Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   46   47   48   49   50   51   52   53   54

154 
 
Yaşadığımız  maddi-mənəvi  aləm  mələk  –iblis  qarışığı  ilə 
doludur.  Ümumdünya  əlaqələr  sisteminin  ləkələri,  qüsurlu 
mərkəzləri mövcuddur, təhlükəli elementləri mövcuddur.  
Məlumdur ki, hər bir insana xas olan instinkt ondan ibarətdir 
ki,  ətrafdan  təhlükə  hiss  edən  kimi  özünü  qorumağa  çalışır.  Bu 
xarakter  heç  də  dövlətlərdən  yan  deyil.  Çünki  dövlətlər  elə 
insanların əlaqə və münasibət təzahürüdür. Fərdi insan kimi, hər 
bir  dövlət  də  kənardan  təzyiq  hiss  edən  kimi  özünü  müdafiə 
etməkdə  israrlı  olur,  imkanlarını  səfərbər  edir.  Dövlət  öz 
daxilindən və ətrafdan təhlükə hiss edəndə və  görəndə müxtəlif 
yollar  axtarır.  Başqa  dövlətlərlə  hərbi-iqtisadi  sahədə  ittifaqlar 
haqqında  düşünür.  Hərbi  və  siyasi  sahədə  əməkdaşlıq  etmək 
istəyir.  
Cənab  Baş  katib,  məlumdur  ki,  beynəlxalq  münasibətlərdə, 
əlaqələr  sferasında  təhdidlər,  şübhələr,  inamsızlıqlar  məhz  elə 
müstəvinin  bir  tərəfində  olan  hərbi  bloklaşmalardan,  hərbi 
quruplaşmalardan  meydana  gəlir.  Dünya  əlaqələri  müstəvisinin 
bir tərəfində olan dəyişiklik təbii olaraq başqa tərəflərdə də  əks 
təsirlərlə  müşahidə  olunan  dəyişikliyi  zəruri  edir.  Bunu  mən 
elmi bir araşdırıcı kimi mənfi balanslaşdırma hesab edirəm. Bu 
nöqteyi-nəzərdən,  Atlantika  regionunda  mövcud  bloklaşma 
vəziyyəti və prosesin genişlənməsi təbii ki, digər regionlarda da 
bu kimi analoji halların yaranması üçün zəmini hazırlamaqdadır. 
Dünyanın  başqa  regionları  Atlantika  bloklaşmasından  həyəcan 
və  təşviş  hissi  ilə  yaşayırlar.  Xüsusilə,  qonşu  regionlarda  təşviş 
hissləri  daha  da  qabarıq  şəkildə  büruzə  verir.  Praktiki  olaraq 
məlumndur  ki,  “soyuq  müharibə”  dövründə  Avropa  və  Asiya 
qitələri, eləcə də Amerika qitəsi hərbi-siyasi gərginlik qurşaqları 
ilə müşahidə edilirdi.  
 
Atlantika  regionu  daha  çox  onun  Avropa  hissəsinə 
bağlıdır.  Bu  qitə  Amerika  üçün  dəyərlər  verən  əsas  mənbə 
rolunu  oynayıb.  Təbii  ki,  Asiyalılar  da  bu  məsələdə  geridə 
qalmayıblar.  XX  əsrin  dünyada  gərginlik  yaradan  hərbi-siyasi 
bloklaşmasının  tərəflərindən  biri  olan  SSRİ-nin  dağılmasına 


155 
 
baxmayaraq,  bu  gün  də  gərginliklər,  böhranlar,  münaqişələr, 
müharibələr olduqca çoxluq təşkil eməkdədir. Mən hesab edirəm 
ki,  bu  kimi  halların  səbəbkarlarından  biri  də  məhz  NATO 
İttifaqıdır. NATO-nun mövcudluğu və onun postsosialist məkanı 
hesabına  genişlənməsi  dünyada  təhdidləri,  gərginlikləri, 
inamsızlıqları,  şübhələri  daha  da  artırmaqdadır.  NATO 
beynəlxalq əlaqələrin mənfi balanslaşdırılmasını təmin edən əsas 
qurumdur.  
Cənab  Baş  Katib,  məlumdur  ki,  NATO  1949-cu  ildə 
Sosialist  bloku  ilə  Qərb  arasında  yaşanan  “soyuq  müharibə”nin 
nəticəsi  olaraq  meydana  gələn  bir  qurum  olub.  Avropanın 
sosialist  blokunun,  əsasən  də  SSRİ-nin  hərbi  təcavüzündən 
Avropa ölkələrini və Şimali Amerikanın Avropadakı maraqlarını 
qorumaq  məqsədi  ilə  formalaşdırılıb.  Qurumun  mövcudluğu 
SSRİ-ni  də  1955-ci  ildə  analoji  hərbi  ittifaq  yaratmağa  sövq 
edib.  Sənədlərə,  bəyanatlara,  mövqelərə  əsasən,  Alyans  həm 
hərbi və ya da istənilən təcavüzdən kollektiv şəkildə qorunmanı 
məqsəd  kimi  qarşıya  qoyub,  həm  də  üzv  olan  ölkələrin 
ərazisində  demokratik  dəyərləri:  söz  azadlığını,  insan 
hüquqlarını  və  qanunun  aliçilik  prinsiplərini  qorumağı  əsas 
vəzifə və məqsəd kimi müəyyən edib.  
O  da  məlumdur  ki,  NATO,  sənədə  əsasən  ona  üzv  olan 
dövlətlərin beynəlxalq təcavüzdən kollektiv qorunması və yöndə 
hərbi-siyasi  güclərin  birləşdirilməsi  məqsədilə  yaradılıb. 
Alyansa üzv olan dövlətlərdən birinin hərbi təcavüzdən müdafiə 
olunması  bütün  üzvlərin  müdafiə  olunması  anlamını  verib. 
Alyans  tarixi  boyu  hərbi-siyasi  vəzifəli  və  təyinatlı  bir  quruma 
çevrilib.  Yaradılanda  onun  12  üzvü  olub.  “Soyuq  müharibə” 
dövründə  üç  dəfə,  ondan  sonra  isə  daha  üç  dəfə  genişlənmə 
siyasətini həyata keçirib. Hal-hazırda üzvlərinin sayı 28-ə çatıb. 
Qurum  bu  gün  bütün  Avropanı  demək  olar  ki,  hərbiləşdirib. 
Zəngin  hərbi  strukturu  mövcuddur.  Təəssüf  ki,  NATO-nun 
(Alyansa üzv olan ölkələrin) bugünkü hərbi xərcləri bütün dünya 
dövlətlərinin  hərbi  xərclərinin  70  faizini  təşkil  edir.  O  da 


156 
 
məlumdur  ki,  NATO-nun  siyasi  və  hərbi  qanadı  var.  Siyasi 
qanadına  Avropa,  Hərbi  qanadına  isə  ABŞ  rəhbərlik  edir. 
Alyansın  ona  üzv  olan  ölkələrdə  zəngin  hərbiləşdirilmiş 
strukturu  fəaliyyət  göstərir.  NATO-nun  silahlı  qüvvələri  həm 
təşkilatın  tabeçiliyində  olan  hissələrdən,  həm  də  təşkilata  üzv 
olan  ölkələrin  milli  ixtiyarlarında  olan  silahlı  qüvvələrdən 
ibarətdir.  Alyansın  hərbi  qulluqçularının  sayı  isə  bir  neçə 
milyonu  ötüb  keçir.  Qurumun  Avropada  iki  mühüm  regional 
komandanlığı  və  Atlantika  regionunda  ümumiyyətlə,  ali 
komandanlığın beş ştabı fəaliyyət göstərir.  
Buradan 
görünür 
ki, 
Şimali 
Atlantika 
regionu 
hərbiləşdirilmiş  toru  bənzədir.  Dövlətlər  arasında  inamsızlıq 
beynəlxalq 
əlaqələrin 
hərbi 
məzmununu 
daha 
çox 
qabarıqlaşdırıb.  Elə  qurumun  məhz  bu  şəkildə  mövcudluğu 
başqa  ölkələrdə  qorxu  yaradıb.  Bu  gün  dünyada  orta  və  kiçik 
gücə  malik  olan  dövlətlərdə  yaşanan  problemlər,  müharibələr, 
münaqişələr, ərazi işğalları böyük dövlətlərin yaratdıqları NATO 
kimi ittfaqların, birliklərin səbəbindəndir. Təbii ki, NATO ABŞ-
ın Avro-Atlantika maraqları üçün istifadə olunan region alətidir. 
Hərbi  alyansın  bugünkü  mövcudluğu  əks  tərəfdəki  təhdidlərə 
görə,  öz-özlüyündə  Avrasiyada  Rusiya  mərkəzli  yeni  bir  hərbi 
qurumun geniş şəkildə formalaşmasını zəruri etməkdədir. Dünya 
təkrar  olaraq  çoxqütblü  hərbi  maraq  sferalarına  bölünməkdədir 
ki,  bundan  da  daha  çox  bloklararası  zonalar  əziyyət  çəkirlər. 
Dünya  böyük  dövlətlər  və  NATO  tərəfindən  nüfuz  dairələrinə 
bölünür. Əks blokların, ittifaqların mübarizəsi isə hər hansısa bir 
kiçik  dövlətdə,  məsələn,  Suriyada,  Əfqanıstanda,  İraqda  sonu 
bitməyən gərginliklə, münaqişə ilə nəticələnir.  
 
Hörmətli Baş Katib, Cənab Yens Stoltenberq!  
 
Bu  gün  bütün  dünya  görür  ki,  NATO  SSRİ  dağıldıqdan 
sonra,  öz  başlanğıc  məqsədlərindən  kənara  çıxaraq,  müdafiə 
yox,  daha  çox  hücum  taktikası  seçibdir.  Tarixin  “parçala  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə