121
Beynəlmiləlçilik düşüncəsində “başqa” ifadəsi, sözü yad
kimi qəbul olunmur. Burada başqa sözü sadəcə digər tərkib ele-
mentini ifadə edir. Buna görə də bütün dünyanı təşkil edən mad-
di və mədəni elementlər vəhdət şəkildə beynəlmiləlçilik
fəlsəfəsinin tərkibini təşkil edir. Düşüncədə olan
fərd üçün bütün
dünya elementləri vəhdət halını alır.
Beynəlmiləlçilik fəlsəfəsinin obyektində dünya xalqlarının
fərqli dini inancları, dünyagörüşləri də yer alır. Burada milli
inanclarla yanaşı, tolerantlıq, barışdırıcılıq düşüncələri də hakim
olur. Bu baxımdan da bəşəri sivil rəngarənglik ümumdünya
fəlsəfəsinin tərkibini təşkil edən elementləri əhatə edir. Bu
rəngarənglikdə mədəniyyət, o cümlədən ədəbiyyat, din,
incəsənət birləşir və düşüncələrin konsentrasiyasını, yəni, ayrı-
ayrı sahələrdə olan mərkəzlərin birgə olaraq konseptual məzmun
almasını, şəbəkələnməsini özündə ehtiva edir. Dünya
fəlsəfəsinin tərkibi elə onun, yəni dünyanın elementlərinin
mərkəzləşmiş, cəmləşmiş halda əlaqələr vəhdətində meydana
gəlir. Beynəlmiləlçilik fəlsəfəsindəki piramidal formada çoxlu
sayda mərkəzlər mövcud olur. Bu mərkəzlər və onlar arasında
olan bağlayıcı elementlər özlüyündə fəlsəfi mahiyyəti həm
bütöv, tam, həm də tərkib baxımından dərk etməyə imkanlar
yaradır. Fəlsəfi düşüncə tərkiblərdəki mərkəzləri də bir fəlsəfi
düşüncə obyektinə çevirir. Mərkəzlər kimi xalq, mədəniyyət,
dövlət, digər təşkilat, resurs, sistem kriteriyaları çıxış edir.
Beynəlmiləlçilik
fəlsəfəsində
mahiyyət
o
dərəcədə
genişlənir ki, dəyərlər şəbəkəsi xəyali və əyani olaraq bütün dü-
nyanı əhatə edir. İnsan üçün məkan kriteriyası daralmır və
xəyalən arzular geniş aləmi əhatə edir. Bu baxımdan
beynəlmiləlçilik fəlsəfəsi daha çox pozitiv və təminedici, müda-
fiəedici əhəmiyyət kəsb edir. Çünki, tərkib elementləri dəyər
olaraq çoxluq təşkil edir. Beynəlmiləlçilik fəlsəfəsi ali insani
dəyər fəlsəfəsidir. İnsanların bütün mədəni xeyirxah əməlləri
məhz bu fəlsəfənin daxilində qərarlaşa bilir. Bu baxımdan da
humanist mahiyyətin zirvəsini fəth edir. Tərkib baxımından