40
onlardan təkrar bəhrələnmiĢlər. Buradan gedən boylarda əski yurdda
cəhət bildirən rənglər
sistemi azacıq dəyiĢsə də,
ilkin məna tutumu çox
pozulmamıĢdır.
83
Belə
ki,
Azərbaycanda
coğrafi durumla bağlı güneyli boya qızıl,
qızılanlı, orta və batılı boya sarı, sarıcalı, ağca, ağ xəzər, quzeyli boya
qaralı, qara xəzər
deyildiyi
kimi,
ağ
qıpçaq-qara
qıpçaq,
ağ
tatar-qara
tatar,
ağ
hun-qara hun, ağ
noqay-qara
noqay, ağ
mañğıt-qara
mañğıt bölgüləri
rəng-cəhət gələnəyinin türk toplumu içində davam etdiyini göstərir.
84
Əlavə
cəhət
anlamı
daĢıyan yön bildirən sözlər sırasında arxa
(batı)
diqqəti
çəkir.Vaxtilə doğuya gedən boyların dilində Qıpçaq çölünün bir
hissəsini bildirən toponimə çevrilmiĢ Arka və Arka-yurd etnonim kimi də
iĢlənir: arka qırğız, arka qazax. Arka eli dağlı (taw
eli), aranlı (oy
eli),
güneyli
(oñ
arka)
və quzeyli (sol
arka) bölgülərinə ayrılır.
85
Saqa (skit)
boylarından danıĢan Herodot yazır ki, bunların batıda yaĢayanları
Άρταίη
Σκσθίη
(Arxa skitləri
)
adlanır.
86
Göründüyü kimi, hələ m.ö. V əsrdə yön bildirən arxa sözü «batı»
anlamında iĢlənirdi.Sonralar qazax,
qırğız,
özbək boyları
içində arxa
boyu, yəni batı türkləri fərqləndirilir. Bu baxımdan, Göy-türk dövlətini
quranlar da doğu türkləri kimi təsnif oluna bilər. Qədim türk boylarının
batı-doğu bölgüsünün əsasını keçmiĢ demoqrafik amillər təĢkil edirsə,
həmin bölgünün sonrakı anlamı dil faktorunu ön plana çəkir: batı türk
dilləri və doğu türk
dilləri
bölgüsü oğuz-qıpçaq bölgüsündən daha uy-
ğundur, çünki bu son bölgünün sınırları sonrakı miqrasiyalarda qaynayıb
qarıĢmıĢ dillərdə çətin ayrılır.
Qədim coğrafi durumdan danıĢarkən,
dilimizdə
yol,
cığır,
dolama,
gədik, aĢırım, keçid sözləri ilə ifadə olunan dağ keçidləri də nəzərə alın-
malıdır.
Azərbaycandan
təkcə
Quzey
Qafqaza aparan yollar üzərində
çoxlu
83
Bu durumdan danıĢan Ə.
Əsədov yazır: «Güman edilir ki, dünyada rəngə görə adver-
mə ərazilər üzrə deyil, istiqamətlər üzrə adlanmıĢdır. ġimalda olanlar qara, cənubdakı-
lar qırmızı, qərbdəki ağ, Ģərqdəki göy, mavi adlandırılıb. Bu, özünü hidronimlərdə də
göstərir» (Ясядов, 1986, 223).
84
Hətta Altay boyları daxilində belə bölgü önə çıxmıĢdır: qara almat-sarı almat, qara
todoş-sarı todoş, qara d´ağıraq-sarı d´ağıraq, qara irkit-sarı irkit, qara sayoñ-sarı-sayoñ,
qara toğus-sarı toğus (Баскаков, 1980, 205).
85
Кармышева Б.-Кармышева Дж., 1980, 108-113.
86
Трубачев, 1979.
41
keçidlər və gədiklər vardır.
87
Bu keçidlər sırasında müxtəlif
dönəmlərdə
«Kaspi qapısı»,
«Kaspi keçidi», «kuman qalası», «hun-sabir keçidi»,
«alan
qapısı» adlanmıĢ Dəryal (dar-yol) keçidi haqqında bəlgələr daha çoxdur.
88
Bu adlar aydın göstərir ki, ayrı-ayrı çağlarda bu keçid müxtəlif türk boy-
larının yurduna gedən yol üzərində olmuĢdur. Kaspi qapısı adlı baĢqa bir
keçid də Güney Azərbaycanda Elburus dağındadır. Bu keçid bəzi qaynaq-
larda sadəcə Geduk (gədik) adlanır.
89
Bir bölgədən baĢqa bölgəyə keçid
yeri qədimdə qapı sözü ilə də verilmiĢdir.Ordubadda Qapıcıq dağının
adı, Dərbəndin
«Dəmir
-
Qapı»
adlanması
və
qədim qaynaqlarda Azaq
(Azov) dənizi ilə Pont
dənizi
(Qara
dəniz)
arasındakı keçidə Pantikapey
(Pont-Qapısı) adının verilməsi həmin gələnəyin izləridir.
Azərbaycanın qədim coğrafi durumu bu ölkəyə gələn
səyyahların əsərlərində təsvir olunduğu kimi, ölkəyə
girən düĢmən qoĢunlarının keçdiyi yer-yurd adları, zəbt
etdiyi
bölgə
və
kənd adları haqqında verilən bilgilər
də
qiymətli
qaynaqdır.
Yadelli
qoĢunların
keçdiyi
marĢrutu
izləməklə yolboyu düĢmən əsgərlərinin rast gəldiyi
dağ-dərə, axarsu, el-oba haqqında həm təsəvvür əldə olunur, həm də bu
məmləkətdə hansı xalqın yaĢadığı aydınlaĢır. Azərbaycanın qədim yolları,
yol üzərindəki yaĢayıĢ məskənləri, karvansaraylar, məntəqələr, bunların
arasındakı məsafələr yunan-latın və ərəb-fars tarixi-coğrafi ədəbiyatında
geniĢ
yer
tutur. Qədim
ticarət yolları, özəlliklə «Ġpək
yolu» türk yurdları-
nın coğrafi koordinatlarını öyrənmək üçün əvəzsiz qaynaqdır.
90
Bu yol
boyu iĢlək dil türkcə olmuĢdur.
Çindən Misir
və Ġstanbula uzanan
İpək yolu Xəzərin
quzey və güneyi ilə
87
Минорский, 1963,
32;
Ġbn Xordadbeh Qafqaz dağlarının keçid qapıları (al-abvab) sı-
rasında Sul, Alan, ġabiran, Lazik, Barika, Samsaxi adlarını çəkir (Ибн Хордадбех,109).
88
Ġ. Miziyev Daryol keçidi haqqında Plini, Ptolemey, Tasit, Prokopi və baĢqa yazarların
verdiyi məlumatı geniĢ Ģərh etmiĢdir (Мизиев, 1986).
89
Акопян, 1987, 39.
90
«Ġpək
yolu»
üzərində
türk
dövlətlərinin
yaranıb-dağılmsı
səbəbləri,
ticarət yoluna
hansı dövlətin nəzarət etməsinin daĢıdığı
önəm haqqında sonrakı bitikdə bilgi verilə-
cəkdir. Ümumiyətlə, yol boyu çaparxanaları olan «Ġpək yolu» mövzusu türk tarixinin
ayrılmaz bölümüdür.
Təəssüf
ki,
bu mövzu yetərincə tədqiq olunmayıb.
Yollar
Dostları ilə paylaş: |