Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə41/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   37   38   39   40   41   42   43   44   ...   78
Allahdan-nur-almış-insan

Mənim ailəmin payı 
Məsumə Səbukxiz 
Bir gün iki döyüş yoldaşı ilə gəldi. O zaman hələ hövzə 
tələbələri küçəsində qalırdıq. Ev balaca və çox isti olurdu. 
Yayda adamın üz-başından su axırdı. 
Mətbəxə  keçib  onlar  üçün  buzlu  su  hazırladım.  Bu 
zaman dostlarının biri dözmədi. 
– Bağışlayın, hacı ağa. 
Əbdülhüseyn üzünü ona çevirdi. 
–  Demək  istəyirdim  ki,  siz  kondisioneri  o  Allah 
bəndəsinə verdiniz, amma öz evinizə daha vacib idi. 
O birisi də onun sözünü təsdiqlədi. 
– Bəli, ağa, sizin uşaqlarınız burada istidən çox əziyyət 
çəkirlər. 
Söhbət  marağımı  çəkdi,  düşündüm  ki,  demək  bizim 
ərimiz kondisioner də paylayırmış. 
Əbdülhüseynin nə deyəcəyini gözləyirdim. Güldü. 
– Ciddi deyirəm, hacı ağa. 
Yenə güldü. 
-  Zarafat  eləmə.  İndi  bizim  xanım  elə  biləcək  ki, 
dünyanın bütün kondisionerlərini mən paylayıram. 
Əbdülhüseynin  bu  mövzuda  söhbəti  sevmədiyini 
anlayıb  daha  bir  söz  demədilər.  Mən  də  kondisioner 
xəyalımı  başımdan  çıxardım.  Bilirdim  ki,  görməli 
olmadığı işi görməz. 
O,  şəhid  olandan  sonra  həmin  dostu  deyirdi:  «Həmin 
gün  siz  otaqdan  çıxanda  hacı  ağa  dedi:  «Düzgündür  ki, 
şəhid  vermiş  ailə,  ürəyi  dağlı  şəhid  anası  istidə  qalsın, 
mənim  uşaqlarım  isə  kondisionerin  altında?!  Kondisioner 
şəhid  anasınındır,  mənim  ailəm  istiyə  dözə  bilər.  Bundan 
əlavə,  mənim  ailəm  inqilaba  nə  xidmət  edib  ki, 
beytülmaldan kondisioner də alsın?!» 


 
109 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə