210
4. TÜRKLƏRĠN ATAYURDU
Atayurdu deyimi dar mənada bir soyun, nəslin «ata ocağı», geniĢ
mənada boy, budun (xalq) və millətin «yarandığı bölgə» anlamında iĢlə-
nir. Tarixi-coğrafi kateqoriya olan Atayurdu anlamında tarixi xronologiya
və çoğrafi məkan ölçüləri birlikdə iĢtirak edir, bu ölçülər xalqın etnoqra-
fiyası,
mifologiyası
və dilində əks olunur.
Xalqın etnogenezi atayurdunun
etnik tarixi ilə üzvi Ģəkildə bağlı olub, bu yurdun tarixi demoqrafiyasından
və burada baĢqa etnoslarla təmasın dərəcəsindən asılıdır. Belə mürəkkəb
münasibətlər sistemində yer alan Atayurd probleminə iĢıq tuta bilən bəlgə-
lərin düzgün seçimi vacib Ģərtdir, çünki Urmu teoriyasından fərqli olaraq,
iki əsr öncə “Altay dil ailəsi” ehtimalı üzərində gündəmə gəlib türklərin
ilkin yurdunu doğuda “axtaran” Altay teoriyası hələ də axtarıĢdadı.
Türklərin Atayurdu problemindən danıĢan yazarların əksəri onun
tarixi-coğrafi anlam tutumunu bir kənara qoyub, «ilkin yurd» anlamının
tarix ölçüsünə istədikləri kimi yanaĢmıĢlar. K. Gürün qeyd edir ki, türk
tarixindən danıĢan yazarlar «ən qədim türk çağı» dedikdə m.ö. III, IV-V,
uzaqbaĢı,
XII-XV
əsrləri nəzərdə tuturlar.
93
Halbuki ilkin yurd anlamının
xronoloji ölçüsü protodilin yarandığı və dağılmağa baĢladığı zaman daxi-
lindəki dövrü əhatə edir. Hindavropa və bir sıra baĢqa xalqlarda olduğu
kimi, türklərin də ilkin Atayurdunun tarixi m.ö. IV minildə bitir. Göründü-
yü kimi, qədim türk tarixi və ya ilkin Atayurd məsələsindən danıĢanlar
zaman ölçülərini dolaĢıq salmıĢ, əsrlə minilliyi qarıĢdırmıĢlar.
Atayurdunun coğrafi ölçülərinə də yanlıĢ baxıĢlar vardır. Belə ki,
m.ö. IV minilə qədər bu yurdun coğrafi hüdudları bir-birindən çox uzaq
məsafədə ola bilməzdi, ən azı ona görə ki, hər hansı bir protodilin yaran-
ması
üçün
müəyyən
təmaslarda bulunan boyların eyni kultur yaĢamında,
həm də minillər boyu bəlli çoğrafi hüdud daxilində yaĢaması gərəkir. Böl-
gədə coğrafi durum və etnik kulturun yayılma imkanları Atayurd üçün
önəm daĢıyan faktorlardır. Bundan baĢqa, fərqli özəllikləri olan ilkin və
sonrakı yurd anlamlarını da fərqləndirmək lazım gəlir.
Hər hansı bir xalqın yaranma tarixinin düzgün yazılması Atayurd
probleminə fantastik meyarlarla deyil, gerçək durumu əks etdirə bilən
ölçülərlə yanaĢmağı tələb edir. Eyni kökdən olan xalqların bir qismi ilkin
Atayurddan uzaq yerlərdə də formalaĢa bilər. Bunun örnəyi çoxdur. Belə
93
Gürün, 1984, 19.
211
ki, macar, eston və fin boyları bir xalq kimi, ilkin Atayurdu olan Ural
yaxalarından uzaq Macarıstan, Estoniya və Finlandiyada formalaĢmıĢlar.
Yaxud,
Qaradənizin quzeyindən çıxan ari boyları Ġranda fars,
Hindistanda
hind xalqı kimi yaranıb ortaya çıxmıĢdır. Bu baxımdan, çağdaĢ türklərin
bir-birindən
uzaq
ayrı-ayrı bölgələrdə formalaĢması da istisna təĢkil etmir.
Eyni ocaqda bir atadan törəyən oğulların böyüyərək ayrı-ayrı ocaq qurub,
eyni soyadı ilə yanaĢı ayrı-ayrı ad daĢıdığı kimi, türk xalqları da ümumi
«türk» soyadı ilə bərabər, saxa, çuvaĢ, qazax, azər, tatar və baĢqa adlarla
tanınır.
94
Bütün bu xalqların ümumi etnik adı «Türk» olduğu kimi, danıĢ-
dıqları
dillər
də
«türk dilinin qolları»
olub,
ümumi-ortaq
dilin dialektləri
əsasında inkiĢaf etmiĢ, çoxu da artıq ədəbi dil səviyəsinə ucalmıĢdır.
Atayurddan danıĢarkən, ilkin və ikinci yurd anlamlarına aydınlıq
gətirmək
lazım gəlir.
Türklərin
ilkin
Atayurdu
m.ö. IV
minilin ortalarına
qədər
davam
edən prototürk çağına düĢür. Prototürk dilinin dağıldığı hə-
min çağ türk etnosunun ilk tarixi miqrasiyaları dövrüdür. Prototürk döv-
ründə türk etnosunun
formalaĢdığı ərazi prototürklərin İlkin Atayurdu, son-
ralar buradan köçən prototürk boylarının ayrı-ayrı bölgələrdə türk xalqı
kimi formalaĢdığı
ərazilər
isə
türklərin
İkinci
Atayurdu
sayılır. Ulu
baba
ocağı kimi, ilkin Atayurd bir bölgədə (regionda), ikinci Atayurd isə ayrı-
ayrı bölgələrdə yaranır və bunların sayı birdən artıq ola bilir. Etnologiya
elminin ortaya
qoyduğu
bu
qanunauyğunluq bugünkü hindavropa, tunqus-
monqol, finuqor, sami və baĢqa xalqlarda gerçək üzünü göstərdiyi kimi,
minillər boyu bütöv Avrasiya bölgələrinə yayılmıĢ türklərə də aiddir.
Azərbaycan, Qıpçaq Bozqırı, Orta Asiya və Türküstanı içinə ala-
raq, Anadoludan Çinə və Karpatdan Altaya qədər uzanan böyük zolaqda
saqa, hun, bulqar, oğuz və sair boyların miqrasiyası nəticəsində türklərin
bir neçə Atayurdu yaranmıĢdır. Bunların yaranmasındakı xronoloji ardı-
cıllıq yazılı
qaynaqlarla təsbit olunur,
lakin yazıöncəsi çağdakı tarixi miq-
rasiyalar, onların səbəb və nəticələri, növü və yönü indiyə qədər elmi
əsasda araĢdırılmamıĢdır. Halbuki sonrakı Atayurdlardan köklü Ģəkildə
fərqlənən ilkin Atayurd problemi müxtəlif elm sahələrinin kompleks
94
Tarixin sınağından çıxmıĢ onomastika qanununa görə, Ulu babanın (atanın) özəl adını
ucdantutma bütün evlad və nəvə-nəticələrə qoymurlar, baba adını daĢımaq Ģərəfi yalnız
bəzilərinə qismət olur. Etnonim kimi özəl «Türk» adını da türksoylu uruq, boy və xalq-
lardan bəzisi daĢımıĢdır. Yazılı qaynaqlara görə, ilk Turuq (türk) adını daĢıyan boylar
m.ö. III-II minillərdə Urmu hövzəsində yaĢamıĢlar, sonralar bu adı Göytürk xaqanlığı
geniĢ yaymıĢdır, indisə Türk adını böyük Atatürkün qurduğu Türk Cümhuriyəti daĢıyır.
Dostları ilə paylaş: |