü  belə  istədi.  Bilmirdim  onu  bu  qədər  istəyirsən, 
yoxsa daha tez deyərdim. 
– Qoy mənim işim bitsin, gəlirəm. 
Stulda  oturdu  və  bir  neçə  dəqiqədən  sonra  işi  bitdi. 
Oraya  toplaşan  yeddi-səkkiz  döyüşçü  ilə  birgə  komandir 
çadırına getdik. Çay içib söhbət etməyə başladıq. Bir neçə 
dəqiqədən  sonra  mənə  dedi:  «Elə  mənim  də  səninlə  işim 
vardı. Səni Allah yetirdi». 
Uşaqlarla  sağollaşıb  çadırdan  çıxdıq.  Sakit  bir  yerə 
getdik.  Oturandan  sonra  üzündən  gülüş  getdi,  ciddi 
görkəm alıb söhbətə başladı. 
Həmin  gün  mənimlə  təxminən  bir  saat  yarım  danışdı. 
Bütün  sözləri  vəsiyyət  idi.  Hər  şeydən  çox  ailəsini  və 
uşaqlarını tapşırdı. 


 
178 
 –  Məndən  sonra  sən  onlara  ata  kimisən.  Əgər 
səhlənkarlıq  etsən,  əmin  ol  ki,  qiyamət  günü  yaxandan 
yapışacağam. 
Hətta  bəzi  xırda  məsələləri  də  deyirdi.  Məsələn, 
tapşırırdı ki, evdə filan şey var, onu  filan  yerdən götürüb 
belə edərsən və s. 
– Nə olub, hacı ağa, hələ yenə görüşəcəyik. 
– Hər halda, vəsiyyət yaxşı şeydir. 
–  Sən  əvvəllər  də  bu  sözlərdən  deyirdin.  İnşallah, 
sapsağlam qalarsan və heç bir şey olmaz. 
– Yox, deyəsən, bizim növbəmiz çatıb.  
Bilmirəm  o  anlarda  Əbdülhüseyni  sevdiyim  üçün 
həqiqəti  qəbul  etmək  istəmirdim,  yoxsa  diqqətsizliyim 
onun sözlərini başa düşməyə mane olurdu. O, açıq şəkildə 
deyirdi ki, mən gedirəm. 
Onun  bu  əməliyyatda  şəhid  olacağı  üzündən  də  aydın 
bilinirdi.  Lakin  hər  halda,  bunu  qəbul  etmək  mənə  çətin 
idi.  Əgər  Bədr  əməliyyatının  onun  son  əməliyyatı 
olacağını bilsəydim, bu asanlıqla ondan əl çəkməzdim. Ən 
azı şəfaət üçün ondan quru bir söz alardım. 
Sonradan  qəti  şəhadət  xəbərini  çoxlarına  verdiyini 
öyrənəndə  qəm-qüssəm  qat-qat  artdı.  Artıq  gec  olduğuna 
görə heyfsilənirdim. 
 
*** 
 
Bədr  əməliyyatının  qızğın  çağında  mənə  bölgə  haqda 
bir  raport hazırlamaq  tapşırıldı.  Bilmirəm özümü ön  xəttə 
necə  çatdırdım.  Daha  çox  Əbdülhüseyni  görməyə 
tələsirdim. Orada Hicazini gördüm. 
– Ağa Burunsi haradadır? 
– Lap öndə, hamıdan qabaqda. 


 
179 
– Gedib görə bilmərəm? 
– Yox, mümkün deyil. 
Çox həyəcanlı idim. 
– Nə üçün? 
–  Vəziyyət  çox  mürəkkəbdir.  Düşmən  bir  neçə  dəfə 
ağır əks-hücuma keçib. 
Bu  zaman  bir  nəfər  qaça-qaça  Hicazinin  yanın  gəldi, 
ləhləyə-ləhləyə dedi: «Ağa Burunsi... ratsiya...» 
Söz  ağzında  qaldı.  Hicazi  rabitə  səngərinə  qaçdı.  Mən 
protez  ayaqla  oraya  çatana  qədər  əlaqə  kəsilmişdi.  
Rabitəçilərin halı pis idi. Təxmin etdim ki, Əbdülhüseynin 
başına bir iş gəlib. Məsələni soruşanda dedilər ki, Burunsi, 
Vəhidi,  Ərfəi  və  bir  neçə  başqa  komandir  Xəndək 
dördyolundadırlar«. 
– Nə olsun ki? 
–  Yuxarıdan  əmr  verildi  ki,  geriyə  çəkilsinlər,  Hacı 
Burunsi isə qəbul etmədi. 
– Qəbul etmədi?! 
Təəccüblü  idi.  Əbdülhüseyn  heç  bir  şəraitdə 
komandirinin  əmrindən  çıxmazdı.  Dəfələrlə  görmüşdüm 
ki,  yuxarıdan  aşağıya  qədər  bütün  komandirlərini  sayıb 
deyirdi:  «Komandirə  tabe  olmaq  həzrət  imama  tabe 
olmaqdır». 
Bu  baxımdan,  məsələ  qaranlıq  qaldı.  Səbəbini 
soruşanda  dedilər:  «Düşmən  indi  hər  tərəfdən  güclü 
hücuma  keçib.  Bizim  müdafiə  avanqardımız  düz  Xəndək 
dördyolunda  cəmləşib.  Sağ  və  sol  cinahlardakı  iki 
batalyon isə hələ geri çəkilməyib. Ağa Burunsi deyirdi ki, 
biz  Xəndək  dördyolunu  boşaltsaq,  digər  uşaqlar  ya  şəhid 
olacaqlar,  ya  da  əsir  düşəcəklər.  Yəni  onlar  çoxlarının 
canını  xilas  edirlər.  Ağa  Burunsi  də  dedi  ki,  son  gülləyə 
qədər müqavimət göstərəcəyik. 


 
180 
Həmin  gün  döyüş  yerindən  qayıdan  son  adam 
diviziyanın kəşfiyyat komandirinin müavini Qanei idi. O, 
deyirdi ki, Şəhid Burunsinin cəsədini özüm gördüm. 
Çox  narahat  idi  və  özünü  danlayırdı.  Qanei 
Əbdülhüseynin 
cəsədini 
qucağına 
götürüb 
öz 
mövqelərimizə sarı gələndə düşmən onu təqib edirmiş. Bir 
bataqlıqda  ayağına  güllə  dəyir  və  cənazə  istər-istəməz 
çiynindən  düşür.  O  da  yalnız  özünü  zorla  xilas  edə  bilir. 
Narahat idi ki, cəsəd itkin düşəcək. Deyirdi ki, kaş ona əl 
vurmazdım.  Belə  olsaydı,  bəlkə  sonralar  onu  gətirmək 
olardı. 
O  anlarda  Əbdülhüseynin  sözünü  xatırladım.  Şəhid 
Ahəninin  cəsədini  gətirməyə  getmişdik.  Qayıdanda 
deyirdi:  «Arzum  budur  ki,  cəsədim  qalsın  və  heç 
görünməsin; yəni məndən heç bir əsər-əlaməti qalmasın». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə