Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə23/78
tarix22.01.2022
ölçüsü1,76 Mb.
#83040
1   ...   19   20   21   22   23   24   25   26   ...   78
Allahdan-nur-almış-insan

İlahi nüsxə 
Məcid Əxəvan 
Qasim  batalyonun  yaxşı  və  əxlaqlı  uşaqlarından  idi.  O 
zaman  Hacı  Burunsi  batalyonun  komandiri  idi,  Qasim  də 
onun köməkçisi. 
Bir  gün  hacının  yanına  gəlib  müqəddiməsiz-filansız 
dedi: «Mən daha işləmək istəmirəm». 
Hacı  səbəbini  soruşanda  oturub  başını  yellədi.  Qəhər 
içində  və  narahatlıqla  dedi:  «Beynim  o  qədər  məşğuldur 
ki,  işimə  mane  olur.  Qorxuram  ki,  lazımınca  işləyə 
bilməyəm. Amma mənə acığın tutmasın, hacı». 
Bəlkə  də  təkcə  hacı  ilə  mən  onun  ailəsindəki  böyük 
problemlərdən  xəbərdar  idik.  Yenə  danışmağa  başladı. 
Ürəyi dərdli idi. Hacı çox diqqətlə onu dinləyirdi. 


 
65 
Cəbhədə  belə  nümunələr  çox  idi.  Hacı  Burunsi  bir  ata 
kimi idi. Hətta yaşda hacıdan böyük olan Bəsic üzvləri də 
onun  yanına  gəlib  problemlərini  danışırdılar.  Hacı  da 
əlindən  gələn  köməyi  əsirgəmirdi.  Bəzi  dövlət  məmurları 
cəbhəyə  baş  çəkməyə  gələndə  onların  problemlərini 
danışırdı. 
Qasimin  sözləri  bitəndən  sonra  hacı  Quran  ayələri  və 
hədislərdən istifadə edib ona bir neçə çıxış yolu göstərdi. 
Belə  məqamlarda  həmişə  deyərdi:  «Əvvəla,  mən  kiməm 
ki, sizə yol göstərəm. İkincisi də mənim savadım yoxdur». 
Göstərdiyi  yollar  həmişə  Qurandan,  Nəhcül-bəlağədən 
və  hədislərdən  idi.  Həmin  gün  də  söhbəti  bitəndə  Qasim 
çox rahatlaşdı, gül açmış qönçə kimi yanımızdan getdi. 
Ertəsi  gün  hacı  batalyonun  səhər  düzülüşündə  çıxış 
etdi,  söhbətində  o  məsələyə  də  işarə  vurdu.  Qasimi 
tərifləyib  kinayə  ilə  dedi:  «Bəziləri  ondan  öyrənsinlər. 
Çətinliyi  olan  kimi  gəlib  demir  ki,  məni  tərxis  et, 
çətinliyinin işinə mane olmasından qorxur». 
Ondan  sonra  Qasim  bir  neçə  dəfə  də  hacı  ilə 
dərdləşməyə  gəldi.  Hər  dəfəsində  də  yeni  bir  nüsxə  alıb 
gedirdi. 
Qasim  şəhid  olanda  Məşhəddə  ailəsinə  baş  çəkməyə 
getdik.  Atası,  anası,  qardaşı  və  həyat  yoldaşı  həmin  evdə 
yaşayırdılar.  Qasimin  əxlaqından  söz  düşəndə  yoldaşı 
dedi:  «Mənim  Qasimin  anası  ilə  çox  problemim  vardı, 
lakin  son  zamanlar  məzuniyyətə  gələndə  danışdığı  sözlər 
bütün çətinliklərimizi həll etdi». 
Onu  diqqətlə  dinləyirdim.  O  dedi:  «Qasim  belə  sözlər 
bilmirdi,  onun  belə  hünəri  yox  idi.  Olsaydı,  öncədən 
problemlərimizi  həll  edərdi.  Hər  halda,  cəbhədə  ona  nə 
öyrətdiklərini  bilmirəm,  ancaq  onu  bilirəm  ki,  cəbhəni 


 
66 
haqlı  olaraq,  universitet  adlandırırlar.  Həqiqətən,  belədir. 
Mən bunun canlı şahidiyəm». 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə