«Doqquz Bitik» sırası



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə97/122
tarix30.12.2017
ölçüsü3,78 Kb.
#18490
1   ...   93   94   95   96   97   98   99   100   ...   122

 
205 
ilk  mərhələsində  əlavə  məhsul  daha  asan  əldə  olunurdu.  Ġlk  heyvandarlar 
oturaq olub, mal-heyvanı yaĢayıĢ məskəni ətrafında otarırdı. Bu tip təsər-
rüfat  ov,
 
əkin,
 
balıqçılıq kimi sahələri istisna etmir, kompleks təsərrüfatın 
formalaĢmasına imkan verirdi. Heyvandarlığın artıb inkiĢaf etməsi köçə-
riliyi, əkinçiliyin  inkiĢafı  isə  oturaqlığı  artırır.  Karpatdan  Sakit  okeana, 
Orta Asiya səhralarından Sibir tayqalarına qədər böyük  ərazidə köçərili-
yin intensivliyi saqa çağına aid edilir.
77
 
Ailə-soy  və  boylara  məxsus  mal-heyvanın  artması  və  ya  azalması 
müxtəlif zaman ölçülü dövrlərə ayrılır. Metenin 300 min atlı döyüĢçüsü 
vardı. Çinlilər hunlara hücum edib, təkcə Lulu bəyin örüĢündən 700 min 
baĢ mal-heyvan aparmıĢdılar.
78
 XIX əsrdə rus tədqiqatçısı A. Ġ. LevĢin 8 
min  atı
 
olan
 
bir
 
qazaxdan
 
soruĢur
 
ki,  nə
 
üçün  bunların  bir  qismini  satmır, 
qazax deyir ki, sandıqda saxlanan pulu heç kim görmür, mənə pul lazım 
deyil, tabunu isə örüĢdə hər kəs görüb bilir ki, mənimdir və mən dövlətli-
yəm.
79
 Ev  heyvanının artımı daima  yüksələn  xətlə  deyil,  iqlim  və  otlaq 
Ģəraitindən,
 
vaxtaĢırı
 
özünü  göstərən  xəstəlikdən  asılı  olaraq,  azalan
 
və 
yüksələn xətlə davam etmiĢdir.
80
 
Bu  səbəbdən,  mal-heyvanın  əsrlərboyu 
yüksələn  xətlə  artması  ilə  köçəriliyin  yarandığını  söyləyənlərin  fikri 
yanlıĢdır. 
Köçərilikdə  heyvan  növlərinin  seçimi  də  rol  oynamıĢdır.  Belə  ki, 
köçəri  təsərrüfatı  üçün  donuz  yaramır,  uzaq  məsafəli  köçə  çətin  uyuĢan 
inək-öküz kimi qaramaldan da az istifadə olunur. Markova görə, Qazaxıs-
tanda heyvandar  təsərrüfata  iribuynuzlu  mal  sonralar  daxil  edilmiĢdir  və 
vaxtilə  bunun  bir  qismini  qazaxlar  Ġtil  yaxasından  Çinə  köçən  kalmık 
boylarından  yağmalamıĢ,  bir  qismini  də  Sırdərya  yaxasındakı  qazaxlar 
qaraqalpaq  boylarından  mənimsəmiĢlər.
81
  Davamlı  hərəkətdə  olan  hey-
vandar saxa boyları isə maral sürüsü saxlayırlar.
82
  
                                                 
77
  Грязнов, 1978, 9. 
78
  Бичурин, I, 42, 82. 
79
  Марков, 1976, 168. 
80
  Örnəyin, 1803-də  hər qazax alaçığına 400 baĢ mal-heyvan düĢdüyü  halda, get-gedə 
bu say azalmıĢdır: 1814-də 230, 1825-də 190, 1839-da 155  (Марков, 1976, 157). 
81
  Марков, 1976, 138. 
82
  Tibetdə evsəlləĢən yak buradan Pamir, Altay və Monqol elinə yayılıb. Əvvəllər bəzi 
tədqiqatçılar  maralın  evsəlləĢməsini  az  qala,  paleolit  çağına  aid  edirdilər,  lakin  son 
tədqiqatlar  göstərir  ki,  Sayan  bölgəsində  maralın  evsəlləĢməsi  çox  sonrakı  olaydır  və 
bura gələn heyvandar boyların gətirdiyi təsərrüfatın təsiri ilə gerçəkləĢib. Tabun maral-
çılığı isə yalnız XVIII-XIX əsrlərdə ortaya çıxıb (Андрианов, 1985, 56-59). 


 
206 
Türklər köçəri təsərrüfatı üçün sərfəli olan qoyun, keçi, dəvə
 

 
at-
dan geniĢ yararlanmıĢlar,
 
lakin əksər türk boyları gələnəksəl olaraq, qoyun-
çuluğa üstünlük vermiĢlər. Tarixi bəlgələr göstərir ki, doğuya  miqrasiya 
etmiĢ türk boyları Azərbaycan və Türkmənistandan apardığı atçılıq gələ-
nəyini orada daha da inkiĢaf etdirib, böyük ilxılar saxlamıĢlar. Bozqırlarda 
ilboyu at üçün yem vardır, qıĢda dırnağı ilə qar altından eĢib üstünü açdığı 
otu atla yanaĢı qoyun sürüləri də otlayır.  
Xəzərin  güneyindəki  dağ  silsiləsi  və  Kopetdağdan  Pamir,  Tyan-
ġan  və  Altaya  qədər  2  min  km uzanan  ərazi  köçəri  heyvandarlıq üçün 
gözəl imkan yaradır. Çinin Sintszyan bölgəsində köçəriliklə məĢğul olan 
monqol-tibet boyları ilə yanaĢı, uyğur (tağlığ), qırğız və qazax boyları da 
vardır.  Hər  bölgə  köçün  növünə  təsir  edən  heyvan  növünün  özəlliyi  ilə 
fərqləndiyi kimi,
 
cins
 
heyvanların yayılma dərəcəsi ilə də seçilir.
 
Belə ki, 
Türkmənistan və Xorasanda karakul (qaragül), Kirmanda qəzilli keçi və 
yunlu qoyun, Mazandaranda südlü inək cinsi üstünlük təĢkil edir.  
Köçəriliyin  yaranması  səbəbləri  sosial-iqtisadi  faktor,  təbii  Ģərait, 
və  coğrafi  mühit  idisə,  köçəriliyin  növü  kompleks  təsərrüfatın  bölünmə 
dərəcəsindən,  mal-heyvanın  sayından  asılı  olaraq  formalaĢırdı.  Əkinçi-
maldar  təsərrüfat  kompleksi  bölündükcə  əkinçilər  oturaq,  maldarlar  isə 
köçəri  və  yarımköçəri  yaĢam  tərzinə  keçirdilər.  Son  iki  minillik  tarixdə 
oturaq
 
əkinçilərin
 
köçəriyə
 
çevrilməsi
 
faktı görünmür.
83
 
Köçərilərin əkin-
çiliyə
 

 
oturaq
 
yaĢama
 
keçməsi
 
olayı isə müxtəlif zamanlarda
 
olmuĢdur.  
B.
 
V.
 
Andrianov  «Dünyanın  oturaq  olmayan əhalisi»  adlı  əsərində 
köçəri  heyvandarlığın  m.ö.  III  minil  -  II  minilin  əvvəlində  yarandığını, 
G.Y. Markov isə «Asiya köçəriləri» kitabında Ön Asiya, özəlliklə, Azər-
baycan üzrə tarixi qaynaqlara deyil, Ərəbistan yaylası, Orta Asiya, Altay 
və Monqolustan qaynaqlarına güvənib yazır ki, köçərilik m.ö. II minilin 
sonundan baĢlanır.
84
 
Məncə, hər iki yazar prototürk arxeoloji bəlgələrinə 
diqqət vermədiyindən köçəriliyin yaranma tarixində yanılmıĢlar. 
Azərbaycanda  köçəriliyin  ən  qədim  izləri  m.ö.  VII-VI  minillərdə 
750 m yüksəklikdə palıd meĢəliyi zolağında yaranmıĢ Carmo kulturunun 
yayıldığı lokal variantları arasındakı arxeoloji fərqlərlə ortaya çıxır. Belə 
                                                 
83
  Bəzi
 
yazarlara
 
görə
 
X-XII
 
əsrlərdə
 
bəzi meĢə monqolları imperiya çağında
 
heyvandar
 
olublar.
 
Əslində

bu
 
monqollar
 
Çingizxandan
 
minil
 
öncə
 
Hun
 
çağında köçəri
 
idilər,
 
çünki 
«monqol heyvandarlıq terminlərinin əsasını türkizmlər təĢkil edir» (Щербак, 1966). 
84
  Андрианов,
 
1985, 25;  
Марков, 1976, 18. 


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə