Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə75/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   70   71   72   73   74   75   76   77   78
Allahdan-nur-almış-insan

Şəhidin duası 
Məsumə Səbukxiz 
Hüseynlə böyük qızım imtahandan kəsilib ali məktəbə 
qəbul  ola  bilmədilər.  Dost-düşmən  arasında  hərdən 
deyirdilər:  «Bunlar  şəhid  övladıdırlar,  imtiyazları  da  var, 
bununla belə, qəbul ola bilmədilər». 
Bəziləri  də  hamının  işinə  müdaxilə  etməyi  sevir,  tənə 
vurur və sözləri ilə bizi incidirdilər. 
Çox  narahat  idim.  Uşaqlar  məndən  də  çox  əziyyət 
çəkirdilər.  Çox  çalışmış,  amma  universitetə  girə 
bilməmişdilər. Növbəti ilin imtahanlarına da ümidləri yox 
idi. 
Həmin  ərəfədə  bir  cümə  axşamı  Şəhid  Burunsinin 
məzarını ziyarətə  getdim. Fatihə  oxuyub bir qədər qəbrin 
yanında  oturdum.  Onun  ruhu  ilə  dərdləşir,  yavaşca 
danışırdım. 
Gəlmək  istəyəndə  uşaqların  imtahandan  qəbul 
olmamalarından  və  bəzilərinin  vurduğu  tənələrdən 
gileyləndim. Ona dedim: «Sən Zeynəbin canı, sənin yerin 
yaxşıdır, Allahdan istə, həzrət Fatiməyə (ə) təvəssül elə ki, 
uşaqlar bu il qəbul ola bilsinlər». 
Öncəki  təcrübələrimə  əsasən,  duamın  təsirsiz 
qalmayacağına  əmin  idim.  Qəribə  idi  ki,  bir  müddətdən 
sonra  uşaqların  imtahandan  keçməyə  ümidləri  olduqca 
çoxaldı,  çox  həvəslə  və  yorulmadan  dərs  oxumağa 
başladılar. 


 
209 
Növbəti  imtahanlarda  hər  ikisi  qəbul  oldu,  özü  də 
yüksək  balla.  Həm  də  hər  ikisi  Məşhəd  universitetinə 
düşdülər. 
Bunu yalnız şəhid duasının nəticəsi hesab edirəm. 


 
210 
 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə