Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə54/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   50   51   52   53   54   55   56   57   ...   78
Allahdan-nur-almış-insan

«
Həft dəhanə» körpüsü 
Maşallah Şahmuradi 
Uşaqların  biri  yaralanıb  istehkamın  arxasında,  30-40 
metr kənarda qalmışdı. İki-üç dəfə güclə ayağa qalxıb bir-
iki addım atdı, sonra isə daha qalxa bilmədi. 
Pis  mövqedə,  düşmənin  gözləri  önündə  idi  və  düşmən 
də  vəhşicəsinə  atəş  açırdı.  Uşaqların  biri  cəld  onu 
gətirməyə getdi. Biz istehkamın üstündən düşmənə doğru 
güclü atəş açırdıq. 
İraqlılar  istehkamın  arxasına  su  buraxmışdılar  və  ora 
bataqlığa  bənzəyirdi.  Çox  çevik  halda  oradan  keçmək 
lazım idi. Lakin necə oldusa, o elə əvvəldə palçığa batdı. 
Bir az sonra özünü güclə xilas edə bildi. 
Çox  ağır  anlar  idi.  Bir  yoldaşımız  gözlərimiz  önündə 
can verirdi və biz heç bir iş görə bilmirdik. Uşaqların iki-
üçü  də  özlərini  güllənin  altına  atdı, amma  onlar  da  əliboş 
döndülər. 


 
128 
Dayanıb  baxmağa  ürəyim  dözmədi,  dedim  ki,  bu  dəfə 
mən gedəcəyəm. 
Dedilər  ki,  əvvəla,  boyun  qısadır,  ikincisi  də  bu  işdə 
peşəkar deyilsən. 
Dedim ki, işiniz olmasın, özüm həll edəcəyəm. 
Müzakirəyə  macal  verməyib  tez  raketçilərin  səngərinə 
keçdim.  İstehkamın  arxasında  bir  yeri  göstərib  dedim  ki, 
oraya bir qaz bombası atın. 
Fikrimi  oxuyub  dedilər:  «İşinə  söz  ola  bilməz!  Belə 
olduqda  düşmən  önünü  görməyəcək,  amma  gərək 
palçıqdan ehtiyatlı olasan». 
– Allaha təvəkkül! Gedirəm, inşallah, gətirərəm. 
Dediyim  yerə  tez  bir  bomba  atdılar,  tüstü  qalxan  kimi 
istehkamdan çıxıb birtəhər özümü yaralıya çatdırdım. Ah-
ufuna fikir vermədən tez qaldırıb çiynimə atdım. 
O,  bədəndən  iri  idi,  mənimsə  nə  iri  bədənim  vardı,  nə 
də  yuxarı  yaşım.  Onu  daşımaq  çox  çətin  idi.  Düşmən 
önünü görməsə də, hələ ora atəş açırdı. 
Onu  istehkamın  yaxınlığına  qədər  gətirdim.  Palçıqdan 
daha  gedə  bilmədim.  Qaz  bombasının  tüstüsü  də  məni 
boğurdu.  Axırda  bir  raketin  zərbə  dalğası  məni  kənara 
tulladı. 
Huşumu  itirdim  və  o  qədər  palçığın  içində  tərpənə 
bilmədim. Yalnız bunu hiss etdim ki, kimsə gəlib birinci o 
yaralını  apardı  və  tez  dönüb  məni  də  xilas  etdi. 
Qüvvəsindən  və  iş  tərzindən  təcrübəli  döyüşçülərdən 
olduğu  bilinirdi.  İstehkamın  o  tərəfində  də  uşaqları 
danlayıb  deyirdi  ki,  nə  üçün  bu  kiçik  cüssəsi  ilə  onu 
getməyə qoydunuz?! 
Onlar  deyirdilər:  «Özü  getdi,  ağa  Burunsi,  nə  qədər 
dediksə, qulaq asmadı». 


 
129 
Burunsinin  adını  eşidən  kimi  mənə  yeni  can  gəldi. 
Abdullah  batalyonunun  komandiri  olduğunu  bilirdim, 
amma  o  vaxta  qədər  onu  görməmişdim.  Gözlərimi  açıb 
dumanlı  şəkildə  onun  günəşdən  yanmış  mehriban  üzünü 
gördüm. Gözəl təbəssümü mənə xüsusi rahatlıq verdi. 
Özü məni bir maşına mindirdi. Çantamı da gətirdi və məni 
uşaqlara tapşırıb dedi: «Ehtiyatlı olun ki, maşında əziyyət 
çəkməsin». 
Zarıya-zarıya  birindən  soruşdum  ki,  məni  haraya 
aparırlar? 
–  Arxadakı  poliklinikaya.  Oranın  avadanlıqları 
yaxşıdır. 
 
*** 
 
Baxtərana  getməli  idim,  amma  yolu  tanımırdım. 
Məqsədsiz adamlar kimi yola düşüb getməyə başladım. 
Bir  motosikletin  səsini  eşidəndə  sanki  dünyanı  mənə 
verdilər.  Dönüb  arxama  baxdım.  Məndən  200-300  metr 
aralıda  idi,  sürətlə  yaxınlaşırdı.  Allaha  yalvarırdım  ki, 
motosikleti  saxlasın.  Öz-özümə  dedim  ki,  yolumuz  eyni 
olsaydı, nə yaxşı olardı! 
Bir  neçə  addımlığıma  çatanda  sürətini  azaltdı  və  düz 
yanımda  dayandı.  Gözlədiyimin  əksinə  olaraq,  mənimlə 
çox  səmimi  salamlaşıb  hal-əhval  tutdu.  İxlaslı  və 
mənəviyyatlı  döyüşçülərdən  olduğu  bilinirdi.  Soruşdu  ki, 
hara gedirsən, qardaş? 
– İcazənizlə Baxtərana gedirəm, amma yolu tanımıram. 
Gülümsəyib motosikletin tərkini göstərdi. 
– Min. 
Sevincək  tez  mindim.  Qaz  verdi  və  yola  düşdük.  Səsi 
və  üzü  mənə  tanış  gəlirdi,  lakin  nə  qədər  fikirləşdimsə, 


 
130 
xatırlamadım.  Bir  neçə  dəfə  özündən  soruşmaq  istədim, 
amma  utandım.  Axırda  özü  söhbəti  açdı.  Məni  adımla 
çağırıb  dedi:  «Sənin  o  qəhrəmanlığını  bir  neçə  yerdə 
danışmışam». 
Həm 
adımı 
eşidib 
təəccübləndim, 
həm 
də 
«qəhrəmanlıq» sözünü. 
– Bağışlayın, hansı qəhrəmanlıq? 
Güldü. 
– Bildim ki, məni tanımadın. 
Sanki dilim açıldı. 
– Doğrusu, mənə çox tanış gəlirsiz, amma yadıma sala 
bilmədim. 
–  İstehkamın  arxası  yadındadır?!  Yaralını  gətirməyin, 
qaz  bombası...  Yadıma  düşdü  və  hansı  şərəfə  nail 
olduğumu  bildim.  Az  qaldı  sevincimdən  uçum.  İnana 
bilmirdim  ki,  mənim  həmsöhbətim  və  yol  yoldaşım 
Abdullah  batalyonunun  komandiridir;  hansı  ki,  bu 
batalyonun adını eşidəndə düşmənin canına lərzə düşür.  
Məzlum  və  təvazökar  siması  ilə  adamın  ürəyində  yer 
açırdı.  Həmin  gün  məni  «Həft  dəhanə»  körpüsünün 
yaxınlığına qədər apardı və oradan da yolu dəqiq göstərdi. 
Ürəyim istəməsə də, ondan ayrılmağa məcbur oldum. 
Yadımdadır,  ona  o  qədər  bağlandım  ki,  ilk  fürsətdə 
Abdullah  batalyonuna  getdim.  Ora-bura  qaçandan  və  min 
qapını  döyəndən  sonra  işləri  düzəldib  xidmətimi  orada 
davam etdirdim. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə