Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə60/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   56   57   58   59   60   61   62   63   ...   78
Allahdan-nur-almış-insan


partladılar. 
Digər  helikopterlər  təpəyə  maksimum  yaxınlaşdılar. 
Sanki  Səddamın  özü  tərəfindən  Polkovnik  Casimi  xilas 
etmək  əmri  almışdılar.  Lakin  bacarmadılar.  Biz  təpənin 
başına  yaxınlaşırdıq.  Atəşimiz  güclənəndə  onlar  qaçmağa 
üz qoydular. 
Uşaqlar  böyük  sevinclə  addım  atır,  daş-qayaların 
birindən  o  birinə  hoppanırdılar.  Kəlləqəndi  təpəsinə 
ayağını  qoyan  ilk  adam  Əbdülhüseynin  özü  oldu.    O, 
İslam Respublikasının bayrağını təpəyə sancdı, Polkovnik 
Casimi də özü əsir tutdu və tapançasını aldı.  
Casim  bizim  ən  yaxşı  və  ən  ixlaslı  döyüşçülərimizin 
şəhadətinə səbəb olmuşdu. Onların hər biri Əbdülhüseynə 
övlad  kimi  əziz  idilər,  özü  onların  yetişməsi  üçün  çox 
əziyyət çəkmişdi. 
Hacı  Casimi  əsir  tutanda  uşaqların  bir  neçəsi  ona 
hücum  etdi.  Lakin  Əbdülhüseyn  çox  qətiyyətlə  onların 
önündə  dayandı  və  narahatlıqla  dedi:  «Bizim  buna 
ixtiyarımız çatmır». 
Uşaqlar daha narahat halda dedilər: «O, quduz itdən də 
pisdir, elə indicə qisas almaq lazımdır». 
Əbdülhüseyn  dedi:  «Əgər  qisas  alınacaqsa  da,  bunu 
yuxarıdan təyin etməlidirlər, mən və siz yox». 


 
148 
Uşaqların  heyrətli  baxışları  önündə  özü  Casimi 
arxadakılara  təhvil  verməyə  apardı.  Deyirdi  ki,  qorxuram 
onu öldürərlər. 
Buna  baxmayaraq,  bu  işi  axıra  çatdıra  bilmədi.  Bir 
qədər gedəndən sonra uşaqların biri fürsətdən istifadə edib 
süngünü dəstəyinə qədər Casimin qarnına sancdı. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə