Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə69/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   65   66   67   68   69   70   71   72   ...   78
Allahdan-nur-almış-insan

Xəndək dördyolu 
Abbas Teymuri 
Burunsi  özündən  keçmiş  şəxslərdən  idi.  Mübaliğəsiz 
deyirəm  ki,  hətta  ağır  döyüşçülük  təcrübəsini  də  məsum 
Əhli-beytə  (ə)  təvəssüllə  əldə  etmişdi.  Onlarla  qəribə 
mənəvi əlaqəsi vardı. 


 
187 
Yadımdadır,  Ramazan  əməliyyatından  öncə  ona 
qoşuldum.  O  vaxtlar  ondan  bir  xatirə  dillər  əzbəri 
olmuşdu.  Bu,  mənim  üçün  çox  düşündürücü  idi.  Həmin 
xatirə müharibənin tarixində qeyd olunmuşdur. Öz-özümə 
düşünürdüm:  Adamda  nə  qədər  eşq  və  ixlas  olmalıdır  ki, 
Allahın  izni  və  məsum  imamların  (ə)  duası  ilə  savaşın 
ortasında  uşaqlara  minalanmış  sahədən  keçmələrini  əmr 
etsin. 
Batalyonunda  qaldıqca  ona  sevgi  və  hörmətim  də 
artırdı. Döyüşçüləri əxlaqı və hörməti ilə ovsunlayırdı. O, 
briqada komandirinin müavini və sonra briqada komandiri 
olana qədər ondan ayrılmadım. 
Bədr əməliyyatından öncəki günlər heç vaxt yadımdan 
çıxmaz. Səhər düzülüşündəki çıxışlarında bir neçə dəfə öz 
qulaqlarımla  belə  dediyini  eşitdim:  «Daha  bu  dünyada 
qalmağa taqətim çatmır, mənə bəsdir». 
Bir dəfə hətta xüsusi bir çevrədə belə deyirdi: «Əgər bu 
əməliyyatda  şəhid  olmasam,  müsəlmanlığıma  şübhə 
edərəm». 
Mən  o  zaman  Vəliyyullah  batalyonunun  üçüncü 
bölüyünün komandiri idim. Bədr əməliyyatı ərəfəsində 77-
ci Xorasan diviziyasının birinci briqadasının qərargahında 
ordu  və  Sepah  nümayəndələrinin  birgə  iclası  vardı. 
Briqada  komandirinin  adı  yadımda  deyil.  Biz  bir  neçə 
nəfər  Hacı  Əbdülhüseynlə  birgə  getmişdik.  Həmin 
briqadanın komandiri divardan asılmış böyük bir xəritəyə 
yaxınlaşıb əməliyyat bölgəsi haqda danışmağa başladı: Biz 
belə atəş açacağıq, belə edəcəyik, arxadan dəstəyimiz belə 
olacaq və s. 
Sözləri  bitəndən  sonra  briqadanın  kəşfiyyat  komandiri 
danışmağa  başladı.  Hələ  çox  qızışmamış  birdən  Burunsi 
onun sözünü kəsdi. 


 
188 
– Bağışlayın, bir sözüm var. 
Yerindən qalxıb xəritəyə yaxınlaşdı. Hamı kimi mən də 
təəccüblə baxırdım. Hələ onun növbəsi çatmamışdı. 
Birinci  briqadanın  komandirinə  üzünü  tutub  dedi: 
«General,  siz  yaxşı  sözlər  dediniz,  amma  canlı  qüvvəni 
haradan idarə edəcəyinizi söyləmədiniz». 
Briqada  komandiri  anteni  xəritənin  üzərində  bir 
nöqtəyə qoydu. 
– Mən batalyonları buradan idarə edəcəyəm. 
– Bu, düzgün deyil. 
Briqada komandiri təəccübləndi. 
– Nə üçün? 
– Çünki buradan canlı qüvvəni idarə edə bilməzsiniz. 
Bir  qədər  müzakirə  getdi,  sonda  briqada  komandiri  nə 
deyəcəyini  bilmədi.  Birdən  soruşdu:  «Bağışlayın,  ağa 
Burunsi,  siz  döyüşçülərinizi  haradan  idarə  etmək 
istəyirsiniz?» 
Dəqiq yadımdadır ki, onun nə cavab verəcəyinə diqqət 
kəsdim.  Anteni  generaldan  alıb  düz  Xəndək  dördyolunun 
üstünə qoydu. 
– Mən burada olacağam. 
Briqada  komandirinin  təəccübü  bir  yana,  bizim 
hamımızın  gözlərimiz  bərəldi.  Əməliyyat  İmam  Rza  (ə) 
yolundan 
başlayıb 
təxminən 
Bəsrə-Əl-Umarə 
magistralında  bitirdi.  Xəndək  dördyolu  əməliyyatın  orta 
bölgəsinə  düşürdü  və  ondan  bir  neçə  km.  aralıdakı 
mövqelər  düşmənin  əlində  idi.  Briqada  komandiri  dedi: 
«Mən baş açmıram». 
Hacı soyuqqanlılıqla dedi: «Nə üçün?» 
–  Çünki  siz  canlı  qüvvə  ilə  hərəkət  edəcəksinizsə, 
əməliyyatın  əvvəlində  olmalısınız,  Xəndək  dördyolu  isə 
ortadadır. 


 
189 
– Hər halda, mən bu nöqtədə olacağam. 
Həmin gün iclas bitəndə hələ də ağa Burunsinin sözləri 
haqda düşünürdüm. Nə üçün məhz Xəndək dördyolu? 
Əməliyyat  günü  səhər  tezdən  ağa  Burunsinin  əmri  ilə 
bölgəyə  girən  üçüncü,  yaxud  dördüncü  batalyon  biz  idik. 
Uşaqlar  yaxşı  irəliləmişdilər.  Vəliəsr  diviziyası  bizim 
solumuzda, İmam  Hüseyn  (ə) diviziyası  da  sağımızda  idi. 
Ortada da bizim Nəsr diviziyası yerləşirdi. 
İşin  xırdalıqlarını  görəndən  sonra  bildik  ki,  bütün 
irəliləyişlər  Xəndək  dördyolunda  dayanır.  Düşmən  bütün 
qüvvəsini  orada  mərkəzləşdirmişdi  və  güclü  müqavimət 
göstərirdi.  Dördyolda  Burunsini  görəndə  beynimdən  bir 
fikir  keçdi.  Həmin  iclası  və  onun  sözünü  xatırladım.  O, 
canlı  qüvvəni  dördyoldan  idarə  edirdi.  Aramızda  15-20 
metr  məsafə  vardı.  Düşmən  güclü  atəş  yağdırırdı.  Yavaş-
yavaş  müdafiə  halından  çıxdı  və  artıq  bir  neçənci  əks-
hücuma  başladı.  Uşaqlar  fədakarcasına  müqavimət 
göstərirdilər. 
Üç-dörd  saat ötdü.  Silah-sursatımız  tükənirdi.  Bir neçə 
dəfə  ratsiya  ilə  sursat  istədik,  lakin  elə  güclü  atəş  altında 
göndərə  bilmədilər.  Düşmən  piyadaları  bizim  10-15 
metrliyimizə  çatmışdılar.  Biz  onlara  doğru  əl  qumbarası 
atırdıq. Vəziyyət hər an ağırlaşırdı. Nəhayət, geri çəkilmək 
əmri verildi. 
Döyüş  qaydalarına  uyğun  şəkildə  geri  çəkildik.  Son 
anlarda uşaqların biri qışqırdı: «Vay! Hacı Burunsi!» 
Durbinlə  baxıb  gördük  ki,  qan  içində  hərəkətsiz  halda 
yerə yıxılıb. 
Dedim  ki,  nə  olur-olsun,  gedib  cənazəni  gətirməliyik. 
Yalnız  mən  yox,  çoxları  belə  düşünürdülər.  Lakin 
komandir  icazə  verməyib  dedi:  «Vəziyyət  çox  pisdir, 
yaxınlaşsanız, siz də şəhid olacaqsınız». 


 
190 
Bəlkə  də  müharibə  boyu  mənə  ən  ağır  anlar  həmin 
anlar idi. Bir dünya həsrət və kədərlə geri çəkildik. 
Şəhid  Burunsinin  cənazəsi  orada  qalsa  da,  pak  qanı 
azad 
edilmiş 
digər 
bölgələrdə 
mövqelərimizi 
bərkitməmizə  həqiqətən,  təsir  etdi.  Uşaqlar  onun 
şəhidliyindən ruhlanıb çox vəhşiləşmiş düşmənin burnunu 
ovdular.   

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə