1
DİSSERTASİYASININ İŞLƏNMƏSİ TEXNOLOGİYASI ÜZRƏ
TÖVSİYYƏLƏR
Dos.Verdiyeva Mirvari
Dissertasiya işinin tədqiqinə, təhsilə (və ya dövlət sənədləri) aid sənədlərin
araşdırılması ilə başlanmalıdır. Bu araşdırma imkan verir ki, tədqiqatçı seçdiyi mövzunun
nə dərəcədə
aktual
olduğunu dərk etsin. Çünki sənədlərin araşdırılması təhsilin qarşısında
qoyulmuş müasir tələbləri öyrənmək üçün tədqiqatçıya situmul verəcəkdir. Təhsilin
təşkili, məzmunu, forması, iş prinsipləri, yeni yanaşmalara aid bilikləri mənimsəyən
tədqiqatçıya inkan verəcək ki, təhsil prosesində mövzusuna uyğun problemi asanlıqla
“görə” bilsin və onun aradan qaldırılmasının yollarını axtarmağa cəhd etsin. Nəticədə,
tədqiqatçı yeni ideya və fikirlər düşünüb tapır, səmərəli metodlar üzərində çalışır,
problemin həlli yollarını müəyyənləşdirir. İşin sonunda mövzusunun nə dərəcədə aktual
olduğunu və araşdırmasının müasir tələblər nöqteyi-nəzərindən qarşıya çıxan problemin
həllinə yönəldiyini əsaslandırmağı bacarır.
Mövzusunun aktuallığını mövcud tələblər nöqteyi-nəzərindən əsaslandırdıqdan
sonra, tədqiqatçı tədqiq edəcəyi obyekti və predmeti müəyyənləşdirməyi hədəf seçməlidir.
Tədqiq edəcəyi obyekti və predmeti müəyyən etmədən tədqiqatın ardıcıllığına-alqoritminə
əməl edə bilməz. Ona görə də tədqiqatçı obyektini və predmetini təyin etməlidir.
Obyekt
yalnız konkret elm üçün səciyyəvi olub, həmin elmə məxsus nəzəriyyə ilə ona xas olan
nöqteyi-nəzərindən araşdırılan konkret istinad sahəsidir.
Predmet
isə konkret elm
tərəfindən öyrənilən, dəqiq sərhədlərə malik olan obyektdir. Bu səbəbdən tədqiqatçı tədqiq
edəcəyi obyekti və predmeti yüksək dərəcədə dəqiqliklə təyin etməyi bacarmalıdır. Belə
ki, təhsilin keyfiyyətinin yüksəlməsinə mane olan problem araşdırılmağa eytiyacı olan
konkret obyekt, mövcud problemin yaratdığı və şəxsiyyətin formalaşmasına mane olan
amillər isə tədqiqatın predmeti olacaqdır. Tədqiqatçı da asanlıqla seçdiyi mövzu üzrə
araşdırmalı olduğu konkret obyekti və predmeti çətinlik çəkmədən müəyyən etməyi
bacaracaqdır.
2
Tədqiq edəcəyi konkret obyektini və predmetini müəyyən edən tədqiqatçı qarşısına
hansı məqsədi qoymalı olduğunu təyin edəcəkdir. Çünki, obyekt və predmetin müəyyən
edilməsi özlüyündə hansı məqsədə nail olunacağını düşünməyə imkan verir. Tədqiqatçı
araşdırma aparmaqla nəyə nail olmağa can atdığını daha aydın dərk edir və