138
aydınlaĢdırılmayıb, halbuki «araz» sözü azər və digər türk boyları içində
antroponim, etnonim, oronim və hidronim kimi iĢlənmiĢdir.
Araz adının etimologiyası haqqında müxtəlif fikirlər söylənsə də,
hələlik bunların heç biri inandırıcı deyil, ona görə, burada həmin fikirləri
təkrar etməyə lüzum görmədim. Bu hidronimin araz etnonimindən, yoxsa
etnonimin Araz çayadından yaranması ayrıca tədqiq olunmalı mövzudur.
Ancaq bir məsələni vurğulamaq gərəkir, o da Araz çayı ilə
bağlı
xalq
deyimi
(Xan
Araz),
«Arasbar
tərlanı» adlı dastan
,
musiqidə «Arazbarı»
kimi ifadələr qədim folklor motivlərinin reliktləridir.
220
Bu baxımdan, Q. Qeybullayevin etimologiyası mifik qaynağa daha
yaxındır. O,
oraz~ araz sözünün «qutlu», «xeyirxah» anlamını və vaxtilə
Arıs adlanan Amu-dəryaya farsca kalka ilə «xeyirxah» anlamı verən Beh-
rot deyilməsini əsas götürüb, Araz hidroniminin «xeyirxah» anlamı daĢı-
dığını göstərir, AbĢeronda Aras-kut göladı araz sözünün qədimdə qutsal
iyələrdən birinin adı ola bilməsi ehtimalını ortaya
qoyur,
çünki Xızır
peyğəmbəri görmək üçün Musa peyğəmbərin Arazla Kürün qovuĢduğu
yerə gəlməsi qədim miflərdə əksini tapmıĢ və Ġbn Xordadbeh
(IX əsr)
Ulu
Tanrının
«iki
dənizin
(çayın)
qovuĢuğu» dediyi qutsal yerin Kür-Araz
qovuĢuğu olduğunu yazmıĢdır.
221
Kür. Quzey
Azərbaycanın
ən
böyük
çayı olan Kür haqqında xeyli
tədqiqat iĢi var, lakin
bu
hidronimin mənĢəyini heç bir elmi əsas olmadan
udi, fars
,
yunan və sair dillərə calamaq istəmiĢlər.
222
Güney Qafqazın bir
neçə paleotoponimini tədqiq etməklə m.ö. I minildən burada qədim türk
boylarının olduğunu ortaya çıxarıb vurğulayan
V. P. Kobıçev Kür çayı
220
ЕАМТИЛ, 67; E. M. Murzayev də qırğızca Arasan hidroniminin müalicəvi «qutsal
axarsu» anlamı bildirdiyini yazır (ОК
,
15).
221
Ибн Хордадбех, 136;
Mağara surəsi. 60: [Ya Məhəmməd!] Yadına sal ki, bir zaman Musa öz gənc dostuna
[xidmətində olan YuĢə ibn Nuna] belə demiĢdi: «Mən [Xızırla görüĢmək üçün] iki dəni-
zin qovuĢduğu yerə çatmayınca və uzun müddət gəzib dolanmayınca [bu səfərdən] geri
dönməyəcəyəm» («Q
URAN
»
.
B. 1992, 270. Z. Bünyadov və V. Məmmədəliyevin tərcü-
məsi). Ərəb dilində dəniz və böyük çay bəhr sözü ilə verildiyi üçün tərcümədə «iki
dəniz» əvəzinə «iki çay» ifadəsi yazılmalı idi.
222
A. Axundov kür sözünün azər dialektlərində «təmiz», «dəcəl», «çay» mənaları olduğu-
nu yazsa da,
Kürün ya yunan (?), ya da udi (?) sözü ola biləcəyini güman edir (Ахун-
дов, 1983, 79-87); Halbuki yunan və udi dilində kur/kür apelyativi yoxdur, müəllifin
udi dilindən verdiyi misalda
isə
kur
sözü
su
quyusu anlamında yox, çala,
çuxur
anlamın-
da iĢlənir (УАРЛ, 138); K. Əliyev də Kürə aid ayrıca məqalə yazmıĢdır (Алиев,1959).
139
üzrə də maraqlı araĢdırma aparmıĢdır. Lakin yazar bir neçə yanlıĢlığa yol
vermiĢdir, belə ki, seçdiyi misalların sırasında kür/kur sözü ilə yox, quru
sözü ilə
Kura-uzen
(Suxaya
Kura)
,
Kuru-özen kimi və mansıca kuray sözü
ilə yaranan Kuray kimi adlar vermiĢdir. Kür çayına gürcülərin Mtkvari,
hayların
Cur «su»
(orta əsrlərdə
Curluk «suluq»)
,
azərlərin
isə Kür deməsini
qeyd etsə də, bu adda Güney Qafqazda təkcə bir çay olduğunu, Doğu
Avropa-Batı Sibir və Quzey Qafqaz bölgələrində onun geniĢ yayıldığını
əsas götürüb, bu hidronimi finuqor mənĢəli hesab etmiĢdir.
223
Halbuki
Qafqazda bu çaya təkcə azərlərin Kür deməsi onu göstərir ki, hidronim
azərcə olan bir sözdür, həm də, baĢlandığı yerdən Xəzərə tökülənə qədər
Kür çayı tarix boyu türk bölgələrindən axmıĢdır, çünki «Kür çayının hər
iki
tərəfi türk yer-yurd
adları
ilə
doludur».
224
Azər
dialektlərində
«çay»,
«təmiz»
,
«dəcəl»
və
«bol»
mənalarında
iĢlənən
kür,
kur,
gur sözləri vardır.
Ona görə də tədqiqatçının kür sözünü
finuqor mənĢəli sayıb, m.ö.VII-VI əsrlərdə saqaların (skitlərin) tərkibində
Azərbaycana gələn finuqor boyunun bu çaya ad verdiyini söyləməsi
inandırıcı görünmür.
225
Əgər fin-uqor dilində yaranmıĢ Kurya hidronimi
bu boylarının yayıldığı ərazilər üçün xarakterikdirsə, türk hidronimi Kur/
Kür də türk boylarının yayılma dairəsindədir:
Amur çayın qolu - Kur
Stavropolda - Kur, Kursk (Kur çayı üzərində stansiya)
Qırğız elində - Kursay, ÇiĢindi Kur-köl
Qazax elində
- Kurtı
Azər elində - Kür, Bala Kür (Salyanda), Kürək
Elam elində - Kur
Qədim Elam ərazisindəki Kur çayı Fars körfəzinə axır. Vaxtilə
həmin bölgədə baĢqa bir Araz və Kür çayı olduğunu qeyd edən Strabon
yazırdı ki, pers Ģahı öz ilkin Aqradat adını dəyiĢib bu çayadına uyğun Kir
223
Кобычев, 1989, 10-33.
224
Yavuz, 242
225
Əvvəla, kür sözünə oxĢar finuqor dillərindən yalnız mansı dilində «qıraq» anlamında
xur sözü
vardır
və bu söz həmin dildə «çay» anlamlı ya sözü ilə birlikdə (xurya) iĢlənər-
kən «əsas çaydan ayrılan kiçik paralel qol» mənasında Xurya//Kurya hidronimlərnin ya-
ranmasına imkan açmıĢ, fin-uqor boylarının yayıldığı Tümen, Udmurt, Tatar, Orta Sibir
bölgələrində Kurya adlı çaylar ortaya çıxmıĢdır (Мурзаев, 1984, 322); ikincisi də, gös-
tərilən tarixdə fin-uqor boyunun Azərbaycana gəlməsi mümkündür, lakin həmin tarix-
dən xeyli əvvəl Urartu qaynaqları Kürün baĢlandığı bölgədə Kuriani bölgəsi olduğunu
qeyd etmiĢdiр (ТУ, 123); Boğazköy
yazılarında
Gurmaliya
çayı vardır
(Ertem, 194).
Dostları ilə paylaş: |