Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə70/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   66   67   68   69   70   71   72   73   ...   78
Allahdan-nur-almış-insan

Daşsız qəbir 
Məsumə Səbukxiz 
Yuxudan  diksindim.  Kimsə  ucadan  ağlayırdı.  Bir  neçə 
saniyə özümü itirdim. Yavaş-yavaş özümə gəlib bildim ki, 
səs zaldan, Əbdülhüseynin yatdığı yerdən gəlir. 
Dəhlizə  çıxdım.  Təxmin  edirdim  ki,  Əbdülhüseyn 
oyaqdır  və  dua  oxuyur.  Yuxuda  olduğunu  görəndə  isə 
əvvəlcə qorxdum. Sonra gördüm ki, həzrət Fatiməyi-Zəhra 
(ə)  ilə  danışır.  Əslində,  danışmırdı,  ağlayaraq  dərdləşirdi. 
Şəhid  dostlarının  adlarını  çəkirdi.  Övladı  ölmüş  ana  kimi 
sinəsinə  vurub  zar-zar  ağlayırdı:  «Hamısı  getdi,  ana  can, 
bəs bizim növbəmiz nə vaxtdır? Axı mən nə etməliyəm?» 
Səsi  getdikcə  ucalırdı.  Qorxdum  ki,  qonşuları  da 
oyadacaq. Tələsik dedim: «Əbdülhüseyn!» 
Heç nə dəyişmədi. Bir neçə dəfə ucadan adını çəkdim. 
Birdən yuxudan oyandı. Bütün üzü yaş içində idi. 
-  O  qədər  cəbhəyə  getmisən  ki,  yuxuda  da  cəbhəni 
fikirləşirsən. 
Birtəhər  özünə  gəlib  narahat  halda  dedi:  «Niyə 
oyatdın?!» 
Təəccüblə dedim: «O qədər ucadan danışırdın ki, səsin 
hər yerə gedirdi». 
Yorğanı çiyninə atıb otağa girdi. Arxasınca getdim. Bir 
tərəfdə  büzüşüb  oturdu.  Sanki  böyük  bir  xəzinəni  əldən 


 
191 
vermişdi.  Daha  narahat  halda  dedi:  «Mən  Xanım 
Fatimeyi-Zəhra ilə dərdləşirdim, nə üçün oyatdın?!» 
Sanki  məsələdən  təzə  xəbərdar  oldum.  Qəm-kədər 
bütün vücudumu bürüdü. Özümü onun yerinə qoyub halını 
başa düşdüm. 
Həmin gecə yuxuda nə gördüyünü öyrənməyə çalışdım, 
amma bir söz demədi. Məzuniyyəti bitənə qədər də heç nə 
demədi və cəbhəyə yollandı. 
O  zaman  hamilə  idim.  Vaxtıma  3-4  gün  qalmış  gəldi. 
Uşağın dünyaya gəlməsini səbirsizliklə gözləyirdi. 
Nəhayət,  məzuniyyətinin  son  gecəsində  xəstəxanaya 
getdik. Məni  bir  stula oturdub, qəbul  şöbəsinə  yaxınlaşdı. 
Bizimlə bir qadın gəlmişdi, o da Əbdülhüseynlə getdi. O, 
şəhid olandan sonra həmin qadın deyirdi: 
«Xəstəxananın  işçilərindən  biri  ağa  Burunsiyə  dedi  ki, 
qovluq  açmalısınız.  Ağa  Burunsi  ona  dedi:  «Əgər  doğuş 
vaxtı çatıbsa, içəri göndərin, mən tələsirəm». 
– Bu nə sözdür, ağa?! Qovluq açılmalıdır, yoxsa yox?! 
Ağa Burunsi cibindən təyyarə biletini çıxarıb göstərdi. 
– Bax, qardaş, mən cəbhəyə  getməliyəm. Əgər işimizi 
tez yoluna qoysan, Allah sənə kömək olsun! 
Elə  bildi  ki,  ərin  işini  tez  həll  etmək  üçün  cəbhədən 
istifadə edir. Birdən ağa Burunsini itələyib qışqırdı: «Hamı 
cəbhəyə getmək istəyir. Nə üçün «cəbhə-cəbhə» deyirsən? 
Gözlə, gör arvadın nə etmək istəyir». 
Mənim  oğlum  da  cəbhədə  idi  və  ağa  Burunsinin 
vəzifəsinin nə olduğunu bilirdim. Öz-özümə dedim ki, indi 
bu alçağın dərsini verəcək. 
Kobud  bir  reaksiya  gözləyərkən  hacı  ağa  heç  nə 
demədən  başını  aşağı  salıb  bayıra  çıxdı.  Tez  yaxınlaşıb 
yavaşca dedim: «Bilirsən itələdiyin adam kimdir?!» 


 
192 
Kişi  üzümə  baxdı.  Çox  təəccüblənmişdi.  Dedim: 
«Yazıq!  O  indi  istəsə,  sənin  atanı  yandırar.  Get  Allahına 
şükür elə ki, bunlar kinli adamlar deyillər». 
Nəhayət,  həmin  xanımın  sözləri  təsir  etdi  və  məni  tez 
əməliyyat otağına apardılar. 
Uşaq  dünyaya  gələndən  sonra  məni  başqa  bir  otağa 
köçürdülər. Özümə gələnə qədər bir müddət ötdü. Özümə 
gələndə anamın yanımda dayandığını gördüm. 
– Qızdır, yoxsa oğlan? 
Yorğun üzündə gözəl təbəssüm yarandı. 
– Qızdır, balam. 
– Halı necədir? 
– Əladır. 
Birdən  Əbdülhüseyn  və  onun  təyyarə  bileti  yadıma 
düşdü. 
– Əbdülhüseyn getdi? 
– Yox, biletini göndərdi ki, qaytarsınlar. 
– Nə üçün? 
– Sənə görə. Hirslənməyəsən deyə fikirləşdi ki, hələlik 
qalsın. 
Mənə  bundan  yaxşı  hədiyyə  ola  bilməzdi.  Ürəkdən 
sevindim. 
– Bəs indi haradadır? 
– İstəyirdi ki, gecə ikən səni və uşağı evə aparaq, amma 
həkim  qoymadı.  İndi  gedib  ki,  məsuliyyətinə  dair  kağızı 
imzalasın. 
Bir  az  sonra  gəlib  yanımda  oturdu,  gülümsəyib  halımı 
soruşdu.  Üzünü  anama  tutub  dedi:  «Yaxşı,  xala  can, 
Zeynəb xanımı hazırla, Məsumə xanımla birgə aparaq». 
Uşağa  ad  qoyduğunu  öyrəndim.  Bir  neçə  dəqiqədən 
sonra  xəstəxanadan  çıxdıq.  Evə  çatanda  özü  tez  yatağa 


 
193 
qaçdı,  bir  döşək  götürüb  sobanın  yanında  sərmək  istədi. 
Anam dedi: «Burada yox, aparın otağa». 
– Nə üçün? 
– Buraya qonaq gələcək. 
Döşəyi  sərib  dedi:  «Eybi  yox,  qonaqları  o  biri  otağa 
apararıq.  Zeynəbdən  və  anasından  yaxşı  kim  var  ki, 
sobanın yanında otursun?!» 
Döşəyin  üstünə  uzandım.  Zeynəbi  də  qucağıma  verib 
dedi: «Sobanın yanında qızıma soyuq dəyməz». 
Məsciddən  sübh  azanının  səsi  gəldi.  Anama  dedi: 
«Xala,  get  namazını  qıl.  Sən  gələnə  qədər  mən  bunların 
yanındayam». 
Əvvəldən Zeynəbi çox istəməyə başlamışdı. İkinci gecə 
uşağı  bələkdə  ayağının  üstünə  qoydu,  ağzını  qulağına 
yaxınlaşdırıb  zümzümə  etməyə  başladı.  Uşağın  qulağına 
nə  dediyini  bilmirəm,  ancaq  özümə  gələndə  gördüm  ki, 
çiyinləri  tərpənir.  Üzü  bütün  islanmışdı,  gözlərindən 
dayanmadan  yaş  axırdı.  Bir  söz  demək  istədim,  amma 
düşündüm ki, qoy öz halında olsun. 
Zeynəbin  üçgünlüyündə  cəbhəyə  getdi.  Getməzdən 
əvvəl  dedi:  «İnşallah,  Zeynəbi  hamama  aparanda 
qoymayın kimsə qulağına azan desin». 
– Nə üçün? 
– Özüm qayıdanda deyəcəyəm. 
Zeynəbi bir dəfə hamama apardıq. Onun ömründən 17 
gün  ötəndə  Əbdülhüseyn  gəldi.  Hələ  oturmamış  soruşdu 
ki, uşağı yuyundurdunuzmu? 
– Bəli. 
– Kimsə qulağına azan və iqamə oxumadı ki? 
– Yox. 
Oturub  nəfəsini  dərəndən  sonra  anama  dedi:  «Uşağı 
yenə hamama aparın». 


 
194 
Körpə  hamamdan  çıxanda  günəş  batmışdı.  Şam 
namazından  sonra  Zeynəbi  qucağına  götürüb  sobanın 
yanında oturdu. 
Zeynəbin qulağına nə dediyini bilmirəm, ancaq bilirəm 
ki,  bu,  iki  saata  yaxın  sürdü.  Elə  əvvəldən  yavaş-yavaş 
ağlamağa başladı. Uşağı qucağıma verəndə isə öz köynəyi 
və uşağın bələyi islanmışdı. 
İki  gün  yanımızda  qaldı.  Axırıncı  axşam  gəlib  dedi: 
«Tez hazırlaşın, gedirik». 
Haraya? 
– Bir-iki yerə getmirik, çox yerə gedirik. 
Zeynəbi və havanın soyuqluğunu fikirləşdim. 
– Mən də gəlim? 
– Hə, Zeynəb xanımı da aparmalıyıq. 
Bir  maşın  götürmüşdü.  Özü  sükanın  arxasına  keçdi  və 
yola düşdük. 
Məşhəddə bir neçə qohumumuz vardı. Bir-bir hamısına 
baş  çəkdi.  İnqilab  məsələləri  üstündə  onların  biri  ilə 
dalaşmışdı,  bir  neçə  il  idi  get-gəlimiz  yox  idi.  Qəribə  idi 
ki, həmin axşam onun evinə də getdik. Haraya gedirdiksə, 
Zeynəbi  qucağında  saxlayıb  bir  neçə  dəqiqə  ayaq  üstə 
dayanır,  hallarını  soruşub  deyirdi:  «İnşallah,  sabah 
cəbhəyə yollanırıq. Gəldik ki, halallıq istəyək». 
Mənim  kimi  onlar  da  təəccüblənirdilər.  Heç  vaxt 
cəbhəyə gedəndə qohumlarla sağollaşmazdı. Adətən, onlar 
bizə gəlirdilər. Bu məsələ məni çox nigaran etdi. 
Getdiyimiz  sonuncu  yer  həzrət  İmam  Rzanın  (ə)  pak 
məqbərəsi  idi.  Orada  tələsmədi.  Arxayın  şəkildə  gözəl 
mənəvi ziyarət etdi. 
Həmin  gecə  özüm  də  başqa  bir  halda  idim  və 
həmişəkindən daha kövrək şəkildə raz-niyaz edirdim. 
Ziyarətdən sonra yanıma gəldi. 


 
195 
– Gedək? 
– Gedək. 
Maşında  yalnız  mənim  eşidəcəyim  səslə  danışmağa 
başladı. 
–  İnşallah,  sabah  cəbhəyə  gedirəm,  qayıdıb-
qayıtmamağım da bəlli deyil. 
Sanki hər an qəm-kədərim artırdı. 
-  Zeynəbin  qədəmləri  uğurludur.  Bu  dəfə  daha  şəhid 
olacağam. 
Az  qaldı  məni  ağlamaq  tutsun.  Narahat  olduğumu 
anlayıb güldü. 
–  Zarafat  edirəm.  Niyə  narahat  oldun?!  Özün  bilirsən 
ki,  Bəm  badımcanına  zaval  yoxdur.  Şəhidlik  hara,  biz 
hara?! 
Uşaqlar yatandan sonra yanına getdim. Dedi: «Bu gecə 
sizi İmam Rzaya (ə) tapşırdım. Ağadan istədim ki, hərdən 
lütf  eləsin  və  sizə  baş  çəksinlər.  Sizin  də  nə  vaxt 
çətinliyiniz  olsa,  yalnız  imamın  yanına  gedin.  Çalışın 
şəhərimizə  və  ölkəmizə  qismət  olmuş  bu  böyük  nemətin 
qədrini  biləsiniz.  Heç  vaxt  ziyarətdən  qalmayın.  Bunun 
özü bir hörmətdir və hörmət saxlamaq vacibdir». 
Heç  vaxt  belə  sözlər  danışmazdı.  Həqiqət  olduğunu 
duyur, amma əsla qəbul etmək istəmirdim. 
Sübh  namazından  sonra  getməyə  hazırlaşdı.  Uşaqları 
oyatmaq  istəyəndə  qoymadı.  Hər  dəfə  gedəndə  səhər 
tezdən olsaydı da, uşaqları oyadıb hamısı ilə sağollaşardı. 
Bu  dəfə  isə  nədənsə  oyatmaq  istəmədi.  Dedi:  «Bu  dəfə 
daha dönüş yoxdur!» 
Birdən  Həsən  peyda  oldu.  Özü  oyanmışdı.  Sanki 
atasının sözünü eşidib ağlamağa başladı. Onun ağlamasına 
biz də ağladıq; mən və anam. 


 
196 
Həmişə  gedəndə  anam  narahat  olsaydı,  yaxud  mən 
ağlasaydım, gülüb deyərdi: «Əşi, Bəm badımcanına zaval 
yoxdur.  Bundan  əlavə,  yol  üstündə  ağlamaq  da  yaxşı 
deyil». 
Bu  dəfə  isə  mane  olmadı,  əksinə,  dedi:  «İndi  vaxtıdır, 
ağlayın!» 
Yavaş-yavaş  uşaqların  hamısı  oyandı.  Bir-bir  öpüb 
sağollaşırdı. Bu dəfə Quranın altından da keçmədi. Yalnız 
öpüb ziyarət etdi və getdi. 
Həmin  gün  Zeynəbin  ömrünün  iyirminci  günü 
başlayırdı. 
 
*** 
 
Son  dəfə  zəng  vuranda  1985-ci  ilin  martı  idi,  bayrama 
bir neçə gün qalırdı. Soruşdum: «Nə vaxt gəlirsən?» 
Gülüb  dedi:  «Hələ  də  soruşursan  ki,  nə  vaxt  gəlirəm?! 
İmam Cavad (ə) şəhid olanda 25  yaşı var idi, mən ondan 
olduqca çox ömür sürmüşəm. De ki, nə vaxt şəhid olursan, 
şəhadət xəbərin nə vaxt gələcək». 
Məni  ağlamaq  tutdu.  O,  dedi:  «Zarafat  edirəm.  Sənə 
demişəm axı, Bəm badımcanına zaval yoxdur». 
Zeynəbi də özümlə qonşuya aparmışdım. Dedi: «Elə et 
ki, səsini eşidim». 
Necə  oldusa,  onu  ağlatdım.  Səsini  eşidəndə  dedi: 
«Yaxşıdır.  İndi  arxayın  oldum  ki,  mənim  Zeynəbim 
sağlamdır». 
Həzrət  Fatimeyi-Zəhranın  (ə)  ziyarətindən  və  onunla 
söhbətindən  nəsə  dedi,  lakin  telefonun  xışıltısından  tam 
anlamadım.  
Söhbətimiz  bitəndə  dəstəyi  yerinə  qoydum.  Həsən  də 
yanımda  idi.  Birlikdə  bayıra  çıxdıq.  Qəribə  hiss 


 
197 
keçirirdim.  Hər  şey  onun  getməsindən  danışırdı,  mənsə 
inanmaq istəmirdim. 
Bədr  əməliyyatından  xəbər  tutanda  hər  an  zəngini 
gözləyirdim.  Hər  bir  əməliyyatda  imkan  olanda  zəng 
vururdu.  Özü  imkan  tapmayanda  başqa  birini  göndərirdi 
ki, zəng vurub salamat olduğunu desin. 
Əməliyyat  bitdi.  Bugün-sabah  edirdim  ki,  zəng 
vuracaq, lakin xəbər çıxmadı. Nəhayət, qara xəbəri gəldi... 
O, uğrunda əzablar çəkdiyi arzusuna çatmışdı. 
Cənazəsi itkin düşdü. Həmişə Allahdan bunu istəyirdi. 
Hətta  vəsiyyət  etmişdi  ki,  qəbrinin  üstünə  daş  qoymayaq  
və  adını  yazmayaq.  İstəyirdi  ki,  anası  Fatimeyi-Zəhra  (ə) 
kimi onun da qəbri adsız-nişansız olsun. 
Və bir bahar günü - 1985-ci ilin 30 mayında ona formal 
dəfn mərasimi keçirdik. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə