132
irmak çayının sağ qolu Kelkit çayı bura gələn hayların dilində Qayl-get
«börü-çay» adlanırdı. Antik müəlliflər yazılarında onu Likos «börü» adına
çevirdiyi kimi, Böyük Zab çayını da Lik adlandırmıĢlar, akad dilində isə
börüyə
zîbu
deyilirdi.
200
Fəratın
deltasında
ərəbcə
«aslan»
anlamı
verən al-
Asad
(Əsəd) çayı da vardır
.
Olsun ki, Zab akadlardan əvvəl Börü kimi
iĢlənmiĢ, onlar bura gələndə həmin adı Strabonun yunanca lik sözü ilə
verdiyi kimi kalka ilə samicə vermiĢlər. Urmu tərəfdə bu çayın yaxasında
yaĢayan
börü
boyu
haqqında
xeyli
bəlgə
vardır ki
,
bu
barədə sonrakı
bitik-
lərdə məlumat verəcəyik.
Hidronimin
morfoloji söz
+
Ģəkilçi
tərkibi *bura-tu/n/na/nun/nde
formasnı ortaya qoysa da,
etimoloji təhlil bu adın artıq müəyyən çağlardan
sonra ilkin semantikasını itirib bütöv *burat, *purat forması ilə davam et-
diyini göstərir və Murat-Fırat variantları da bu dövrün məhsuludur. Ma-
raqlıdır
ki,
Ön
Asiyadan
Avropaya
gedən
saqa boylarına aid orada bir neçə
Saqa etnohidronimi qaldığı kimi, Dunayın qolu Prut çayadı da məhz o
dövrün yadigarıdır
,
çünki Herodot yazırdı ki, saqalar (skitlər)
öz ərazisin-
dən axan bu çaya Porat (Πορατα),
ellinlər də Piret deyir.
201
Doğrudur,
Urmu
hövzəsində
Caqatu
,
Taqatu
,
qədim Arattu,
Quzey
Qafqazda Cequtu
çayları olduğu kimi, baĢqa türk bölgələrində də -tu Ģəkilçili hidronimlər
vardır,
lakin
saqa
boyları Purat adını daha qədim türk hidronimi kimi yox
,
artıq sami dilinin sözünə çevrilmiĢ formasını Avropaya aparmıĢlar.
İtiqla. «Dəclə çayı suyunun
çoxluğu
,
iti axması
ilə Fəratdan fərq-
lənir».
202
Dəclənin
ox
kimi sürətlə axmasını Strabon da qeyd edir və bu
çayın perscə adında «ox» (tiqris) anlamı olduğunu yazır.
203
Bəzi hallarda
sakit axan çayların adında dinc, lal, sürətlə axanların adında isə iti, dəli
apelyativi görünür.
A.
A.
Beletski yazır ki,
Altay,
BaĢqord,
Qırğız ellərində,
Ukrayna və Rostovda onlarla hidronim «bıstraya» (sürətli), «ostrıy» (iti)
sözləri ilə iĢlənir.
204
Türk hidronimləri sırasında Oxçu, Oxtar, Ox və Oks
çayları olduğu kimi, qədim perscə «iti» və «ox» anlamında iĢlənən tigra
200
Страбон, 685; Липин, 76.
201
Геродот, IV, 48; Bu çayadı Βοσράη kimi də verilir (Багриянородный, 1989, 172).
202
ИДВ, 1979, 92;
203
Страбон , 498.
204
Белецкий, 98; Dəclə adında «iti», «sürətli» anlamı olmasını E. A. Qrantovski də verir
və bura gələn farsların həmin məzmunu saxladığını yazır (Грантовский, 1970, 184).
133
sözünün iti axan çayadı kimi Dəcləyə verilməsi təbiidir.
205
Lakin məsələ
burasındadır ki, perslər bura gələnə qədər Dəclə adında iti sözü vardı.
Bu çayın ilkin adının daĢıdığı mənanı müəyyən etmək üçün onun müxtəlif
dillərdə iĢlənən formalarını gözdən keçirək:
Sumer
- Ġdigna
Yəhudi
- Hidegel (Ġdegel)
Akad
- Ġdiglat, Diglat
Aramey
- Digla
Qədim pers - Tigra
Yunan
- Tigr(is)
Ərəb
- Dəclə
Yeni fars
- Dəcle
Türk
- Dicle
Azər
- Dəclə
Son üç formanın ərəbcə Dəclə deyimi bu sözün fars, türk və azər
dilinə ĠslamlaĢma çağında keçdiyini göstərir. Ərəblər də bu adın akad,
yəni
asur-babil dialektindəki -t Ģəkilçili variantını deyil, sözün son ele-
menti atılmıĢ aramey formasını alıb,
ərəbcə digər sözlərdə
olduğu kimi,
g samitini c samitinə dəyiĢmiĢlər:
Digla (aramey) > Diclə (ərəb) > Dəclə~Dicle (fars, azər, türk)
Ġslamdan sonra farslar bu sözü ərəblərdən təkrar almıĢlar, çünki
qədim perslər həmin çayadını arameylərlə ilk təmas vaxtından, həm də
aramey
deyiminə uyğun
iĢlədirdi.
Belə ki,
Əhəməni
çağında Babilə girən
perslər arameylərdən eĢitdiyi hidronimin semantikasına (iti axan) və for-
masına (diqla) uyğun gələn öz dillərindəki tigra (ox) sözü ilə bu çayadını
tərcümə etmiĢlər.
Yunanlar da adın bu formasını perslərdən almıĢlar:
Digla (aramey) > Tigra (pers) > Tigris (yunan) > Tiqr (Avropa dilləri)
Göründüyü kimi, hidronimin hər iki pers və ərəb forması aramey
deyimindən törəmiĢdir, lakin arameylər Ġkiçayarasına m.ö. XI-X əsrlərdə
gəlmiĢdi. Onlar da bu çayadını buradakı samilərdən eĢidib iĢlətmiĢlər.
O
çağlarda asur-babil ləhcələrində hidronimin Ġtiglat~Ġdiglat~Diglat kimi
205
Strabon, 482; Hay yazarı N.Emin Strabonun rusca tərcüməsində «tiqra» sözünün
pers yox, mada dilinə aid olduğunu verir və qədim perscə mətnlərdə bu sözə rast gəlmə-
diyini deyib. (Хоренаци,1858, 346).
Dostları ilə paylaş: |