Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə66/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   62   63   64   65   66   67   68   69   ...   78
Allahdan-nur-almış-insan

Vaveyla 
səhrası 
Məsumə Səbukxiz 
Ağır bir sükut başlayırdı. Uşaqlar yatmışdılar. Özüm də 
yavaş-yavaş yatmağa hazırlaşırdım. 
Gecənin  qaranlığında  qulağıma  yavaş  bir  səs  gəldi. 
Həyətdən  gəlirdi,  küçə  qapısının  ehtiyatla  bağlanma  səsi 
idi. Bir anlığa qəlbimə sevinc doldu. Əbdülhüseyn səksən 
gün  idi  evə  gəlmirdi.  Onun  olduğunu  düşünüb  bayıra 
çıxdım. 
Təxminim  düz  idi.  Qapının  ağzında  onu  gördüm. 
Həmişəki kimi gülümsəyirdi. Salamlaşıb hal-əhval tutduq. 
Sevincək dedim: «Gedim uşaqları oyadım». 
Yavaşca dedi: «Yox, lazım deyil». 
Təəccüblə soruşdum: «Nə üçün?» 
– İçəri girək, deyərəm. 


 
181 
Elə  dedi  ki,  çox  narahat  olmayım.  Səhər  tezdən 
Kaşmərə  getməli  idi;  həm  çıxışı  vardı,  həm  də  oranın 
komandiri ilə görüşəcəkdi. 
–  İnşallah,  sabah  günortadan  sonra  qayıdaram.  Belə 
olsa, uşaqları daha yaxşı və doyunca görə bilərəm. 
Sübh  azanına  bir  saat  qalmış  yuxudan  oyandım. 
Mətbəxin  işığı  yanırdı.  Bildim  ki,  Əbdülhüseyndir.  Evə 
gələndə çox vaxt oruc tuturdu. Bir dəfə də yadıma gəlmir 
ki,  obaşdan  yeməyi  və  ya  çay  hazırlamaq  üçün  məni 
oyatmış olsun. Bütün işləri özü görürdü. 
Yerimdən  qalxıb  mətbəxə  keçdim.  Siniyə  bir  çaynik 
çay  və  iki  stəkan  qoymuşdu.  Salam  verdim.  Gülərüzlə 
cavabımı  aldı.  Sinini  göstərib  soruşdum:  «Bunları  harasa 
aparırsan?» 
Gülüb  yavaşca  dedi:  «Küçədə  bir  Allah  bəndəsi  var; 
bilmirəm  yolçudur,  yoxsa  ziyarətçi.  Ona  çay  aparıram, 
savabdır». 
Sinini götürüb səssiz-səmirsiz bayıra çıxdı. Bir müddət 
idi  hər  dəfə  evə  gələndə  belə  edirdi;  ya  çay  aparırdı,  ya 
meyvə və ya xörək. Hər dəfə soruşanda da oxşar cavablar 
verirdi. Maraqlı idi ki, o adamlar da əksərən maşınla idilər.  
Sübh azanında namazını qılıb Kaşmərə yola düşdü. 
Günortaya  yaxın  qonşunun  uşağı  gəlib  dedi:  «Ağa 
Burunsi Kaşmərdən zəng vurub, sizinlə işi var». 
Həmin gün su boruları küçədən partlamışdı və səhərdən 
susuz  qalmışdıq.  Çox  dilxor  idim.  Düşündüm  ki,  yəqin 
gələ bilməyəcəyini demək üçün zəng vurub. 
Qonşunun uşağı dayanıb gözləyirdi. Narahat halda ona 
dedim:  «Oğul,  get  mənim  adımdan  ağa  Burunsiyə  de  ki, 
Kaşmərdə  qohumlarının  yanında  ürəyi  istəyən  qədər 
qalsın, oradan da cəbhəyə getsin, evə gəlməsin». 


 
182 
Axşamüstü  idi.  Su  yeni  düzəlmişdi  və  həyətdə  qabları 
yuyurdum.  Birdən  Əbdülhüseyn  gəldi.  Əhəmiyyət 
vermədim,  çox  hirslənmişdim.  Heç  başımı  da 
qaldırmadım. Önümdə dayanıb güldü. 
– Niyə bu qədər hirslisən? 
Heç  nə  demədim.  Çox  narahat  idim.  Daha  mehriban 
görkəm aldı. 
–  Nə  üçün  telefona  gəlmədin?  Heç  bilirsən  niyə  zəng 
vurmuşdum? 
Yenə heç nə demədim. 
– İstəyirəm sizi bir neçə günlüyə Kaşmərə aparım. 
Bunu deyən kimi problemin özümdə olduğunu anladım, 
lakin  nədənsə  narahatlığım  anbaan  artırdı.  Uşaqlar  başına 
toplaşdılar. Bir-bir onları öpüb hallarını soruşurdu. Onlarla 
evə keçdi. 
İşim  bitəndən  sonra  qabları  götürüb  içəri  girdim. 
Gülərüzlə mənə yaxınlaşdı. 
–  Mən  səhərdən  heç  nə  yeməmişəm.  Yeməyə  bir  şey 
olsa, pis olmaz. 
Məni  sakitləşdirmək  istəyirdi,  mənsə  çox  narahat  idim 
və dinib-danışmırdım. Mətbəxə keçib yumurta bişirdim. O 
vaxt  qızım Fatimənin  6-7  yaşı  olardı. Onu  ucadan çağırıb 
dedim: «Gəl, atana yemək apar». 
Birdən səbri tükəndi. Mətbəxə keçdi. 
– Ata daha heç nə istəmir. 
Asılqana  sarı  getdi,  narahat  halda  dedi:  «Fatimə  ataya 
yemək aparsın?!» 
Abbası və Əbəlfəzli qucağına götürdü, digər uşaqlar da 
arxasınca yola düşdülər. Belə olmasını istəməzdim, amma 
daha  iş-işdən  keçmişdi.  Bir  neçə  dəqiqədən  sonra  hamısı 
qayıtdı. Anam da yanlarında idi. Bildim ki, gedib məndən 
şikayət edib. İçəri girdilər. Tez o biri otağa keçdim. Sanki 


 
183 
bir  neçə  illik  qəhərim  açıldı,  birdən  ağlamağa  başladım. 
İşlər bundan da pis korlana bilməzdi. 
Bir az sonra anama belə deyirdi: «Bu, haqlıdır, xala, nə 
qədər  narahat  olsa,  haqlıdır.  Mən  onu  əsla  qınamıram. 
Lakin  mənim  də  əlimdən  bir  iş  gəlmir.  Mən  cəbhədən  əl 
çəkə bilmərəm, qiyamət günü cavab verəcəyəm». 
Həssas bir məsələyə toxunmuşdu. Özüm də anladım ki, 
narahatlığım  onun  cəbhəyə  çox  getdiyinə  görədir.  Anam 
dedi: «Gəl otağa girək, özü ilə danış». 
Gəlib qarşımda oturdu. Özümü səliqəyə saldım. 
– Səninlə danışmaq istəyirəm, yaxşı qulaq as. 
Başımı qaldırmadım, amma qulağım onda idi. 
-  Hər  bir  müsəlman  bilir  ki,  indi  İslam  təhlükədədir. 
Mən  indi  cəbhəyə  getməsəm,  yaxud  az  getsəm,  qiyamət 
günü  cavab  verməli  olacağam.  Bu  baxımdan,  cəbhəyə 
getməməyim qeyri-mümkündür. 
Üzünü anama tutdu. 
–  Bax,  xala,  mən  bu  evi,  əşyaları,  hətta  pencəyimi  də 
qoyub  uşaqlarla  birgə  cəbhəyə  getməyə  hazıram.  Yalnız 
bir şərtim var. Gərək qızınız mənə söz versin. 
Susdu. Anam soruşdu: «Nə şərti, bala?» 
–  Qiyamət  günü  həzrət  Fatimeyi-Zəhra  (ə)  gələndə 
onun  yanına  gedib  desin:  «Ərim  sizin  yolunuzda  olub 
cəbhəyə  getdiyinə  görə  ondan  boşandım,  o  da  uşaqları 
götürüb getdi». 
Anam  mat-məttəl  qalmışdı.  Mən  də  eyni  vəziyyətdə 
idim.  Özümü  bir  anlığa  onun  dediyi  kimi  təsəvvür  etdim: 
məhşərin vaveyla səhrasında, həzrət Fatimə (ə) ilə üzbəüz. 
Bütün  vücudum  alt-üst  oldu,  özümə  gəldim.  Artıq 
xəcalətdən başımı qaldırmırdım. 


 
184 
Ondan  sonra  deməyə  sözüm  yox  idi.  Cəbhəyə  nə  vaxt 
gedib, nə vaxt gəlirdisə, etiraz etmirdim. Həzrət Fatimeyi-
Zəhranın (ə) razılığına razı idim. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə