41
səlahiyyətləri, həm də beynəlxalq aləmdə iştirakları onların
fərqli fəaliyyətlərini meydana gətirir. Bu
fərqli fəaliyyət də fərqli
tənzimləmə istiqamətlərini formalaşdırır. Lakin əslində bu
fərqlilik elə bir bütövün tərkibini təşkil edir. Dövlətin daxili
siyasətindən onun beynəlxalq siyasəti, beynəlxalq siyasətindən
isə daxili siyasəti tamamlanmış olur.
Hər bir tənzimləmənin hədəfi və obyekti mövcud olur. Bu
baxımda da beynəlxalq hüququn və milli hüququn hədəfi dünya
və onun resurslarıdır dünyanın maddi və mənəvi dəyərləridir.
Resursların fərdi və kollektiv olaraq qazanılması ilə başlıca
məqsəddir. Dünyaya baxış fəlsəfəsindən belə bir fikir hasil olur
ki, dünya özünü qorumalıdır və özünün dəyərlərindən
faydalanmalıdır. Bunun vəhdət fəlsəfəsinin mahiyyəti də bundan
ibarətdir. Dünya siyasəti fəlsəfəsinin əsas mahiyyəti də dünya
resurslarından birgə istifadə yolunda dövlətlərin milli və
beynəlxalq imkanlarını birləşdirməkdən ibarətdir.
Dünyanın siyasət strukturunu təşki edən dövlətlər siyasət və
hüquq qurumlarıdır. Xalqların milli və beynəlxalq maraqlarını
tənzim etmək dövlətlərin pozitiv mahiyyətini, xeyirxah
fəaliyyətlərini təşkil edir. Dövlətlər beynəlxalq aləmdə və
ümumən dünyada maraq müdafiə edən və təmin edən
subyektlər, tərəflər rolunu oynayırlar. Dövlətlər öz qarşılıqlı
fəaliyyətlərini hüquq normaları ilə tənzim edirlər və buradan da
koordinativ əlaqələrdən qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq
meydana gəlir. Yəni, əlaqələri qaydalara salırlar. Daxili və xarici
siyasətin nəzəri əsasları hüquq normaları ilə formalaşır. Hüquq
normaları siyasətin icrası üçün qaydaları əks etdirir və siyasət
istiqamətlərini müəyyənləşdirir. Fəaliyyətin prinsipləri də hüquq
normaları ilə müəyyən olunur.
İnsanın hədəf müəyyən etdiyi dünya da ictimai mənada
hüquq və siyasət müstəvisindən ibarətdir. Dünya hüququna
dövlətlərin daxili hüquqları və xarici siyasətlə formalaşan
beynəlxalq hüquqları aiddir. Dövlətlərin dünya siyasəti və dünya
hüquq müstəvisi çərçivəsində regionlar və sahələr üzrə