Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə59/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   55   56   57   58   59   60   61   62   ...   78
Allahdan-nur-almış-insan

İlk adam 
Məhəmməd Həsən Şəbani 
Kəlləqəndi 
bölgənin 
ən 
həssas 
və 
həyati 
yüksəkliklərindən  idi.  Düşmən  oradan  bizim  yol  və 
mövqelərimizə  nəzarət  edir,  həmişə  problem  yaradırdı. 
Mehranın  azadlığı  üçün  keçirilən  əməliyyatda  da  bu 
problem çox əngəl törətdi. 
Yadımdadır,  əməliyyatın  yeddinci  günündə  nəzərdə 
tutulan bölgələrin çoxu azad edilmişdi. Hətta S və At nalı 
yüksəklikləri  də  bizdə  idi.  Bütün  bunlara  baxmayaraq, 
Kəlləqəndi düşmənin əlində qalsaydı, əməliyyatın nəticəsi 
sıfra  bərabər  olacaqdı.  Əməliyyatın  uğuru  o  yüksəkliyin 
azad edilməsinə bağlı idi. 
Düşmən  bütün  gücünü  səfərbər  edib  oranı  qorumağa 
çalışırdı.  Bir  neçə  dəfə  sınadıq,  Kəlləqəndi  bizim 
gəlişimizi səbirsizliklə gözləyirdi! 
Əməliyyatın  yeddinci  günü  Əbdülhüseyn  yenə 
çökəkliyə  gəldi,  xüsusi  təyinatlılardan  ibarət  Bilal 
batalyonuna getdi. Qulami, Əsgəri, Mirani Müqəddəm  və 
başqa  bir  neçə  iri  bədənli  və  qorxmaz  RPG  atanlardan 


 
146 
götürüb  təkidlə  dedi:  «Kəlləqəndi  bu  gün  azad 
olunmalıdır!» 
Yanılmasam,  günortaya  iki-üç  saat  qalmış  hücuma 
başladı. Əbdülhüseyn həmin RPG atanlarla birgə qabaqda 
getdi, xüsusi təyinatlı batalyon da onların arxasınca. 
Polkovnik  Casim  təpənin  başında  ilan  vurmuş  adam 
kimi  qıvrılırdı.  O,  Səddam  Hüseynin  kürəkəni  və  xalası 
oğlu idi, Bəəs-çilərdən ibarət çoxlu qüvvə ilə təpəni bərk-
bərk  tutmuşdu.  Onun  əmri  ilə  açılan  amansız  atəş 
nəticəsində uşaqlar dayandılar və daha irəliləyə bilmədilər. 
Əbdülhüseyn  və  digərləri  daşların  arxasında  və  kələ-
kötürün  arasında  qalmışdılar.  Lakin  heç  birinin  qayıtmaq 
fikri yox idi. 
Düşmən  tərəfdən  güclü  atəş  açılırdı.  Birdən  bir  neçə 
helikopter  göründü.  Şübhə  etmirdik  ki,  onlara  ərzaq  və 
silah  gətirmişlər.  Uşaqlar  aşağıdan  və  yandakı  təpələrdən 
atəş yağdırmağa başladılar. Bir az sonra helikopterlər kor-
peşman geri döndülər. 
Bizim  üçün  yaxşı  fürsət  yarandı.  Əbdülhüseyn  nərə 
çəkdi: «Allahu-Əkbər!» 
Təkbir  deyən  kimi  tez  ayağa  qalxıb  irəli  qaçmağa 
başladı.  Uşaqlar  da  ona  baxıb  yenidən  hücuma  keçdilər. 
Çox keçmədən üstünlük bizə keçdi. 
Polkovnik 
Casim 
və  adamları  pis  vəziyyətdə 
sıxışmışdılar.  Artıq  bir  neçə  tərəfdən  başlarına  atəş 
yağdırırdıq.  Son  nəfəslərini  çəkdikləri  bəlli  idi.  Atəşləri 
hər an səngiyirdi. 
Yavaş-yavaş vəziyyət elə dəyişdi ki, onlar üçün yalnız 
iki yol qaldı: ya təslim olmaq, ya da özlərini öldürmək. 
Bu  əsnada  yenidən  düşmən  helikopterləri  peyda  oldu. 
Bu  dəfə  sayları  çox  idi  və  manevr  tərzlərindən  ərzaq  və 


 
147 
silahdan daha mühüm iş üçün gəldikləri bilinirdi. Özlərini 
riskə atıb təpənin üstünə qədər gəldilər. 
Əbdülhüseyn  məsələnin  nə  yerdə  olduğunu  bilib 
qışqırdı:  «Komandirləri  Casimi  aparmağa  gəlmişlər.  Onu 
xilas etmək istəyirlər. Aman verməyin!» 
Özü  cəld  helikopterlərə  sarı  bir  RPG  raketi  yolladı, 
uşaqlar da atəşi gücləndirdilər. Kimdə hansı silah vardısa, 
onunla  atəş  açırdı.  RPG  raketləri  isə  dayanmaq  bilmirdi. 
Helikopterlərin  ikisini  vurduq.  Gurultu  ilə  daşlara  dəyib 
Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə