Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə76/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   70   71   72   73   74   75   76   77   78
Allahdan-nur-almış-insan

R
əşadətli İslam komandiri Hacı 
Əbdülhüseyn Burunsinin 
vəsiyyətnaməsindən hissələr 
Mən  bu  yolu  şüurlu  şəkildə  getmiş  və  şüurlu  şəkildə 
davam etdirmişəm. Ümidvaram ki, Allah yolunda atdığım 
addımlar  Onun  tərəfindən  qəbul  olunsun  və  O,  bizi 
cəhənnəm alovundan xilas etsin. 
Övladlarım!  Quranı  yaxşı  dinləyin,  bu  səmavi  kitabı 
həyatınızın  sərlövhəsinə  çevirin.  Qurandan  kömək  alın, 
İmam Mehdiyə (ə) təvəssül edin. 
Quran  ayələrini  həmişə  zümzümə  edin  ki,  şeytan  sizə 
bata bilməsin. 
Ey  nadan  insanlar!  Ey  şəhadətin  nə  olduğunu 
bilməyənlər!  Mütərəqqi  cəmiyyətdə  şəhidlərə  «ölü»  sözü 
dil və düşüncələrdən çıxarılmalı, onların həyatı təntənə ilə 
yad olunmalıdır: «Əksinə, diridirlər və Rəblərinin yanında 
ruzidən bəhrələnirlər». (Ali-İmran, 169) 
Komandirlik mənə  görə, üstünlük deyil. Dedilər ki, bir 
şəriət vəzifəsidir və gərək qəbul edəsiniz. Mən də «Allaha, 
Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə tabe olun» 
(Nisa,  59)  göstərişinə  əsasən,  qəbul  etdim.  Yaxşı  işlərə 
dəvət  və  pis  işlərdən  çəkindirmə  zamanı  heç  şübhəsiz, 
nadan  insanlardan  etiraz  görəcəksiniz.  Buna  dözün  və 
iradənizdə möhkəm olun. 


 
211 
 
 
  
 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə