Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə71/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   67   68   69   70   71   72   73   74   ...   78
Allahdan-nur-almış-insan

Əlvida, ata! 
Əbülhəsən Burunsi 
Hər  dəfə  cəbhədən  qonşumuza  zəng  vuranda  belə 
olurdu: anamdan dəstəyi alan kimi ağlamağa başlayırdım. 
Nə edirdimsə,  özümü saxlaya bilmirdim. O, deyirdi:  «Nə 
üçün ağlayırsan, oğlum?» 
Hıçqıra-hıçqıra  deyirdim:  «Nə  bilim,  ağlamağım 
gəlir...» 
Soyuq  bir  qış  günü  idi.  Birdən  qapının  zəngi  bir  neçə 
dəfə  ardıcıl  çalındı.  Anam  yerindən  qalxdı,  başına  çadra 
atıb  həyətə  qaçdı.  Mən  də  arxasınca  getdim.  Belə  olanda 
bilirdik ki, qonşu qadındır və atam cəbhədən zəng vurub. 
Həmişəki  kimi  əvvəlcə  anam  danışmağa  başladı.  Mən 
başqa  ab-havada  idim.  Kövrəlmişdim,  amma  əvvəllər 
olduğu kimi, ağlamaq istəmirdim. 


 
198 
Anamın sözləri bitdi. Dəstəyi mənə verdi. O ana qədər 
ağlamayacağıma  əmin  deyildim,  lakin  atamın  səmimi 
salamını cavabladım, halını soruşdum və onunla danışdım. 
Anamın  təəccübləndiyi  baxışlarından  bilinirdi.  Özüm 
də  onun  kimi  təəccüb  edirdim.  İlk  dəfə  idi  atamla 
ağlamadan  danışırdım.  Atamın  sözləri  də  əvvəlkindən 
fərqli  idi.  O,  deyirdi:  «Bilirəm  ki,  artıq  Quranı 
öyrənmisən.  Dolabın  üstündəki  Quran  sənindir;  yəni 
hədiyyədir.  Orada  olsaydım,  özüm  verərdim,  indi  ki 
yoxam, özün götür və həmişə oxu». 
Bir  az  dayanıb  sözünə  davam  etdi:  «Mənim 
kitablarımdan,  moizə  kasetlərindən  və  inqilabdan  öncəki 
kasetlərdən  muğayat  ol.  Bunları  gərək  sən  qoruyasan, 
oğlum, məsuliyyəti sənin üzərinə düşür». 
Bunları  nə  üçün  dediyini  bilmirdim.  Başqa  sözlər  də 
dedi.  İndi  anlayıram  ki,  vəsiyyətini  edirmiş.  Axırda  nə 
vaxt gələcəyini soruşdum. Dedi ki, inşallah, gələrəm. 
Sağollaşıb dəstəyi anama verdim. O da mənim sualımı 
verdi: «Nə vaxt gəlirsən?» 
Atam  ona  nə  dedisə,  çox  fikrə  getdi.  Bir  az  sonra 
sağollaşdı.  Səsindən  qəm-kədər  yağırdı.  Dəstəyi  yerinə 
qoydu və biz bayıra çıxdıq. 
- Atamdan nə vaxt gələcəyini soruşanda nə dedi? 
–  Dedi  ki,  nə  üçün  hər  dəfə  zəng  vuranda  nə  vaxt 
gələcəyimi soruşursan?! Soruş ki, nə vaxt şəhid olacaqsan. 
Anam  mənim  narahat  olduğumu  görüb  birtəhər  güldü 
və dedi: «Atan zarafat edirdi, oğlum». 
Özü  də  çox  narahat  idi,  amma  mənim  bilməmi 
istəmirdi. 
Evə qayıdanda düşünürdüm ki, necə oldu bu dəfə məni 
ağlamaq tutmadı? 


 
199 
Sirrini  bir  neçə  gündən  sonra  öyrəndim.  Bədr 
əməliyyatından bir neçə gün sonra atamın şəhid olduğunu 
dedilər. O zəng son zəngi idi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə