yanaşma tərzini, araşdırma istiqamətlərini, fərziyyələrini, problemin həlli yollarını nəzərə
4
aid sənədləri, arxiv materiallarını, elmi ədəbiyyatı araşdırmadan, problemə yanaşma
tərzini müəyyən edib, səbəblərini aşkara çıxara bilməz. İnformasiya mənbələri üzərində
tədqiqatın başlanmasının əsas məqsədi ondan ibarətdir ki, tədqiqatın obyekti barədə
mövcud olan elmi məlumatı mənimsəsin. Burada obyekt haqqında müxtəlif mənbələrdə
müxtəlif informasiyalar mövcud ola bilər. Tədqiqatçı informasiya mənbələrinə müraciət
edərkən əsas işi, məlumatla tanış olmaq deyil, eyni zamanda əldə etdiyi məlumatın lazım
olan qiymətli faktlarını seçib qeyd etməkdən ibarətdir. İnformasiyaları əldə etdikdən sonra
tədqiqatçının növbəti işi
faktiki məlumatları təhlil etməkdir. Ola bilər ki, müxtəlif
mənbələrdə obyekt haqqında müxtəlif fikirlər olsun. Bu olduqca təbii haldır. Çünki fakt
müəlliflərinin bilik səviyyəsi, yaşadığı tarixi şərait, düşüncə tərzi, obyektə yanaşma tərzi,
sosial-iqtisadi rejim, obyektin inkişaf və ya yerləşmə şəraiti müxtəlif olur. Bu səbəbdən də
eyni obyekt haqqında fərqli fikirlər meydana çıxır. Tədqiqatçının məharəti ondan ibarətdir
ki, obyektə kompleks yanaşmaqla, faktiki materialların da kompleks təhlilini aparmağı
bacarsın və müasir şəraitə uyğun, tələblər baxımından öz sözünü deməyi bacarsın.
Problemi öyrənmək və həlli yollarını müəyyən etmək üçün tədqiqatçı mütləq
müşahidə metodunu tətbiq etməlidir. Çünki prosesi müşahidə etmədən, qarşıya çıxan
problemin yaranma səbəblərini dəqiq təyin etmək olmaz.
Dostları ilə paylaş: