42
keçən ticarət yolu olsa da, onun hansı ölkələrdən keçməsi
və bu yola
nəzarət strateji
önəm
daĢımıĢdır. Azərbaycan Doğu və Batı mədəniyətlərə
qapısını bu
yol ilə açmıĢdır.
Doğrudur,
Azərbaycanda olan səyyah, elçi və ya fatehlərin bu ölkə
haqqında qeyd və yazılarının bəzisi orijinalda qalmamıĢdır, lakin ortada
olanların da yarımçıq nəĢri ürəkəçan deyil. Belə ki, 503-də Qafqazda
olan suriyalı iki
xristianın (ReyĢaynalı
Ġohan
və Tomas Bürsey) yazdığı
bəlgələrdən tutmuĢ, XIX əsrin ortalarına qədər Azərbaycana gələn bəzi
səyyahların xatirə yazılarıının toplusu «Səyyahlar Azərbaycan haqqında»
kitabında verilmiĢdir.
91
Təəssüf ki,
bu kitab həmin sahədə görülən gərəkli
iĢin baĢlanğıcı
olmaqla, həm də sonu oldu. Sonrakı kitablarda isə orijinal
mətnlər deyil, yazarların Ģərhi verilmiĢdir, halbuki ilkin qaynaqların nəĢri
daha əhəmiyətlidir. Azərbaycanı qonĢu ölkələrlə bağlayan yollar və ölkə-
daxili yollar haqqında
qaynaqlar
geniĢ
bigi
verir. Azərbaycanın
bir neçə
daxili yolu yuxarıda «Oykumen» bölməsində verdiyimiz Ġbn Havqəlin X
əsr xəritəsində aydın
görünür.
Daxili quru
yollarla yanaĢı,
ölkənin bəlli su
yolları da vardı. Özəlliklə,
Xəzərdən
baĢlayıb
Kür
çayı boyunca üzüyuxarı
qalxan və qısa bir quru yolunu qət etdikdən sonra Rion çayı vasitəsilə
Qaradənizə enən Xəzər-Qaradəniz yolu iĢlək olmuĢdur.
92
Güney
Azərbaycanın
qədim
yolları
haqqında
deyilmiĢ
fikirləri ümu-
miləĢdirən A. Fazili yazır: «Belə bir nəticəyə gəlmək olar ki, Midiya və
Atropatena Yunanıstan və Romadan Baktriya, Hindistan və Çinə gedən
əsas karvan yolu üzərində yerləĢmiĢdi.
Bu yolun əsas düyün nöqtəsi Ekba-
tan Ģəhəri olmaqla,
ticarət yolları buradan Zaqros vasitəsilə Selevkiyə,
At-
ropatena vasitəsi ilə Zaqafqaziyaya, habelə
Qara dənizə doğru uzanırdı».
93
Azər türkləri yolun məkan, zaman və məsafə özəlliklərini bildirən
ifadələrə
konkret
və
abstrakt məfhum anlamı yükləmiĢlər.
94
Yolçu aşırım,
cığır,
gədik,
yol-yolağa
məkanını
vaxt
bildirən
bir
an, bir
göz
qırpımı, gecə-
gündüz, gün,
ay,
il kimi zaman içində məsafə bildirən qarış, addım, ağac
ölçülərilə keçir. Təxminən 7
km
bildirən ağac ölçüsü əvvəllər geniĢ ya-
yılmıĢdı, hətta ġamaxıdan Xızıya gedən yolun 6-cı ağacı burada Altıağac
toponiminin yaranmasına səbəb olmuĢdur. Ağac ölçüsü, görünür, yolboyu
91
ПОА, 1961.
92
Ямпольский, 1956, 161-180.
93
Фазили, 1992, 97.
94
Qeyri-müəyyən az-uz (az-çox) deyimini nağıllarda
geniĢ iĢlənən bu
Ģablon ifadə
saxlamıĢdır: «Az getdi, uz getdi, dərə-təpə düz getdi».
43
müəyyən yerlərdə əkilən ağaclar vasitəsilə hesablanırmıĢ. KeçmiĢdə bu
məqsədlə bəlgə daĢlardan da istifadə olunmuĢdur. Sınır xəttini ayırmaq
üçün də bəlgə daĢları qoyurdular
,
daĢın üzərində yazı
və
ya
damğa olurdu.
Oğuz
xan
haqqındakı
əfsanələr
zaman-zaman türk boyları
içindən
çıxan fatehlərin təpərlə gerçəkləĢdirdiyi olaylara, onların keçdiyi yollara
köklənmiĢdir.
Əsasən,
saqa-qamər
yürüĢləri
əsasında
yaranan
«Oğuznamə»
motivləri
sonralar
hun,
göytürk,
hətta oğuz-səlcuq
boyları
ilə
bağlı olaylarla
zənginləĢmiĢ və
alplıq dastanları Ģəklində türk toplumu içində geniĢ yayıl-
mıĢdır. Oğuznamələrlə tərbiyə alıb ərsəyə gələn türk böyükləri buradakı
gələnək və törələrə hörmət etmiĢ, özəlliklə Oğuz
xanın
qüdrətindən
ilham
almıĢlar. Əmir Teymurun Türküstan ellərindən baĢlayıb, Quzey və Gü-
ney
Qafqaz
,
Anadolu
və
Azərbaycandan
keçdiyi
yollar
öncə
Oğuz
xanın
«Kürreyi-ərzi fəth etmək üçün» yola çıxıb keçdiyi marĢrutu təkrar edir.
Azərbaycanda olmuĢ səyyah və elçilərin bu ölkə haqqında verdiyi
bilgilərin əhəmiyəti böyükdür.
95
Hətta düĢmən orduları ilə gələn mirzələ-
rin
yazısında
da maraqlı bəlgələr vardır. Fatehlərin yürüĢü ilə bağlı ma-
raqlı məqamlar
həm də
xalqın yaddaĢında uzun müddət yaĢayır.
Makedo-
niyalı
Ġskəndərin
Hindistana
yürüĢ
yolu
Güney
Azərbaycandan
keçmiĢdir.
Onun
Quzey
Azərbaycana
gəlməsinə
aid
tarixi sənəd olmasa da,
Dərbənd
qalasını onun tikməsi fikri xalqın içində geniĢ yayılmıĢdı.
96
Ġslamaqədər Azərbaycana ardı-arası
kəsilmədən
hücumlar
olmuĢ-
dur. Burada
onlardan geniĢ
danıĢmaq
imkanı
yoxdur,
yalnız
örnək
üçün
müxtəlif çağlarda
Azərbaycana olan iki tarixi yürüĢ üzərində duraq.
Bun-
lardan biri m.ö.VII əsrdə Asur çarı II Sarqonun Güney Azərbaycana, di-
gəri isə m.ö. I əsrdə Pompeyin Quzey Azərbaycana yürüĢüdür.
Güney Azərbaycana II Sarqonun yürüşü. Asur çarı II Sarqonun
m.ö. 714-də
Güney
Azərbaycanın
mərkəzi
bölgələrinə
yürüĢünü asur ya-
zısı çox geniĢ vermiĢ, bu yürüĢ haqqında çoxlu Ģərhlər yazılmıĢdır.
97
YürüĢün görünən tərəfi urartuların zəbt etdiyi Mana torpaqlarını azad
95
Полиевктов, 1935.
96
Nizami Gəncəvi də bu fikri əsas götürmüĢdür. Azərbaycana XIII əsrdə gələn səyyah-
lardan Rubruk, Marko Polo, sonrakı əsrlərdə burada olmuĢ Adam Oleari, Ambrozo
Kontarini və baĢqaları həmin fikri təkrar
etmiĢlər. Marko
Polo
yazır
ki,
«Dəmir
qapı»
qalasını Ġskəndər
tikmiĢ, bura kuman və baĢqa boyları yerləĢdirmiĢdir (ПОА, 33; 24-25,
92, 266).
97
АВИИУ, №49; ТУ; Дьяконов, 1956; Пиотровский, 1959; Арутюнян, 1970; Zeh-
tabi (۱۳۷۷ ﻰﺑ ﺎﺗﻫﺯ ) və baĢqaları.
Dostları ilə paylaş: |