Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə67/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   63   64   65   66   67   68   69   70   ...   78
Allahdan-nur-almış-insan

Onun 
kəfəni 
Höccətülislam Məhəmmədrza Rzayi 
Mən  həccə  Qumdan  getdim,  o  isə  Məşhəddən.  Mən 
onun getməsindən xəbərsiz idim, o da mənim. 
Bir gün təvafa getdiyimdə ayaqqabılarımı itirdim.  İşim 
bitəndən  sonra  ayaqyalın  Məscidül-həramdan  çıxdım. 
Məkkənin isti küçələri ilə bazara doğru yola düşdüm. 
Bir  ayaqqabı  mağazasının  önündə  dayandım.  İçəri 
girmək istəyəndə gözüm uzaqdan gələn bir adama sataşdı. 
Hərəkətləri çox tanış gəlirdi. Dayanıb gözümü ona dikdim. 
Düz  mənə  sarı  gəlirdi.  Nəhayət,  20-30  addımlığıma 
çatanda tanıdım. Təxmin etdiyim kimi, Hacı Əbdülhüseyn 
Burunsi idi. 
O,  gülə-gülə  mənə  yaxınlaşırdı.  Bilirdim  ki,  gözləri 
itidir, məni uzaqdan tanıyıb. Bir neçə addımlığıma çatanda 
onun  da  ayaqqabısız  olduğunu  gördüm.  Keçmiş  xatirələri 
yada salmaq üçün dedim: «Salam, usta Əbdülhüseyn». 
Səmimi şəkildə dedi: «Salam əleyküm». 
Qucaqlaşıb  görüşdük,  hal-əhval  tutduq.  Ayaqlarını 
göstərdim. 
– Bəs ayaqqabıların hanı? 
Sualı özümə qaytardı. 
– Bəs səninkilər hanı? 
Ayaqqabılarımın  necə  itdiyini  danışdım.  Təəccüb  etdi. 
Ayaqqabılarının  itdiyindən  danışanda  da  mən  təəccüb 
etdim. 
– Qəribə təsadüfdür. 


 
185 
Hər ikimiz eyni yerdə və eyni vaxtda ayaqqabılarımızı 
itirmişdik.  O,  bir  yolla bazara  gəlmişdi,  mən  də başqa  bir 
yolla.  Dedim:  «Onda  gəl  ayaqlarımıza  bundan  artıq 
əziyyət verməyək». 
Mağazaya  girib  hərəmiz  bir  cüt  ayaqqabı  aldıq. 
Çıxandan  sonra  əlində  nəsə  olduğunu  gördüm.  Diqqətlə 
baxıb gördüm ki, bir neçə kəfəndir. 
– Bunlar kimindir? 
Bir-bir göstərməyə başladı. 
- Bu, anamındır, bu, atamın, bu, qardaşımın... 
Çoxlarına kəfən almışdı, amma heç biri özünün deyildi; 
yəni  öz  adını  çəkmədi.  Gülərək  soruşdum  ki,  bəs 
özününkü hanı? 
Gülümsədi. 
-  Məgər  mən  təbii  şəkildə  öləcəyəm  ki,  özümə  kəfən 
alım?! 
İkinci  cümləsi  də  yaxşı  yadımdadır.  Gülüb  dedi: 
«Mənim döyüş paltarım kəfənim olmalıdır!» 
Bu xatirə 1983-cü ilə aiddir. Təxminən bir il sonra şirin 
şəhadət şərbətini içdi. Ruhu şad olsun! 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə