145
vasitəsilə türkün başı üzərindən türkü vurmağın bir çoxları kimi
mənim də qəlbimi incidib, beynimi oyadıb. Zənnimcə belə hallar
yaşanmamalıdır. Çünki Rus xalqı Türkün ən yaxın dostudur.
Sizin ən böyük dayaqlarınızdan biri məhz Türk dünyasıdır.
Dosta qarşı belə hallara yol verilməməlidir. Böyük qardaşım
Ərdoğanın da öz qohumuna, qonşusuna, gələcək qardaşına
(sizləri nəzərdə tuturam) qarşı xoşagəlməyən hərəkəti olub.
Təyyarə insidenti iki böyük qonşunun, qohumun arasında
soyuqluq, ögeylik yaradıb. Ancaq mən inana bilmərəm ki,
mənim qohumum, qonşum və qardaşım arasında bu kimi hallar
qəsdən, bilərəkdən baş verib.
Əzizim Vladimir, biz türklər unutmamalıyıq ki, indiki
Böyük Rusiya torpağında bir yerdə yaşayırıq. Qazanclar əldə
edirik, bir süfrə ətrafında çörək yeyirik. Məni sevindirən hal
ondan ibarət olub ki, son illərdə Türkiyə və Rusiya arasında
iqtisadi, ticarət, mədəni və siyasi əlaqələr çox yaxşı inkişaf edib.
Qara dəniz-Aralıq dənizi qardaşlığı yaranıb. Rusiya vətəndaşları
Türkiyənin Aralıq dənizi sahillərini özləri üçün isti ocaq kimi
qəbul edirlər. Hər il bir neçə milyon Rusiya vətəndaşı bu isti
ocağın nəfəsini qəbul edir.
Çox
hörmətli
qonşum və qohumum, əlaqələrin,
münasibətlərin artan dinamika üzrə inkişafı, qardaşlığa səbəb
olan vəziyyəti birdən-birə geriyə dönə bilməz. Tellər qırıla
bilməz. Bu nə Türk dünyasına, nə də Rus-slavyan dünyasına sərf
etməz. Belə davam edərsə, düşmənçilik yarana bilər, soyuqluq
dərinləşər. Dəyərlər alt-üst olar. Nəzərə alaq ki, Avrasiyada
böyük sülhün dayağı həm də iki böyük dünyadır. Bizlərə lokal
və qlobal formalı, dağıdıcı məzmunlu müharibələr lazım deyil!
Gözümüz gör-görə, ağılımız kəsə-kəsə özümüzü uçuruma
sürükləyə bilmərik.
Qardaşım Vladimir, mən əminəm ki, təyyarənin vurulması
düşmənçilik hissindən yox, qürurdan irəli gəlib. Tarix də məhz
bu iki qürurlu dünyanı çox zaman üz-üzə qoyub, sonra
dostlaşdırıb. Belə hesb edirəm ki, qürurun ən böyük keyfiyyəti
146
elə mərdlikdir, hünərdir, cəsarətdir. Buna görə də əsil dostluq,
sağlam dostluq elə qürur üzərində qurular.
Böyük qonşum, əziz dostum və qohumum Vladimir, səndən
çox xahiş edirəm, əsil liderlik keyfiyyətini göstər,- nəzərə al ki,
lider
olan
adam
humanistdir,
qürurludur,
mətinlidir,
bağışlayandır, rəhimlidir; çünki böyükdür,-türk dünyasının
rəhbər dövlətlərindən olan, o böyük qonşun Türkiyə ilə
münasibətləri istiləşdir, strateji dostluq səviyyəsinə qaldır.
Mən də özümü həm də rus hesab edərək, üzümü Günəş
çıxan tərəfə tuturam, sağ əlimi Ərdoğana, sol əlimi isə sənə
uzadıram. Əllərinizi öz sinəmə çəkib, qəlbimin üzərində
birləşdirərək, hər ikinizi barışdırıram!
Qoy, Ankara-Moskva birliyi əbədi olsun! Bu birlik ətrafında
bütün Avrasiya birləşsin! Tarix heç zaman Slavyan-Türk
dünyası birliyini pozmasın! İnsanlıq və Uca Tanrı naminə, qoy,
islam, xristian, yahudi, hinduizm, buddizm və digər dinlərin
birliyi əbədi olsun!
Əzizim, sənə kiçik qonşun kimi arzu edirəm ki, bundan
sonra Avrasiyada sülhü yaradan əbədi bir məbəd kimi qəlblərdə
yaşayasan! Qoy, hər kəs bu geniş məkanda azad, sərbəst,
müharibəsiz, təhdidlərsiz, gərginliklərsiz yaşasın!
İndi, buyur, qalx öz ali kürsünə və kiçik qonşunun xahişini
yerinə yetir!
Cavab versən, şad olaram!
2016-cı ili dünyada “Türkiyə-Rusiya dostluq ili” elan
edirəm!
Məlumat üçün də deyim ki, sülh və qardaşlıq, dostluq
naminə Türkiyəmin prezidenti Rəcəb Təyyüb Ərdoğana da
məktub ünvanlamışam!
147
Türkiyə-Rusiya dostluğunun dərinləşməsini gözləmək ümidi
ilə,
15 dekabr 2015-ci il
BMT-nin Baş Katibi
Pan Qi Muna
Hörmətli Baş Katib, Pan Qi Mun!
Biz dünya sakinləri yaxşı dərk edirik ki, sülh, sabitlik, dinc
yanaşı yaşamaq insanlığın əsas dəyəridir, onun maddi, fiziki və
mənəvi mövcudluğunun, ruhi zənginliyinin əsas təsdiqidir,
ifadəsidir. İnsan öz mədəni varlığını və xeyirxah missiyasını
yalnız sülh və əmin-amanlıq şəraitində sübuta yetirə bilir.
Dünyada sülh xalqların sivil əlaqələr və münasibətlər
kompozisiyasının əsas dayağını təşkil edir. Dünya vəhdətinin
zəngin mədəni və humanist çaları yalnız sülh və davamlı sabit
inkişaf vəziyyətində özünə möhkəm və sağlam təməlli
konstruksiya qazanmış olur.
Hər birimiz bilirik ki, bütün dünya dövlətləri və onların
təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatı cəmi
insanlar üçün, bu dünyanın indiki və gələcək nəsil sakinləri
üçündür. İnsanlar dövlət adlanan qurumları öz firavan və
xoşbəxt həyatları üçün birbaşa yaradırsa, bu qurumları
vətəndaşlar təşkil edirsə, beynəlxalq təşkilatları isə dövlətlər
formalaşdırırlar. Məlumdur ki, onları da məhz insanlar təşkil
edirlər. Deməli, insanlar özləri üçün firavan həyat naminə
müxtəlif siyasi qurumların formalaşmasında maraq nümayiş
etdirirlər. Öz əməllərini siyasi formaya çevirirlər. İnsanlar
müxtəlif yollarla özlərinin himayəçilərini təşkil edirlər. Lakin
əsas məsələ, formada yox, mahiyyətdədir. Himayəçi qurumlar
çox zaman öz baza mahiyyətlərini olduğu kimi ifadə etmək
iqtidarında olmurlar. Təəssüf ki, mövcud dövlətllərin
əksəriyyəti, onların hakimiyyətləri nə öz vətəndaşlarını, xalqını,
Dostları ilə paylaş: |