Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə62/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   58   59   60   61   62   63   64   65   ...   78
Allahdan-nur-almış-insan

Narincəki təpəsi 
Həmid Xalxali 
Kəlləqəndi  təpəsi  gecənin  qaranlığında  kövrək 
görünürdü.  Sanki  darıxdığı,  həsrətlə  hizbullahçı  qüvvələri 
gözlədiyi hiss olunurdu. Düşmən yuxarıdan bütün bölgəyə 
nəzarət  edirdi.  Verdiyimiz  itkilər  və  tökülən  pak  qanlar 
Kəlləqəndinin  fəthinə  xüsusi  müqəddəslik  qatırdı.  Oranı 
tutmaq üçün böyük və möhkəm bir qaladan keçməli idik. 
Kəlləqəndidən bu tərəfdə düşmən möhkəm bir düşərgə 
qurmuşdu.  O,  həm  bizə  çox  problem  yaradır,  həm 
Kəlləqəndinin  fəthini  çətinləşdirirdi,  həm  də  düşmən 
oradan  hücuma  keçib  azad  etdiyimiz  bölgələri  yenidən 
tutmaq  istəyirdi.  Bizim  irəliləməyimiz  üçün  də  bir  sədd 
hesab olunurdu. 
Bir  axşam  Əbdülhüseyn  üzünü  mənə  tutub  dedi: 
«Həmid, kəşfiyyatçı uşaqlarını topla». 
– Nə üçün? 
Şirin təbəssüm etdi. 
– Allahın köməyi ilə o möhkəm qalanı düşmənin başına 
uçuracağıq. 
Həmin gecədən işə başladıq. Bütün bölgə dağlıq idi və 
dərin çalalar vardı. Əməliyyat bir neçə yöndən olmalı idi. 
Bizə  tapşırılan  yönün  keçidi  çətin,  dərə-təpəsi  çox  idi. 
Bəlkə  də  bölgənin  ən  dərin  çalası  bizim  yolumuzda  idi. 
Uşaqlar ona ad qoymuşdular: Namazxana çalası. Bütün bu 
çətinliklərlə  yanaşı,  düşmənin  istehkam  və  maneələri  də 
yerində idi.  


 
151 
Aramızdakı  məsafə  çox  idi.  Onların  ön  xətlərinə  ən 
yaxın  nöqtəni  seçib  ərzaq  və  silahlarımızı  oraya  daşımalı 
idik.  Kəşfiyyat  bölüyünün  köməyi  və  Əbdülhüseynin 
özünün  anbaan  iştirakı  ilə  əməliyyatın  mərkəzi  nöqtəsi 
təyin olundu. 
Yolda  keşik  çəkmək  üçün  bəzi  uşaqları  özümüzdən 
arxada  yerləşdirdik.  Bölgənin  vəziyyəti  elə  idi  ki,  nə  yol 
çəkmək  olurdu,  nə  də  hər  hansı  nəqliyyat  vasitəsindən 
istifadə  etmək.  Ərzaq  və  silah  daşımaq  üçün  yeganə 
nəqliyyatımız qatır idi. Suyu o tərəfə çatdırmaq isə qatırla 
da  mümkün  olmurdu.  Çox  düşünüb  məsləhətləşəndən 
sonra qərara gəldik ki, boru çəkək. Çox çətin iş idi, amma 
oldu.  Bütün  yolboyu  plastik  borular  çəkdik,  boruların 
yerin  üstünə  çıxıb  göründüyü  hissələrini  də  çox  əziyyətlə 
örtdük. 
Borunu çəkə-çəkə ərzaq və silahları da tədricən daşıdıq. 
Düşmən  bunların  yalnız  birini  görsəydi,  əməliyyatın  üstü 
açılacaqdı.  Bütün  bu  işləri  gizlicə  və  çox  məxfi  şəraitdə 
gördük. Təbii ki, düşmən də bekar oturmurdu; kəşfiyyatçı 
göndərirdi  və  öz  ehtimallarına  əsaslanıb  daim  ətrafa  atəş 
yağdırırdı.  Uşaqların  bir  neçəsi  bu  atəşlərdən  şəhid 
oldular. Bizim yeganə üstünlüyümüz bu idi ki, o nöqtədən 
əməliyyata keçməyimiz düşmənin ağlına belə gəlmirdi. 
Bütün  bu  müddət  ərzində  uşaqların  əhval-ruhiyyəsini 
yüksəldən  və  onları  yorulmağa  qoymayan  amil 
Əbdülhüseynin  öz  iştirakı  idi.  Onun  ciddiliyi  də  misilsiz 
idi. 
İşlər bitəndən sonra özü bütün yolları diqqətlə yoxladı, 
sonra  batalyon,  taqım  və  manqa  komandirlərini  oradan 
keçirib  hər  birinə  tapşırıqlarını  verdi.  Canlı  qüvvə  ilə  də 
özü danışdı, yol və onun nəticələri haqda hamıya məlumat 


 
152 
verdi.  Dedi  ki,  necə  keçsinlər  və  düşmənə  necə  hücum 
etsinlər. 
Əməliyyat  gecəsi  indiki  kimi  yadımdadır.  Bölgənin 
vahiməsi  və  yolun  keçilməz  olması  uşaqların  bəzisini 
qorxutmuşdu. Hiss edirdim ki, işi çox çətin hesab edirlər. 
Lakin  bu  hal  çox  çəkmədi.  Əbdülhüseyn  hücum 
nöqtəsində onlarla danışdı. Qəribə tərzdə arxayın idi, sadə 
və  nurlu  siması  ilə  elə  danışırdı  ki,  adamda  dünyaya 
məhəbbət qalmırdı. 
Söhbət  əsnasında  əməliyyatdan  danışanda  və  son 
məqamları  xatırladanda  hamının  öncəkindən  daha  qərarlı 
olduğu  duyulurdu.  Uşaqların  sözlərindən  anlamaq  olurdu 
ki, artıq  çətin  əməliyyat  şəraiti  və  mövqeyin əlverişsizliyi 
heç kimi narahat eləmir. 
Yola çıxanda uşaqların əhval-ruhiyyəsi o qədər yüksək 
idi ki, sanki sadə bir əməliyyata gedirdilər. 
İlk olaraq, düşmənə Əbdülhüseynin dəstəsi hücum etdi. 
Onların ardınca digər dəstələr hücuma keçdilər və elə ilk 
hücumda düşmən düşərgəsi süqut etdi. 
Əməliyyatdan  sonra  cəld  təmizləmə  işi  başlandı. 
Əbdülhüseyn  ən  xırda  işlərdə  də  uşaqların  yanında  idi. 
Səngərlərə  baş  çəkirdi,  əsirləri  geriyə  göndərirdi,  hətta 
düşmən  cəsədlərini  toplamağa  da  kömək  edirdi.  Yüksək 
əhval-ruhiyyə  ilə  çalışır,  o  halda  da  danışıb  uşaqları 
həvəsləndirirdi.  Qəribə  mənəvi  halı  vardı,  əməliyyatdan 
sonra  ruhiyyəsi  nəinki  zəifləmir,  hətta  daha  da 
yaxşılaşırdı. 
Onun  başçılıq  etdiyi  batalyon  və  briqada  azsaylı 
birləşmələrdən  idi  ki,  əməliyyatdan  sonra  kömək  istəmir, 
canlı  qüvvənin  yorulduğunu  və  yerinə  yeni  qüvvələrin 
gəlməsini söyləmirdi. Uşaqlar bir yeri tutandan sonra daha 


 
153 
ağır  bir  döyüşə,  düşmənin  ağır  əks-hücumlarına  cavab 
verməyə hazır vəziyyətdə olurdular. 
Həmin  əməliyyatda  azad  etdiyimiz  mövqelərdə 
yerləşəndən  az  sonra  düşmən  başqa  bir  tərəfdən  çox 
kəskin əks-hücuma keçdi. Həmin cinahdakı uşaqların sayı 
bəlkə də ona çatmazdı. Şərait də elə idi ki, digər cinahları 
boşaldıb onların yanına göndərmək olmurdu. 
Əbdülhüseyn  köməkçi  qüvvə  fikirləşənə  qədər  güclü 
savaş  başlandı.  Uşaqlar  az  sayları  ilə  fədakarcasına 
müqavimət göstərirdilər. 
Qısa müddət ərzində çatışma həssas yerə çatdı. Uşaqlar 
əl  qumbarası  ilə  düşmənin  önünü  kəsirdilər.    Bir  neçə 
yerdə  əlbəyaxa  döyüş  də  oldu.  Lakin  onlar  səddi  aşa 
bilmədilər.  Ratsiyalarını  izləyəndə  geri  çəkilmək 
istədiklərini öyrəndik. Onlar elə bilirdilər ki, təpədə bizim 
çoxlu  canlı  qüvvəmiz  yerləşib.  Halbuki  təpənin  başında 
uşaqların  yalnız  ikisi  sağ  qalmışdı:  rabitəçi  və  başqa  bir 
döyüşçü.  Qalanı  ya  şəhid  olmuş,  ya  da  yaralanmışdılar. 
Həmin  iki  nəfər  elə  atəş  açırdılar  ki,  düşmən  çoxlu  canlı 
qüvvə  ilə  çatışdığını  düşünürdü.  Geri  çəkilmək  istəyəndə 
komandirləri  ratsiya  ilə  onlara  deyirdi:  «Geri  çəkilsəniz, 
hamınızı güllələyəcəyəm». 
Yazıqlar  bu  tərəfdən  qışqırırdılar  ki,  biz  çox  itki 
vermişik,  daha  dayana  bilmirik.  Bu  sözləri  ratsiya 
vasitəsilə  təpənin  başındakı  uşaqlara  deyirdim  və  onlar 
daha  ciddi  müqavimət  göstərirdilər.  Əbdülhüseyn  demiş, 
Allah o təpənin qorunmasını istəmişdi. 
Sonda  yenə özü çarə tapdı, təpənin başına bir batalyon 
göndərdi.  Batalyonun  komandiri  yolda  şəhid  oldu, 
döyüşçülər  isə  özlərini  təpəyə  çatdırdılar  və  bir  saatdan 
sonra döyüş bitdi. 


 
154 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə