Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə68/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   64   65   66   67   68   69   70   71   ...   78
Allahdan-nur-almış-insan

Həyat alını 
Məcid Əxəvan 
Abdullah  batalyonu  düşmən  xəttinin  qənimi  kimi 
məşhurlaşmışdı. Hətta bir əməliyyatda da dəstəkçi, yaxud 
ehtiyat  qüvvə  kimi  iştirak  etməmişdik,  hamısında 
hücumda  idik.  Yadımdadır,  o  zaman  diviziyada  dağıdıcı 
bölüyün  komandiri  idim.  Hacı  Burunsi  yanıma  gəlib 
deyirdi:  «Əxəvan,  mənə  elə  uşaqlar  ver  ki,  sona  qədər 
gedə bilsinlər». 
– Niyə ki? 


 
186 
– Çünki mənim batalyonum düşmən mövqelərini yaran 
Abdullah batalyonudur. 
Doğru deyirdi. Əməliyyatlarda ən uzaq, ən çətin yolları 
onun  batalyonuna  verirdilər.  Buna  görə  də,  Burunsi  həm 
özümüzünkülərin  yanında  məşhurlaşmışdı,  həm  də 
düşmən  tərəfdə.  Dəfələrlə  İraq  radiosundan  qəzəblə  adını 
çəkib  təhqir  edirdilər.  Şəhid  Kavə  kimi  onun  da  başına 
mükafat təyin etmişdilər. 
Əməliyyatların  birində  Abdullah  batalyonundan 
düşmənin əlinə dörd-beş şəhid və yaralı keçmişdi. Axşam 
hacının  özü  ilə  İraq  radiosunu  dinlədik.  Xəbərlərin 
əvvəlində  diktor  həvəslə  deyirdi:  «Bruslinin  komandirlik 
etdiyi Abdullah briqadası məhv edildi!» 
Bunu eşidən kimi ikimiz də gülməyə başladıq. Xəbərin 
davamında Bruslini öldürdüklərini deyir və digər yalanlar 
uydururdular.  Hacı  ucadan  gülürdü.  Ona  dedim:  «Deyim, 
sənə halva bişirsinlər, yasını keçirək». 
Gülüb  dedi:  «Mən  də  gərək  diviziya  komandirimə 
deyim  ki,  mən  batalyon  komandiri  deyiləm,  briqada 
komandiriyəm». 
Bir  az  sonra  radionu  söndürdü,  ciddi  görkəm  alıb 
yavaşca  dedi:  «Əxəvan,  bir  güllənin  üstünə  «Burunsi» 
yazılıb,  yalnız  o  güllə  mənim  həyat  alnıma  vurulacaq. 
Başqa heç bir güllə gəlməyəcək, tam əminəm». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə