Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə72/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   68   69   70   71   72   73   74   75   ...   78
Allahdan-nur-almış-insan

Hazır batalyon 
Məcid Əxəvan 
Bədr əməliyyatına bir neçə gün qalmışdı. Ağa Burunsi 
məzuniyyətdən  qayıdan  kimi  briqadanı  əməliyyata 
hazırlamağa başladı. 
Bir  gün  komandir  çadırında  oturmuşduq.  Başını  aşağı 
salıb nə isə düşünürdü. Birdən düz gözlərimin içinə baxdı. 
– Əxəvan, bu əməliyyat mənim son əməliyyatımdır. 
Güldüm. 
–  Bu  nə  sözdür,  hacı  ağa?!  Sən  saçının  tükləri  qədər 
əməliyyatda olmusan, gərək hələ də olasan. 
– Yox, son əməliyyatdır. 
– Sən həmişə şəhadətdən danışırsan. 
Bir  az  dayandım,  xüsusi  tərzdə  dedim:  «Əgər  Allah 
eləməmiş, sən getsən, uşaqlar nə edərlər?» 
Arxayın və soyuqqanlı idi. 
– Bunların hamısı sözdür. Mən  elə bir şey  gördüm ki, 
bu əməliyyatın sonuncu olduğunu bilirəm. 
Ondan  sonra  da  bir-iki  dəfə  belə  xəbərlər  verdi.  Onun 
əhval-ruhiyyəsinə  bələd  idim.  Düşündüm  ki,  hacı  bu 
məsələ üzərində çox dayanır, birdən həqiqətən də... 
Bir  gün  mənəvi  halda  olanda  onu  kənara  çəkib 
soruşdum: «Hacı, nə olub ki, elə şəhadətdən danışırsan?» 
Üzümə  baxdı.  Sözümə  davam  etdim:  «Doğrusunu  de 
görüm, nə olub?» 
Birdən onu  ağlamaq tutdu. Çox bərkdən və hıçqırtı ilə 
ağlayır, çiyinləri də tərpənirdi. 
– Bir neçə gün öncə anamı yuxuda gördüm. 


 
200 
Məqsədi  həzrət  Fatimeyi-Zəhra  (s)  idi.  Komandir 
çadırını göstərdi. 
-  Bu  çadırda  yatmışdım.  Mənə  buyurdu  ki,  gərək 
gələsən. 
Nigaran baxışlarımı üzünə zillədim. 
–  Hacı  ağa,  bəlkə  Fatimeyi-Zəhranın  (s)  məqsədi 
müharibədən sonra olub? 
– Yox, belə deyil. Mən bu əməliyyatda şəhid olacağam. 
Mat-məəttəl  qalmışdım.  Düşünmək  belə  istəmədiyim 
yeganə şey onun getməsi idi. Bir qədər sakitləşdi. 
– Əminəm ki, bu dünyada yaşamağa ayrılmış möhlətim 
bu əməliyyatda bitir. Artıq getməliyəm. 
Əminliklə  danışırdı.  Mən  də  əmin  oldum  ki,  bu 
əməliyyatda mütləq şəhid olacaq. 
Həmin  gün  mənə  bir  neçə  iş  tapşırdı.  Yadımdadır, 
əməliyyata  iki-üç  gün  qalırdı.  Təxmin  etdim  ki,  harasa 
getmək istəyir. Soruşanda dedi ki, saçımı qısaldacağam. 
Heç  vaxt  əməliyyatdan  öncə  saçını  qısaltmazdı.  Bu, 
mənim iztirabımı bir qədər də artırdı. 
Qayıdanda  gördüm  ki,  həm  saçını,  həm  də  saqqalını 
azaldıb. 
Əməliyyat  gecəsi  hamama  getdi.  Qayıdanda  əynində 
təmiz  forma  vardı.  Ətir  də  vurmuşdu.  Cəbhədə,  özü  də 
əməliyyatdan  öncə  Sepahın  formasını  geyinib  özünə  belə 
baxması  ilk  dəfə  idi.  Həmişə  Bəsic  formasında  olardı. 
Təəccüblə ona baxırdım. 
– Hacı ağa, nə olub? 
Gülümsədi. 
– Sən ki bilirsən, niyə soruşursan? 
Çox  narahat  oldum.  Elə  bilirdim  ki,  mühüm  bir  şeyi 
itirməkdəyəm. 
Əməliyyat 
yaxınlaşdıqca 
qəlbimin 
döyüntüsü artırdı. 


 
201 
 
*** 
 
Bədr əməliyyatı, xüsusən də onun suya aid hissəsi çox 
çətin əməliyyatlardan idi. Su ilə 30-40 km. yol getmişdik. 
Dəclə  və  Fəratın  o  tərəfində  həssas  bir  yolda  yerləşdik, 
oradan da Xəndək dördyoluna  tərəf irəlilədik və iraqlıları 
geri  qovduq.  Düşmən  sözün  əsl  mənasında  quduz  itə 
dönmüşdü. Var qüvvəsini toplayıb dördyolu almaq, sonra 
da  həmin  həyati  yolu  ələ  keçirib  bizi  suya  tökmək 
istəyirdi. 
Çatışma  hər  an  şiddətlənirdi.  Bütün  əməliyyat  boyu 
başı üzülmüş bir quş kimi idim, bir an da rahat olmurdum. 
Hər  an  hacının  şəhadətini  gözləyirdim.  Onun  şəxsiyyəti 
mənim üçün önəmli idi, nə vaxt və necə gedəcəyini bilmək 
istəyirdim.  Həmişə  onun  yanında  idim.  Vəzifəm  də  bunu 
tələb edirdi.  
Döyüşün qızğın çağında birdən üzünü mənə tutdu. 
- Əxəvan, get, arxadan hazır batalyonu gətir. 
Sanki başıma bir qazan qaynar su tökdülər. Cəld dedim: 
«Hacı ağa, bu vəziyyətdə?!» 
Bütün  vücudumla  əmrini  dəyişdirməsini  istəyirdim.  O 
dedi:  «Əgər  batalyonu  gətirməsən,  bu  ağır  əks-hücumlara 
görə uşaqların işi çox çətinləşəcək». 
Düşmənə tərəf baxdı. 
– Get, batalyonu gətir. 
Batalyonu  gətirmək  -  30-40  km.  qayıqla  gedib  quruya 
çatmaq, ondan sonra motosikletə minib qarnizona getmək, 
sonra da həmin yolu bir batalyon adamla qayıtmaq demək 
idi.  Bunun  özü  ən  azı  üç-dörd  saat  vaxt  istəyirdi.  Qəribə 
bir  hiss  məni  hacıdan  ayrılmağa  qoymurdu.  O  isə  mənə 


 
202 
baxıb  cavab  gözləyirdi.  Çarəm  yox  idi;  sağollaşıb  yola 
düşdüm. 
Tez özümü suya çatdırıb bir qayığa mindim. Ən yüksək 
sürətlə  suyu  yarıb  irəliləyirdim.  Hər  an  hadisə  baş  verə 
bilərdi,  lakin  ixtiyarım  əlimdə  deyildi.  Sanki  bütün 
vücudum o olmuşdu. Əmin idim ki, nəsə baş verəcək. Çox 
tez onun yanına qayıtmaq istəyirdim. 
Özümü estakadaya necə çatdırdığımı və bunun nə qədər 
sürdüyünü  bilmədim.  Orada  mənə  bir  motosiklet 
hazırlamışdılar.  Üstünə  atılıb  qaz  verdim.  Qarnizona 
çatanda batalyon hazır vəziyyətdə idi. Həmin yolla qayıdıb 
suyu  keçdik.  Uşaqları  sıraya  düzdüm,  magistral  yola 
doğru, oradan da dördyola yollandıq. 
Bütün  vücudumu  gərginlik  sarmışdı.  Dördyola  iki-üç 
kilometr  qalırdı.  Batalyonun  önündə  qaçırdım.  Birdən 
diviziyanın  uşaqlarından  biri  önümü  kəsdi,  düşmən 
atəşinin  gurultusu  altında  qışqırdı:  «Haraya  gedirsən, 
Əxəvan?» 
– Bu nə sualdır?! Dördyola gedirəm. 
– Olmaz! Bundan o yana getmək olmaz! 
Gözlərim az qala hədəqəsindən çıxacaqdı. 
– Niyə? 
– İrəli olmaz! Düşmən dördyolu tutub. 
–  Necə  yəni  dördyolu  tutub?!  Hacı  oradadır,  Ərfəi 
oradadır, Vəhidi oradadır. 
Başını aşağı salıb narahat halda dedi: «Hamısı getdi». 
– Necə  yəni hamısı getdi?! Əşi, zarafat eləmə, hacının 
özü dedi ki, get batalyonu gətir. 
Yarım  saat  öncə  hamısı  getdi.  Nə  qədər  israr  etdiksə, 
geri  çəkilmədilər.  Son  ana  qədər  dördyolu  saxlayıb 
müqavimət  göstərdilər.  Düşmən  çox  itki  verdi.  Onların 


 
203 
vurduqları  tanklar  hələ  də  yanır,  amma...  indiyə  ya  şəhid 
olublar, ya da əsir düşüblər. 
Özümdə deyildim. Qışqırdım. 
-  Necə  yəni  əsir  düşüblər?!  Məgər  hacı  əsir  düşən 
adamdır?! 
Bir  anlığa  qüvvəmi  toplayıb  dördyola  sarı  qaçmağa 
başladım.  Bir  neçə  metr  getməmiş  məni  arxadan  tutdu. 
Əlindən  çıxmaq  üçün  özümü  yerə-göyə  vurub  deyirdim: 
«Məni  burax.  Heç  olmasa,  cəsədini  gətirmək  lazımdır  ki. 
O, Hacı Burunsi idi, başa düşürsən, Hacı Burunsi!» 
Getməyə  qoymadı,  zorla  saxlayıb  dedi:  «Ağa  can,  heç 
bir yol yoxdur. İrəliyə getsən, özün də şəhid olacaqsan və 
belə şəhadətin heç bir faydası olmayacaq». 
Bir  neçə  dəfə  əlindən  çıxdım,  ancaq  qaça  bilmədim. 
İki-üç  nəfər  də  köməyə  gəldi  və  məni  arxaya  apardılar. 
Mən isə sanki əbədiyyətə qədər sakitləşməyəcəkdim. 
Bu əsnada Əli Qanei  oraya gəldi. Dördyoldan qayıdan 
sonuncu adam idi. Yanına qaçdım. 
– Əli, vəziyyət necədir? 
Ağır şəkildə və qəhər içində cavab verdi: «Hacı getdi». 
Səsimi qaldırdım. 
– Özün gördün? 
– Hə, özüm gördüm. 
Əmin olmalı idim. 
– Hacını necə gördün? Hansı paltarda idi? 
Yorğun  və  əsəbi  halda  dedi:  «Ağa,  özüm  gördüm, 
əynində  Sepahın  forması  vardı.  Mən  istehkamdan 
gəlirdim, iraqlılar da arxamca gəlirdilər. İstehkamdan enən 
kimi  bir  şəhidin  yerdə  qaldığını  gördüm.  Hacı  Burunsiyə 
çox oxşayırdı. Çevirəndə gördüm ki, özüdür. Vəhidi də bir 
neçə addım o tərəfdə yerə yıxılmışdı. 
Kimsə soruşdu: «Əminsən ki, şəhid olmuşdu?» 


 
204 
–  Hə,  əminəm.  Bədəninin  bütün  sol  tərəfi  raket 
qəlpələri ilə dolu idi. Əsla hərəkət etmirdi. Məlum idi ki, 
yerindəcə şəhid olub, yəni heç bir ağrı çəkməyib. 
Bəlkə də diviziyada ən mühüm vəzifə Qaneinin üzərinə 
düşmüşdü.  Sözü  sənəd  idi.  Az  sonra  bütün  diviziyaya 
qəm-kədər çökdü. 
Həyatı  kimi  şəhadəti  də  böyük  iş  gördü.  Uşaqlar 
psixoloji  sarsıntı  keçirmək  yerinə  daha  da  ruhlanıb 
deyirdilər:  «Dişimiz-dırnağımızla  olsa  belə,  bu  yolu 
qorumalıyıq!» 
Bizim  bütün  get-gəlimiz  həmin  10-15  metrlik  yoldan 
idi.  Onu  əldən  versəydik,  məğlubiyyətimiz  qaçılmaz 
olacaqdı.  Düşmən  bütün  qüvvəsini  toplayıb  bizi  suya 
tökməyə  çalışırdı.  Hücumu  hər  an  şiddətlənirdi; 
helikopterlə  vururdu,  top  və  raketlərlə  atəş  açırdı.  Bir  an 
da  dayanmadan  sağ-soldan  əks-hücuma  keçirdi.  Lakin 
uşaqlar  yolu  qorumaqda  israrlı  idilər.  Onlar  deyirdilər: 
«Bu yoldan ötrü Şəhid Burunsinin qanı tökülüb». 
Hazır  batalyonu  gətirməyin  səbəbini  onda  anladım. 
Gecəyə  qədər  bütün  əks-hücumları  dəf  etdik.  Gecə 
düşmən yorulub dayandı. 
Uşaqlarımız  sanki  yeni  cana  gəlmişdilər.  Şəhid 
Burunsinin 
və 
digərlərinin 
cəsədlərini 
gətirmək 
istəyirdilər,  lakin  komandirlər  icazə  vermədilər.  Məsələ 
böyüdü  və  diviziya  komandiri  ilə  əlaqə  yaratmalı  olduq. 
O,  dedi:  «Əsla  məsləhət  deyil.  Düşmən  indi  sizi gözləyir, 
bilir  ki,  dördyolda  bir  neçə  şəhidiniz  var.  Əgər  getsəniz, 
yalnız şəhidlərimizin sayını artırmış olacaqsınız». 
Çətin olsa da, razılaşmaqdan başqa çarəmiz yox idi. 
Ertəsi  gün  bir  neçə  əsir  tutduq.  Onları  dindirəndə 
diviziya  komandirinin  haqlı  olduğunu  bildik.  Onlar  həm 
pulemyotlarla  bizi  gözləyirdilər,  həm  də  cəsədlərin 


 
205 
ətrafına mina düzmüşdülər. Yəni minanı basdırmağa vaxt 
tapmayıb,  eləcə  yerin  üstünə  tökmüşdülər.  Allah  ona 
rəhmət  eləsin!  Dəfələrlə  deyirdi  ki,  anam  Fatimeyi-Zəhra 
(ə) kimi qəbrimin gizli qalmasını istəyirəm. 
Arzusu  həyata  keçdi.  İki-üç  aydan  sonra  müqəddəs 
Məşhəddə simvolik dəfn mərasimi keçirdik. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə