32
hər kəs üçün xas olan) məşğuliyyətlər mövcud olur. Buradan da
universal və ixtisas, peşə təfəkkürləri formalaşır. Peşə təfəkkürü
əsasən ictimai və siyasi təfəkkürün tərkibində qərarlaşır.
Ardıcıl davam edən və sahələrdə formalaşan düşüncələr
təfəkkürü formalaşdırır. İnsanların düşüncələri universal olur.
Eləcə də sahələri əhatə edir. Təfəkkür həm sadə, həm də təkmil
formada olur. Sadə təfəkkür gündəlik təfəkkürdür. Daha çox
məişət təfəkküründə xarakterikdir. Bu təfəkkürlə hər kəs özünü
normal həyatda hiss edir, özünün gündəlik davranışını yaradır.
Qeyd olunduğu kimi, təfəkkür obrazlardan və obyektlərə
təsir vasitələrindən formalaşır.
Burada peşə təfəkkürü
formalaşmış olur. Hər bir təfəkkür müvafiq məkanda lazımi
tələblərə uyğun olaraq müəyyən səviyyələr əldə etmiş olur. Bu
səviyyə qavranılma dərəcəsindən və səviyyəsindən asılı olur.
Təfəkkür milli və dünyəvi ola bilir. Milli təfəkkür hər bir
xalqın formalaşmasını təmin edən gündəlik və klassik
elementlərdən meydana gəlir.
Bu günün tələblərinə uyğun olaraq insanlarda məişət,
ictimai və siyasi təfəkkür formalaşmışdır.
Məişət təfəkkürü. Təbii olaraq insanlar gündəlik həyat tərzi
yaşayırlar. Gündəlik həyat tərzini ailə həyatlarında, iş yerlərində
və qohumları arasında yaşayırlar. Məişət təfəkkürü həm də
küçələrdə, məhlələrdə, yaşayış məhəllələrində formalaşır. Bu
həyat tərzi bazanı təşkil edir. Baza üzərində isə ictimai və siyasi
vərdişlər meydana gəlir. Məişət təfəkkürü aşağı və alt mərhələdə
əsas insan azadlığını təcəssüm etdirən təfəkkürdür. Məişət
təfəkkürü sadə olduğundan kütləvi və açıq xarakterə, məzmuna
malikdir. Burada özəllik odur ki, insanlar daha sərbəst
olduqlarından düşüncələri də sərbəst və “redaktə olunmamış”
olur. Məişət təfəkkürü ilə ictimai-sosial təfəkkürün vəhdətini
mətbəx və ailənin sistemli yetişməsini təmin edən məktəb
təfəkkürü yaradır. Ailədə, qonşular arasında olan münasibətlər
məişət təfəkkürünün əsaslarını meydana gətirmiş olur.
33
İctimai təfəkkür. İctimai təfəkkür isə insanların əmək
kollektivlərində,
təhsil
müəssisələrində,
ictimai-siyasi
təşkilatlarda iştirakdan meydana gələn vərdişlərdən ortaya çıxır.
İctimai təfəkkür başlıca olaraq ictimai vasitələrdə əks olunur və
formalaşır. Bu yöndə kütləvi-informasiya vasitələri mühüm rol
oynayır. Son illərdə isə sosial şəbəkələr insanların sosial, siyasi
və məişət təfəkkürlərinin vəhdətini yaratmaqdadır. İctimai və
məişət təfəkkürü özlüklərində xalqın milli təfəkkürünü yaradır.
Xalqın adət-ənənələri özlüyündə məişət və ictimai təfəkkürün
məhsuludur. Bu adətlər və ənənələr özlüyündə ictimai və məişət
davranışlarını yaradır və irsən köçürür. İctimai təfəkkürü həm də
dövlət təfəkkürünün, siyasi təfəkkürün əsaslarını formalaşdırır.
Baza və keçid təbəqə rolunu oynayır.
İctimai təfəkkür “lokallıq” baxımından orta bir təfəkkürdür.
Həm də siyasi və məişət təfəkkürünü bir-birinə bağlayır, vəhdət
yaradır. Baza təfəkkür kütləvi olan məişət təfəkkürdür. İctimai
və siyasi təfəkkür fərdin sosiallaşmasını və şəxsiyyətə
çevrilməsini təmin edir.
Siyasi təfəkkür. Bu təfəkkür ali kollektivçilik təfəkkürüdür.
Təşkilatlanmanın son mərhələsidir. İnsanlar daha çox ali siyasi
mərhələlərdə
bu
təfəkkürlə
birləşirlər.
Bu
təfəkkürün
formalaşması özünün ikinci mərhələsini ictimai təfəkkürdən
götürür. Dövlət mahiyyətcə ictimai bir qurumdur. Siyasi
təfəkkür digərlərini qoruyucu düşüncələri də özündə ehtiva edir.
Siyasi təfəkkür milli təfəkkürün təşkilatlanmış formasıdır.
Bu təfəkkür zamanı xalq millətə çevrilir. Milli təfəkkür özünün
siyasi mədəniyyət formasını bu təfəkkür yolu ilə qazanır. Siyasi
təfəkkür ümumməcmu təfəkkürüdür.
Təfəkkürlərin vəhdəti
Məişət, cəmiyyət və dövlət kriteriyaları insanların
təfəkkürünü bir arada toplayır. Bununla yanaşı, hər bir
təfəkkürün öz “məkanı” var. Bunlar bir-birinə öz məkanlarında
34
qalmaqla xidmət etməlidir. Hər bir təfəkkür məkanının özünəxas
xüsusiyyətləri onu deməyə əsas verir ki, bir məkanın bütün
elementləri digər məkana transfer etməməlidir. Aralarında
bağlayıcı elementlər “gəzməlidir”. Təfəkkür və mədəniyyət
qarşılıqlı olduğundan transfer zamanı qarışıqlıq əmələ gələ bilir.
Nəzərə almaq lazımdır ki, hər bir təfəkkür təşəkkül
mərhələlərində özünəxas funksiya təmin edir. Ali təfəkkür
xalqın ali dəyərlərini yaradır. Məişət təfəkkürünün siyasi
təfəkkür yerinə gətirilməsi ilə ali dəyərlərin itməsinə səbəb ola
bilir. Dövlət ailəyə çox bağlı olanda öz ali dəyərini itirir. Orta
xətt olan ictimai təfəkkürə inam azalır. Bu anda ictimai təfəkkür
də ailə -məişət təfəkkürünə enir. Xalqın ümumi səviyyəsi aşağı
düşür. Bu baxımdan da ali təfəkkürü formalaşdıran ali dövlət
vəzifələrində ailəçilik prinsipləri tətbiq olunmamalıdır.
Texniki təfəkkür -cəmiyyətin bazis və alt təfəkkürü kimi
Təfəkkür
düşüncələrdən meydana gələn xarakterik
modeldir. Beyində fizioloji və ruhi obrazlanmadır. Təsirlərdən
əksolunmadır. Bu modeli qavrama və emal prosesləri yaradır.
Təfəkkürün inikası insan davranışlarında əks olunur. Təfəkkür
insanlara istiqamətlər verir. Yaddaşlar və düşüncə modelləri
insanlar arasında subyektiv və obyektiv əlaqələrin əsaslarını
formalaşdırır.
İnsan qarşılıqlı əlaqələrdə subyektiv qavrayır, təsir vasitələri
üzərində düşüncə istiqamətlərini meydana gətirir.
Təfəkkür bir forma və məzmun olaraq vərdişlərdən,
davranışlardan meydana gəlir. Üzərində təsir edilən obyektlər və
proseslər təfəkkürün formalaşmasına səbəb olur. Vərdişlər və
davranışlar da insanların yaşına və cinsinə bağlı olur. Bu
baxımdan da uşaq yaşlarında qavramanın hələ fizioloji
baxımdan zəifliyi özündə uşaq təfəkkürünü formalaşdırır.
Təfəkkürün formalaşmasında ətraf şərait öz təsirini göstərir.
İnsan öz təfəkkürü ilə (yaddaş və cari təfəkkür kimi ad vermək
Dostları ilə paylaş: |