Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə61/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   57   58   59   60   61   62   63   64   ...   78
Allahdan-nur-almış-insan

Sonuncu adam 
Məhəmməd Həsən Şəbani 
Xeybər  əməliyyatından  öncə  mühüm  iclas  keçirdilər. 
Yüksək  rütbəli  zabitlərin  hamısı  gəlmişdi.  Yadımdadır, 
biri  xəritə  üzərində  əməliyyatın  mühüm  istiqamətləri 
haqda  danışıb  komandirlərin  hər  birinin  tapşırığını  izah 
edirdi. 
Növbə  Əbdülhüseynə  çatdı.  Sakit  oturub  komandiri 
dinləyirdi.  Əbdülhüseynin  tapşırığı  mühüm  və  həssas 
olduğundan  komandirin  sözləri  də  uzandı.  Birdən 
Əbdülhüseyn ayağa qalxıb onun sözünü kəsdi. 
– Qardaş, bu sözlər bizim işimizə yaramaz. 
Gözlərim  bərəldi.  Hamı  mat-məəttəl  ona  baxırdı.  Elə 
mühüm  bir  iclasda  hər  bir  söz  gözləyirdik,  bircə  bundan 
başqa.  Əbdülhüseyn  xəritələri  göstərib  dedi:  «Bunlar 
Burunsinin heç bir dərdinə dərman etməz». 
Komandir ciddi tərzdə dedi: «Necə yəni?! Məqsədinizi 
anlamıram». 
Əbdülhüseyn  gülümsəyib dedi:  «Üzr istəyirəm,  demək 
istəyirəm  ki,  siz  mənə  haranı  almalı  olduğumu  deyin, 
bölgəni təyin edin, qayıqla və ya başqa bir vasitə ilə məni 
aparıb mövqeləri göstərin». 
Ortaya  sükut  çökdü.  Həmin  komandir  də  heç  nə 
demədi, lakin narahat olduğu bilinirdi. Əbdülhüseyn yenə 
sözə başladı: «Biz gərək yerdə işləyək, əməliyyatın yerinə 


 
149 
ətimizlə, dərimizlə toxunaq. Sizin xəritə üzərindən «Bəsrə 
yolunun arxasına keçib orda filan işi gör, sonra da oradan 
filan  yerə  get»  deməyiniz  işə  yaramır.  Gərək  yeri  əyani 
şəkildə göstərəsiz». 
Həmin  gün  narahatlıq  yaransa  da,  nəhayət, 
Əbdülhüseyn sözünü qəbul etdirə bildi. Qərara gəldilər ki, 
həm  mövqeyi  yaxından  göstərsinlər,  həm  də  onun 
ixtiyarına üç batalyon versinlər. 
 
*** 
 
Komandirlərin fikrincə, həmin əməliyyatda o, hamıdan 
uğurlu çıxış etdi, özü də böyük rəşadət göstərdi. Uşaqlarla 
yan-yana  gedirdi;  bəzən  əlində  kalaşnikov  avtomatı 
olurdu, bəzən pulemyot, bəzən də RPG. 
Düşmənin  iri  cüssəli  xüsusi  təyinatlıları  heç  vaxt 
yadımdan  çıxmaz.  Düşmənin  bizim  qüvvələrimiz  önündə 
son səddi idi. Birdən çəyirtkə kimi tökülüşdülər. Ən kiçik 
silahları pulemyot idi. Bəziləri 60 raketini iki-üç aylıq bir 
uşaq  kimi  qucaqlarında  tutmuşdular.  Biri  raketi  tuturdu, 
biri də o vəziyyətdə atırdı. 
Onları görəndən sonra Əbdülhüseyndə ilahi qüvvə cuşa 
gəldi,  daha  güclü  atəş  açmağa  başladı.  Uşaqlar  da  ondan 
ilham  alıb  daha  qızğın  döyüşürdülər.  Sonda  xüsusi 
təyinatlıların öhdəsindən gəldik. Onlar ya cəhənnəmə vasil 
oldular, ya da qaçmağa üz qoydular. 
Həmin  əməliyyatda  gözlədiyimizdən  də  çox  irəlilədik. 
Buna  görə,  sağ  və  sol  cinahlarımızdan  önə  keçdik. 
Mövqelərimizi  bərkitmək  istəyərkən  geri  çəkilmək  əmri 
verildi.  Digər  qüvvələrdən  önə  keçmişdik  və  hər  an 
qayçılanma  təhlükəsi  vardı.  Əbdülhüseyn  tez  işə  başladı. 
O  şəraitdə  geri  çəkilməyin  özü  də  bir  müsibətdir.  Bütün 


 
150 
əziyyət  onun  boynuna  düşürdü.  Çox  zəhmətlə  canlı 
qüvvəni toplayıb geri göndərdi. 
Yaxşı  yadımdadır,  geriyə  çəkilən  sonuncu  adam  özü 
idi. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə