Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.

səhifə48/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

145 
 
vasitəsilə türkün başı üzərindən türkü vurmağın bir çoxları kimi 
mənim də qəlbimi incidib, beynimi oyadıb. Zənnimcə belə hallar 
yaşanmamalıdır.  Çünki  Rus  xalqı  Türkün  ən  yaxın  dostudur. 
Sizin  ən  böyük  dayaqlarınızdan  biri  məhz  Türk  dünyasıdır. 
Dosta  qarşı  belə  hallara  yol  verilməməlidir.  Böyük  qardaşım 
Ərdoğanın  da  öz  qohumuna,  qonşusuna,  gələcək  qardaşına 
(sizləri  nəzərdə  tuturam)  qarşı  xoşagəlməyən  hərəkəti  olub. 
Təyyarə  insidenti  iki  böyük  qonşunun,  qohumun  arasında 
soyuqluq,  ögeylik  yaradıb.  Ancaq  mən  inana  bilmərəm  ki, 
mənim qohumum, qonşum və qardaşım arasında bu kimi hallar 
qəsdən, bilərəkdən baş verib.  
Əzizim  Vladimir,  biz  türklər  unutmamalıyıq  ki,  indiki 
Böyük  Rusiya  torpağında  bir  yerdə  yaşayırıq.  Qazanclar  əldə 
edirik,  bir  süfrə  ətrafında  çörək  yeyirik.  Məni  sevindirən  hal 
ondan  ibarət  olub  ki,  son  illərdə  Türkiyə  və  Rusiya  arasında 
iqtisadi, ticarət, mədəni və siyasi əlaqələr çox yaxşı inkişaf edib. 
Qara dəniz-Aralıq dənizi qardaşlığı yaranıb. Rusiya vətəndaşları 
Türkiyənin  Aralıq  dənizi  sahillərini  özləri  üçün  isti  ocaq  kimi 
qəbul  edirlər.  Hər  il  bir  neçə  milyon  Rusiya  vətəndaşı  bu  isti 
ocağın nəfəsini qəbul edir.  
Çox 
hörmətli 
qonşum  və  qohumum,  əlaqələrin, 
münasibətlərin  artan  dinamika  üzrə  inkişafı,  qardaşlığa  səbəb 
olan  vəziyyəti  birdən-birə  geriyə  dönə  bilməz.  Tellər  qırıla 
bilməz. Bu nə Türk dünyasına, nə də Rus-slavyan dünyasına sərf 
etməz.  Belə  davam  edərsə,  düşmənçilik  yarana  bilər,  soyuqluq 
dərinləşər.  Dəyərlər  alt-üst  olar.  Nəzərə  alaq  ki,  Avrasiyada 
böyük  sülhün  dayağı  həm  də  iki  böyük  dünyadır.  Bizlərə  lokal 
və  qlobal  formalı,  dağıdıcı  məzmunlu  müharibələr  lazım  deyil! 
Gözümüz  gör-görə,  ağılımız  kəsə-kəsə  özümüzü  uçuruma 
sürükləyə bilmərik.  
Qardaşım  Vladimir,  mən  əminəm  ki,  təyyarənin  vurulması 
düşmənçilik hissindən  yox, qürurdan irəli gəlib. Tarix də məhz 
bu  iki  qürurlu  dünyanı  çox  zaman  üz-üzə  qoyub,  sonra 
dostlaşdırıb.  Belə hesb  edirəm  ki, qürurun  ən böyük keyfiyyəti 


146 
 
elə  mərdlikdir,  hünərdir,  cəsarətdir.  Buna  görə  də  əsil  dostluq, 
sağlam dostluq elə qürur üzərində qurular.  
Böyük qonşum, əziz dostum və qohumum Vladimir, səndən 
çox xahiş edirəm, əsil liderlik keyfiyyətini göstər,- nəzərə al ki, 
lider 
olan 
adam 
humanistdir, 
qürurludur, 
mətinlidir, 
bağışlayandır,  rəhimlidir;  çünki  böyükdür,-türk  dünyasının 
rəhbər  dövlətlərindən  olan,  o  böyük  qonşun  Türkiyə  ilə 
münasibətləri istiləşdir, strateji dostluq səviyyəsinə qaldır.  
Mən  də  özümü  həm  də  rus  hesab  edərək,  üzümü  Günəş 
çıxan  tərəfə  tuturam,  sağ  əlimi  Ərdoğana,  sol  əlimi  isə  sənə 
uzadıram.  Əllərinizi  öz  sinəmə  çəkib,  qəlbimin  üzərində 
birləşdirərək, hər ikinizi barışdırıram! 
Qoy, Ankara-Moskva birliyi əbədi olsun! Bu birlik ətrafında 
bütün  Avrasiya  birləşsin!  Tarix  heç  zaman  Slavyan-Türk 
dünyası birliyini pozmasın! İnsanlıq və Uca Tanrı naminə, qoy, 
islam,  xristian,  yahudi,  hinduizm,  buddizm  və  digər  dinlərin 
birliyi əbədi olsun! 
Əzizim,  sənə  kiçik  qonşun  kimi  arzu  edirəm  ki,  bundan 
sonra Avrasiyada sülhü yaradan əbədi bir məbəd kimi qəlblərdə 
yaşayasan!  Qoy,  hər  kəs  bu  geniş  məkanda  azad,  sərbəst, 
müharibəsiz, təhdidlərsiz, gərginliklərsiz yaşasın!  
 
İndi, buyur, qalx öz ali kürsünə və kiçik qonşunun xahişini 
yerinə yetir! 
 
Cavab versən, şad olaram! 
 
2016-cı  ili  dünyada  “Türkiyə-Rusiya  dostluq  ili”  elan 
edirəm! 
 
Məlumat  üçün  də  deyim  ki,  sülh  və  qardaşlıq,  dostluq 
naminə  Türkiyəmin  prezidenti  Rəcəb  Təyyüb  Ərdoğana  da 
məktub ünvanlamışam! 
  


147 
 
Türkiyə-Rusiya dostluğunun dərinləşməsini gözləmək ümidi 
ilə,  
15 dekabr 2015-ci il 
 
BMT-nin Baş Katibi  
Pan Qi Muna 
 
Hörmətli Baş Katib, Pan Qi Mun! 
 
Biz dünya sakinləri  yaxşı dərk edirik ki, sülh, sabitlik, dinc 
yanaşı yaşamaq insanlığın əsas dəyəridir, onun maddi, fiziki və 
mənəvi  mövcudluğunun,  ruhi  zənginliyinin  əsas  təsdiqidir, 
ifadəsidir.  İnsan  öz  mədəni  varlığını  və  xeyirxah  missiyasını 
yalnız  sülh  və  əmin-amanlıq  şəraitində  sübuta  yetirə  bilir. 
Dünyada  sülh  xalqların  sivil  əlaqələr  və  münasibətlər 
kompozisiyasının  əsas  dayağını  təşkil  edir.  Dünya  vəhdətinin 
zəngin  mədəni  və  humanist  çaları  yalnız  sülh  və  davamlı  sabit 
inkişaf  vəziyyətində  özünə  möhkəm  və  sağlam  təməlli 
konstruksiya qazanmış olur.  
Hər  birimiz  bilirik  ki,  bütün  dünya  dövlətləri  və  onların 
təşkilatları,  o  cümlədən  Birləşmiş  Millətlər  Təşkilatı  cəmi 
insanlar  üçün,  bu  dünyanın  indiki  və  gələcək  nəsil  sakinləri 
üçündür.  İnsanlar  dövlət  adlanan  qurumları  öz  firavan  və 
xoşbəxt  həyatları  üçün  birbaşa  yaradırsa,  bu  qurumları 
vətəndaşlar  təşkil  edirsə,  beynəlxalq  təşkilatları  isə  dövlətlər 
formalaşdırırlar.  Məlumdur  ki,  onları  da  məhz  insanlar  təşkil 
edirlər.  Deməli,  insanlar  özləri  üçün  firavan  həyat  naminə 
müxtəlif  siyasi  qurumların  formalaşmasında  maraq  nümayiş 
etdirirlər.  Öz  əməllərini  siyasi  formaya  çevirirlər.  İnsanlar 
müxtəlif  yollarla  özlərinin  himayəçilərini  təşkil  edirlər.  Lakin 
əsas  məsələ,  formada  yox,  mahiyyətdədir.  Himayəçi  qurumlar 
çox  zaman  öz  baza  mahiyyətlərini  olduğu  kimi  ifadə  etmək 
iqtidarında  olmurlar.  Təəssüf  ki,  mövcud  dövlətllərin 
əksəriyyəti, onların hakimiyyətləri nə öz vətəndaşlarını, xalqını, 




Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə