Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə56/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   52   53   54   55   56   57   58   59   ...   78
Allahdan-nur-almış-insan

Bir 
təvəssül 
Seyid Həsən Mürtəzəvi 
Əməliyyatların  qaydası  belə  idi  ki,  komandirlər  bütün 
əməliyyat  bölgəsinə  dair  məlumatlandırılmalı  idilər. 
Vəlfəcr-3 əməliyyatının yeri dağlıq və kələ-kötür idi. 
Əməliyyata bir gecə qalmış diviziya komandiri və digər 
zabitlər  nəzarət  postuna  gəlməli  idilər  və  bütün 
koordinasiyalar yoxlanıb bitməli idi. 
Hamısı gələnə qədər bir neçə dəqiqə çəkdi. Burunsinin 
sevimli  və  səmimi  üzü  də  onların  arasında  göründü.  Bir 
qədər  Quran  oxunandan  sonra  diviziya  komandiri 
danışmağa 
başladı. 
Uşaqları 
bir-bir 
əməliyyatın 
problemlərindən  xəbərdar  edirdi.  Üzündən  və  səsindən 
çox  narahat  olduğu  bilinirdi.  Narahatlığa  səbəb  də  vardı; 
əməliyyatın  yeri  çox  mürəkkəb  idi,  komandirlərin  yolu 
itirib  vəzifələrinin  öhdəsindən  gələ  bilməmələri  ehtimal 
olunurdu. 
Xəritəni  yerə  sərəndə  diviziya  komandirinin  və  digər 
uşaqların  narahatlığı  daha  da  artdı.  Diviziya  komandiri 
kompas  və  xəritədən  danışırdı.  Bizim  yalnız  bir  gecə 
vaxtımız  vardı.  Belə  qısa  müddətdə  və  həssas  şəraitdə 
qərar vermək diviziya komandiri üçün həqiqətən, çətin idi. 
Əbdülhüseyn isə hamıdan sakit görünürdü. Komandirin 
sözləri  bitdi.  Görkəmindən  hələ  də  narahat  olduğu 
sezilirdi.  Əbdülhüseyn  üzünü  ona  tutub  gülümsədi, 
yavaşca dedi: «Ağa Mürtəza!» 
– Can. 
– İcazə verirsən bir məsələni nəzərinizə çatdırım? 
– Rica edirəm, hacı, buyur. 
Əbdülhüseyn bir qədər önə çıxdı və çox soyuqqanlılıqla 
danışmağa başladı: «Sabah gecə yolu tapmaq üçün mənim 
xəritəyə və kompasa ehtiyacım yoxdur». 


 
142 
Hamı təəccüb etdi. 
–  İnşallah,  bütün  bölgəni  düşməndən  almaq  yalnız  bir 
«ya Allah» və bir «ya Zəhra» demək qədər işdir. 
«Qəlbdən  çıxan  söz  qəlbə  oturar»  məsəlini  çox 
eşitmişdim, orada isə öz gözlərimlə gördüm. Əbdülhüseyn 
elə arxayın danışdı ki, uşaqlara xüsusi rahatlıq verdi. Yerin 
mürəkkəbliyi  və  digər  problemlər  təxminən  həll  oldu. 
Ondan  sonra  uşaqlar  daha  artıq  ümidlə  qələbədən 
danışmağa başladılar. 
Əməliyyat gecəsi Hacı Əbdülhüseyn hamıdan tez və ən 
az  tələfatla  mövqeyi  ələ  keçirə  bildi.  Halbuki  onun 
əməliyyat zonası daha mürəkkəb yer idi. 
Özünün dediyi kimi, bir təvəssülə ehtiyac vardı. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə